ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                     Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? .....                     Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... .....                     Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq .....                     Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                 

Problemlər içində batan Ağdaş - Tofiq İbrahimovun bağışlanmaz siyasi səhvi
Tarix: 9-06-2016, 08:26 | Çap et
Problemlər içində batan Ağdaş
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ölkə prezidenti İlham Əliyev cənablarının təşəbüsü ilə dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməkdədir. Dünyada baş verən qlobal iqtisadi böhrandan əvvəl milyardlarla vəsaitin respublikamızın büdcəsinə axın etdiyi zamandan prezident İlham Əliyev cənabları ölkə sənayesinin, kənd təsərrüfatının ümumilikdə aqrar sektorun inkişafına ciddi sərmayə qoyuluşlarını təmin etmişdir. Ancaq dövlətin kənd təsərrüfatına illərlə yatırdığı milyardlarla vəsaitlərə rəğmən bəzi regionlarda ciddi formada geriləmələr var. Yerli icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin qeyri- peşəkarlıqları nəticəsində müəyyən rayonlarda aqrar sektor ciddi tənəzzülə uğrayıb. İnkişafdan geri qalan, təsərrüfat rayonu olmasına baxmayaraq bu sahədə böhran yaşayan rayonlardan biri də Ağdaş rayonudur.

Öncə onu qeyd edək ki, 1050 kvadrat kilometr ərazisi olan Ağdaş rayonu keçmiş sovetlər dönəmində kənd təsərrüfatı sahəsində ölkənin ən qabaqcıl rayonlarında biri olub. Xüsusən də pambıqçılıq, baramaçılıq və taxılçılıq sahəsində bu rayonda yaxşı nəticələr əldə olunub. Yuxarıda qeyd etdiyimiz kimi son illər isə bu rayonda nimdaşlıq və səfalət hökm sürür.

Qlobal.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, Ağdaş rayonunda aqrar sektordan başqa səhiyyə və təhsildə də ciddi problemlər var. Rayonun mərkəzi xəstəxanası heç də özəl xəstəxanalardan geri qalmır. Burada rüşvət verməyən xəstəyə heç gözucu da baxılmır. Təhsilə gəldikdə isə nazirliyin hesabatlarındakı göstəricilərdə həmişə Ağdaş rayonunda təhsilin vəziyyəti qeyri-kafi qiymətləndirilib. Bundan başqa rayonda yerli məmurların vəzifələrinə məsuliyyətsiz yanaşmalarına, məmurlar tərəfindən vətəndaşların problemləri vaxtında dinlənilmədiyinə görə, respublikanın yuxarı instansiyalarına xüsusən də Prezident Administrasiyasına ən çox şikayət ünvanlanan ilk rayonlardandır. Hər il dövlət tərəfindən ayrılan iri həcmli vəsaitlər hesabına Ağdaş rayonunda aparılan abadlıq-quruculuq işləri həddən artıq zəif tempdə aparılır. Rayonun mərkəzi hissəsi istisna olmaqla digər küçə və məhəllələrdə sovet dönəmində yollara döşənmiş asfalt örtüyün dağılmış hissələri hələ də qalmaqdadır. Ətraf küçələrdəki yamaqlı kommunikasiya sistemləri də sovetlər dönəminin nişanələridir. Əhalisinin böyük əksəriyyəti kəndlərdə yaşayan Ağdaş rayonunda insanların sosial-məişət səviyyələri də ürəkaçan deyil.

Araşdırmalarımız zamanı gəldiyimiz nəticəyə görə, Ağdaş rayonundakı bütün bu problemlərin əsas səbəbkarı kimi RİH-nin başçısı Tofiq İbrahimovun 4 illik uğursuz fəaliyyətidir. Tofiq İbrahimovun təşkilatçılıq məsələlərində operativ olmadığını faktlar göstərir.

Tofiq İbrahimovu tanıyaq

2012-ci ilin aprel ayında respublika prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Ağdaş RİH-nin başçısı vəzifəsinə təyin olunan Tofiq İbrahimov əvvəl BDU-nun, sonra isə Təfəkkür Universitetinin (hüquq fakültəsinin) məzunu olub. Ağdaş rayon İH-nə başçı təyin edilməmişdən öncə iki il (2010-2012) Lənkəran RİH-nin başçısı vəzifəsində çalışıb. Ağdaşa rəhbərlik etdiyi 4 il ərzində mətbuatda haqqında kifayət qədər neqativ informasiyalar gedib.

Məlumata görə, Tofiq İbraimov vaxtının əsas hissəsini Ağdaş rayonunun idarə olunmasına yox, özünün illərlə dövlət büdcəsinin hesabına formalaşdırdığı şəxsi biznesinə ayırır. Deyilənlərə görə, Bakı, Qəbələ, Ağdaş rayonlarında Tofiq İbrahimovun yaxın ətrafının, qohum-əqrabalarının adına rəsmiləşdirdiyi onlarla ticarət və iaşə obyektləri var.

Nəzərinizə çatdıraq ki, ötən il Hesablama Palatasının apardığı yoxlamalar zamanı məlum olmuşdu ki, Rayon İcra Hakimiyyəti və Ağdaş şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr üzrə podratçı tərəfindən yerinə yetirilmiş yolların əsaslı təmiri və abadlıq işlərinin dəyəri kifayət qədər artırılıb. Əlavə olaraq vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də xeyli sayda qanunsuzluqlar ortaya çıxıb. Başqa bir məlumatda isə qeyd olunur ki, Ağdaş rayonunda fəaliyyət göstərən "Qala-S” və "QRO-010” MMC-lərinin fəaliyyətlərində də kifayət qədər qaranlıq məqamlar var. Belə ki, Ağdaş RİH-nin sifarışlərini həyata keçirən bu MMC-lərin Tofiq İbrahimovun yaxın adamlarına məxsus olduğu bildirilir.

Ağdaşdakı acınacaqlı durum Prezident Administrasiyasını hərəkətə keçirib

Respublika Prezidenti İlham Əliyev cənablarının kənd təsərrüfatının və aqrar sektorun inkişaf perspektivlərini öyrənmək, həmçinin bu sahədə olan problemlərin aradan qaldırılması üçün vaxtında tədbirlər görmək məqsədilə yaradılan İşçi Qrupu bu ayın əvvəlində Ağdaş rayonunda oldular.

Məlumata görə, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupunun Ağdaş rayonuna qəfil gəlişinin səbəbi bu rayonda olan problemlərlə bağlı olub. Digər bir məlumata görə isə Azər Əmiraslanov rayonda ümumilikdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən Tofiq İbrahimovun gördüyü işlərdən heç də razı qalmayıb. Və bu narazılığını Tofiq İbrahimovun diqqətinə çatdırıb. Azər Əmiraslanovun Ağdaşdan narazı qayıtmağından sonra Tofiq İbrahimov bütün kanallarını işə salaraq haqqında Prezident Administrasiyasında neqativ fikirlərin yaranmamaına çalışır. Səhihliyinə şübhə etmədiyimiz mənbənin məlumatına görə isə Tofiq İbrahimovun haqqında PA-da kifayət qədər ciddi mənfi rəy yaranıb.

Tofiq İbrahimov Ulu Öndərin ildönümünə niyə qatılmadı?

Ağdaş rayonunun inkişafı ilə bağlı apardığımız araşdırmalar nəticəsində RİH-nin başçısı Tofiq İbrahimov haqqında daha bir ilginc faktla rastaşdıq. Onsuzda zamanının əsas hissəsini İH-nin başçısı olduğu rayon əvəzinə doğulub boya-başa çatdığı Qəbələ rayonunda gah da paytaxt Bakı şəhərində keçirdiyi iddia olunan Tofiq İbrahimovun haqqında eşitdiyimiz xəbər deyilənlərin gerçək olduğunu göstərir.

Mənbənin sözlərinə görə, RİH-nin başçısı Tofiq İbrahimov vəzifəsinə o qədər biganə yanaşır ki, hətta bu ilin may ayının 7-də müasir Azərbaycan Republikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirə qatılmayıb. Fakt olaraq bu icra hakimiyyətinin rəsmi saytında da açıq-aydın görünür (http://agdash-ih.gov.az/news/202.html). Əlbəttə ki, biz bunu Dövlətimiz və xalqımız qarşısında parlaq xidmətləri ilə heç vaxt unudulmayacaq Ən Böyük Azərbaycanlının - Ulu Öndər Heydər Əliyevin müqəddəs xatirəsinə hörmətsizlik kimi dəyərləndiririk. Ən acınacaqlısı isə budur ki, may ayının 7-də Ulu Öndərin 93-cü ildönümünə həsr olunmuş tədbirdə Ağdaş RİH-nin heç bir yüksək vəzifəli şəxsləri iştirak etməyiblər.

Problemlər içində batan Ağdaş

Ağdaş RİH-nin rəsmi saytında verilən informasyalara da nəzər saldıqda görürük ki, burada ciddi müəmma doğuracaq fakt var. Belə ki, may ayının 7-də Ağdaşın Heydər Əliyev Mərkəzində Ulu Öndərin 93-cü ildönümü tədbirinə qatılmayan Tofiq İbrahimov nədənsə may ayının 17-də (???) Ulu Öndərin ildönümün qeyd edir (http://agdash-ih.gov.az/news/205.html ). Görünür ciddi siyasi səhvə yol verdiyini anlayan Tofiq İbrahimov tələm-tələsik bu tədbiri keçirtməyə məcbur olub. Hər halda İh-nin rəsmi saytında xəbərin tarıxı bunu deməyə əsas verir.

Problemlər içində batan Ağdaş

Onu da qeyd edək ki, Tofiq İbraimov məhz Ulu Öndər Heydər Əliyevin xaosun-dərəbəyliyin, səfalətin məngənəsindən xilas edib yaratdığı- yaşatdığı dövlətdə RİH başçısıdır. Tofiq İbrahimov karyerasındakı nailiyyətlərə, tutduğu yüksək posta görə Ulu Öndər Heydər Əliyevin əbədi müqəddəs xatirəsinə ehtiram göstərməli və onun daim bərqərar olacaq siyasi kursuna sadiq olmalıdır.

(Araşdırmalar zamanı dövri mətbuatda dərc olunan və rəsmən təkzib olunmayan məlumatlardan və digər mənbələrdən istifadə olunmuşdur)

Qarşı tərəf də məsələ ilə bağlı mövqeyini bildirə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru