ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi vəzifə müddətinin bitməsi ilə bağlı vida müraciətində Bakı ilə Vaşinqton arasında tərəfdaşlığın “əhəmiyyətli inkişafa təkan verdiyini və davamlı gələcəyin əsasını qoyduğunu” bildirib. Müəmmalı "unutqanlıq" ABŞ-nin Azərbaycanda mina təhlükəsi ilə mübarizəyə milyonlarla dollar ayırdığını vurğulayan səfir, yalançı konspiroloji nəzəriyyələrə əsaslanan skeptiklərin ikitərəfli münasibətlərə şübhə toxumu səpməyə çalışmasına baxmayaraq, Vaşintonun hərəkətlərinin bu iddialardan daha “yüksək səslə danışdığını” iddia edib.
Maraqlıdır ki, milyonlarla dolların, özü də Amerikanın verdiyi vəsaitdən dəfələrlə artıq ölkəmizin buna ayırdığı pulların, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların təmizlənməsinə xərcləndiyini “unudan” Mark Libbi, Vaşinqtonun İravənla strateji tərəfdaşlıq barədə imzaladığı xartiyanı da yada salmağa lüzum görməyib. Özünün birbaşa rəhbəri olan Antoni Blinkenin erməni həmkarı Ararat Mirzoyanla imzaladığı bu sənədin əslində Ermənistandakı revanşistlər üçün kart-blanş rolu oynadığını yaxşı dərk edən səfirin belə “unutqanlığı” məntiqlə başa düşüləndir.
Sözügedən xartiyada, layiqli və davamlı sülhün Cənubi Qafqazda daha sabit və firavan gələcək üçün əsas olduğu, Vaşinqtonun isə Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəklədiyi vurğulanır.
Həmçinin, ABŞ-nin Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarı olduğu bildirilir. Amma bu kontekstdə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsinə əsasən Zəngəzur Dəhlizi ilə bağlı İrəvanın öz üzərinə götürdüyü öhdəliyə yox, Nikol Paşinyanın irəli srüdüyü absurd “Dünyanın kəsişməsi” layihəsinə güclü siyasi dəstək verilməsi zərurəti qeyd olunur.
Xartiyada ən diqqətçəkən məqam tərəflərin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsini genişləndirmək, ikitərəfli müdafiə məsləhətləşmələrinə başlamaq və peşəkar hərbi təlim vasitəsilə Ermənistan Silahlı Qüvvələrinə kömək etmək niyyətinin ehtiva olunmasıdır. Beləliklə, Vaşinqton Cənubi Qafqazda tarixən təcavüzkar siyasət yürüdən və hazırda regionda yeni müharibə təxribatına əl atmaq üçün əlverişli fürsət gözləyən Ermənistanın silahlandırılmasını və ordusunun gücləndirilməsini İrəvanla əməkdaşlığın vacib komponenti kimi qiymətləndirir.
Qeyd edək ki, xartiya erməni cəmiyyətində ciddi tənqidlə qarşılanıb. Məsələn, erməni politoloq, amerikaşünas Suren Sarkisyan Vaşinqtonla İrəvan arasında imzalanmış srateji tərəfdaşlıq xartiyasının ABŞ-nin Ermənistana təhlükəsizlik zəmanəti vermək, hərbi yardım göstərmək və ya silah-sursat satmaq üçün heç bir öhdəliyini nəzərdə tutmadığını bildirib ki, bu da həqiqətən belədir.
Çünki erməni revanşistlərin iddialarına rəğmən, hərbi bazaların və ya hərbi kontingentin yerləşdirilməsi, habelə qarşılıqlı hərbi yardım yalnız hərtərəfli strateji tərəfdaşlıq sazişində xüsusi bəndlərin ehtiva olunması nəticəsində həyata keçirilə bilər. Məsələn, Rusiyanın Belarus və Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq barədə imzaladığı sazişlərdə qarşılıqlı hərbi yardım məsələsi xüsusi maddələrdə öz əksini tapıb. Amma Rusiya ilə İran arasında iki gün əvəvl imzalanmış analoji müqavilədə belə bir müddəa yoxdur.
Yeri gəlmişkən, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının yerləşdirilməsi də 1995-ci il martın 16-da imzalanmış 25 illik xüsusi müqavilə əsasında razılaşdırılıb, 2010-cu ilin avqustunda isə iki ölkənin prezidentləri bu müqavilənin müddətini 2044-cü ilə qədər uzatmaq barədə protokol imzalayıblar. 2011-ci ilin aprelində bu protokol Ermənistan və həmin ilin iyununda isə Rusiya parlamentləri tərəfindən təsdiqlənib. 1997-ci ilin avqust ayının sonlarında hətta Rusiyanın Ermənistandakı hərbi bazasında xidmət keçən hərbçilərin bazadan kənar yerlərdə silhadan istiafadə etməsi barədə xüsusi saziş də imzalanıb.
ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası isə nəinki hərbi yardımı nəzərdə tutan müqavilə deyil, heç hərtərəfli strateji tərəfdaşlıq sazişi də deyil. Bu, əslində, mahiyyət etibarı ilə, hərbi yardımı nəzərdə tutmayan niyyətlər protokoludur.
Gizli və aşkar niyyətlər Amma imzalanmış xartiyaya istinad edən Vaşinqtonun Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək planı bu məsələyə xüsusi çalar qatır. Belə ki, hazırda ikitərəfli müqaviləyə əsasən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiyanın Feteral Təhlükəszilik Xidmətinin (FTX) sərhəd qoşunları qoruyur. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsində də Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə məhz bu qüvvələrin nəzarət edəcəyi ehtiva olunur.
Bu baxımdan, ABŞ-nin son zamanlar Qərbi Zəngəur ərazisində möhkəmlənmək cəhdlərinin, o cümlədən ora xüsusi sərhəd mühafizə qrupu göndərmək planının arxasında “bir gülləyə iki dovşan vurmaq” niyyəti gizlənir. Bir tərəfdən, Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə Rusiyanın nəzarət etməsini əngəlləmək və gələcəkdə hətta Rusiyanın sərhəd qoşunlarının tədricən Ermənistan-İran, habelə Ermənistan-Türkiyə sərhədlərindən uzaqlaşdırmaq, digər tərəfdən isə, İranın “qulağının dibində” möhkəmlənməklə Tehran üçün ciddi təhdidlər atmosferi yaratmaq.
İrana qarşı çox sərt mövqeyi ilə seçilən və Rusiya ilə Ukrayna münaqişəsinin dayandırılması barədə Putinlə tezliklə razılaşmağa çalışacağını dəfələrlə vurğulayan Donald Trampın andiçmə mərasiminə təxminən bir həftə qalmış Ermınistanla strateji tərəfdaşlıq xartiyası imzalayan Bayden administrasiyası əslində Cənubi Qafqaza özünün sonuncu “təhrikçi sürpriz”ini edib. Tramp administrasiyasının bu təxribatçı siyasətin girovuna çevriləcəyi halda onun Moskva və Tehranla ortaq məxrəcə gələ biləcəyi inandırıcı görünmür. Bu isə, Cənubi Qafqazda yeni müharibənin alovlanması təhlükəsini gücləndirir.
Tarixən ermənipərəst mövqeyi ilə seçilən demokratların hakimiyyəti təhvil vermək ərəfəsində getdikləri bu avantüra Rusiyanın nüfuzuna Cənubi Qafqazda ciddi zərbə endirmək cəhdinin və İrəvanı Moskvanın orbitindən çıxarmaq yönündə onların apardıqları ənənəvi siyasətinin məhsuludur.
Bu oyunda kim uduzdu, kim uddu? Bayden administrasiyasının siyasətinin mahiyyəti bəlli olsa da, Paşinyan hökumətinin hərəkətlərinin hansı məntiqə söykəndiyi heç cür anlaşılan deyil. Belə ki, ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası sayəsində Vaşinqton ciddi geosiyasi dividendlər qazanacağı halda, ermənilərin Rusiya və İranı qıcındırmaqla əhəmiyyətli dərəcədə iqtisadi itkilərə məruz qalacağı heç bir şübhə doğurmur. Belə gedişlə onsuz da sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan nəinki ən ucuz qiymətlərə aldığı Rusiya qazından, habelə Qərbin sanksiyalarından yan ötərək Rusiya ilə aparıdğı kölgə işbirliyi sayəsində qazandığı milyardlarla dollardan məhrum ola bilər.
Ən əsası isə, növbəti dəfə böyük güclərin əlində alətə çevrilən Ermənistan son nəticədə yeni faciə ilə üzləşməli olacaq. Digər tərəfdən, Donald Trampın demokratların bir sıra “ağılsız” addımalrı kimi Bayden administrasiyasının Cənubi Qafqaza son “təxribatçı sürprizi”ni də ləğv edəcəyi istisna deyil. ABŞ-nin yeni prezidentinin Azərbaycana və Türkiyəyə sərgilədiyi münasibət belə düşünməyə tam əsas verir. Bu münasibətin əsas səbəbi isə bölgədəki yeni geosiyasi reallığın bütün məsələlərdə Bakı və Ankarının mövqelərinin nəzərə alınması zərurətidir.
Sahil İsgəndərov, politoloq AzVision.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
|