Gözlənildiyi kimi Marco Rubio ABŞ-ın yeni xarici işlər naziri oldu.
Gununsesi.info xəbər verir ki, ABŞ Senatı Marco Rubio-nu yekdilliklə xarici işlər naziri vəzifəsinə təsdiq edib və bununla da yenicə and içmiş ABŞ Prezidenti Donald Trampın kabinetinə ilk üzvü təsdiqləyib.
Florida ştatından olan respublikaçı senator Trampın ən az mübahisəli namizədlərindən biri hesab olunurdu.
Senatın səsverməsi 99 lehinə, 0 əleyhinə nəticələnib. “Marco Rubio, Amerikanın xarici siyasətini heyrətamiz şəkildə anlayan çox ağıllı bir insandır,” deyə Ayova ştatından olan respublikaçı senator Çak Qrassli iclasın açılışında onu tərifləyib.
Onu da qeyd edək ki, Rubio ermənipərəst mövqeyi ilə tanınır. O, həmçinin, Azərbaycan haqqında sərt bəyanatların müəllifi kimi də yadda qalıb.
Onun Dövlət Katibi postunda ölkəmizə qarşı bu mövqeyinin dəyişib-dəyişməmısini isə zaman göstərəcək.