"Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                 

“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Tarix: 21-01-2025, 05:50 | Çap et
 “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır”
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə hər iki ölkənin Baş nazirinin müavinləri - Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Komissiyaların 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlamasında bildirilib ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası uzun prosesdir və buna illər lazım olacaq. Keçmiş nazir AYNA-ya müsahibəsində komissiyaların görüşünü, verilən qərarları müsbət addım sayır, amma bu məsələnin sadə olmadığığını deyib:

- Komissiyalar bir çox məsələləri, bir çox sahələr üzrə problemlər ətrafındakı mövzuları müzakirə edirlər. Komissiyanın əsasnaməsində də göstərilir ki, prosesin gedişində müxtəlif amil və faktorlar nəzərdən keçirilir. Bu zaman iqtisadi, tarixi və s. amillər nəzərə alınır. Təsəvvür edin ki, söhbət Azərbaycan-Ermənistan-Gürcüstan sərhədindən başlamış Azərbaycan-Ermənistan-İran sərhədinin kəsişməsinədək böyük bir ərazinin müəyyənləşməsindən gedir. Hesab edirəm ki, böyük bir işdir. Ötən il Qazax istiqamətində cəmi 11 kilometrlik ərazinin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapıb. Bu, sərhədlərin çox az bir hissəsidir. Yəqin ki, növbəti mərhələdə də təxminən elə 11 kilometrlik ərazi delimitasiya və demarkasiya üzrə müzakirə olunacaq və müəyyən hərəkətlər aparılacaq.

Ümumilikdə götürsək, komissiyaların görüşü, hansısa razılıqların əldə olunması müsbət və irəliyə doğru addım sayılmalıdır. Amma yenə deyirəm, bu, sadə məsələ deyil və tezliklə bütün sərhədin müəyyənləşəcəyini gözləmək sadəlövhlük olardı. Əslində biz bu məsələdə heç tələsməməliyik. Çünki problemli və aydın olmayan mövzular var. Təcrübə göstərir ki, bu illərlə, onillərlə uzana bilər. Baxın, bu gün də Azərbaycanın Gürcüstanla sərhədlərinin delimitasiya və demarkasiya prosesi tam yekunlaşmayıb, mübahisəli məsələlər var.

- Problemli olan hansı məsələlərdir?

- Məsələn, tarixi ərazilər məsələsi var, sərhəd müəyyənləşməsində hansı xəritələrdən istifadə olunmalıdır sualları var. Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır. Məsələn, təxminən bir il əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 1975-ci il xəritəsinin əsas götürülməsində maraqlı olduğunu demişdi. O zaman Azərbaycan tərəfi birmənalı olaraq bunu qəbul etmədi. Bu, doğru yanaşma idi. Çünki sərhədin müxtəlif hissələrinə münasibətdə müxtəlif illərin xəritələri istifadə olunmalıdır və belə də olacaq. Məsələn, delimitasiya və demarkasiya olunmuş Qazax istiqamətindəki sərhəd hissəsi bolşevik Rusiyasının işğalı dövründən dəyişməyib. Amma digər yerlərdə xeyli dəyişiklik baş verib. Göyçə mahalı, Zəngəzur Ermənistana verilib. Bunlar nəzərə alınmalı faktorlardır. Ermənistanın marağı odur ki, sovet dövründə Azərbaycandan qoparılaraq Ermənistana verilən ən böyük ərazilər təsdiqləsin. Amma Azərbaycan bununla razıdırmı? Əlbəttə, razı deyil. Delimitasiya prosesi Azərbaycana həm də ədaləti bərpa etmək üçün lazımdır. Ona görə də bu prosesinin yekun həlli üçün nə qədər vaxt lazımdır, o qədər də çəkməlidir. Birinci nömrəli vəzifə ədalətin bərpasıdır. Bu mənada, tələskənliyə ehtiyac yoxdur.

- Sizcə, tarixi Azərbaycan ərazilərinin – Göyçənin, Zəngəzurun da delimitasiya məsələsində müzakirə predmeti olmalıdır?

- Niyə olmamalıdır?! Baxın, biz sənədlərə əsasən üçüncü Ermənistan Respublikası ilə sülh danışıqları aparırıq. Paşinyan Ermənistanın üç-dörd variantını təqdim edir. Azərbaycan öz növbəsində Almatı Bəyannaməsində əksini tapmış çağırışlara və prinsiplərə sadiq qalaraq, SSRİ dövründə mövcud olmuş sərhədləri qəbul etdiyini bildirir. Ancaq Sovet dövrü 1920-ci ilin noyabr ayı da ola bilər. Həmin ilin aprel ayında bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanın Ermənistanla sərhədləri var idi. Biz həmin dövlətin varisiyik. Yəni bu söhbət açıqdır. Paşinyan Qərbi Azərbaycan dedikdə Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən rayonları nəzərdə tutur. Amma Azərbaycan-Ermənistan sərhədləri faktiki olaraq, hələ müəyyənləşməyib.

Baxın, Ermənistan Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı addımlar atmaq niyyətində görünmür. Ən azı, bununla bağlı hansı addım atılacağına İrəvandan aydınlıq gətirilməyib. Əksinə, rəsmi İrəvan Qərbi Azərbaycan məsələsinə sərt reaksiya verir. Lakin Ermənistan Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacağı təqdirdə onlara hansı hüquqları verəcəyinə aydınlıq gətirməlidir. Onların təhlükəsiliyi təmin edilməli, daimi yaşamaq hüququ verilməlidir. Əgər Erməniotan rəhbərliyi azərbaycanlıların qayıtmasına razı deyilsə, Azərbaycan da bundan irəli gələn müəyyən addımlar ata bilər. Bu, həm Zəngəzura, həm Göyçə mahalına aiddir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru