Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq.
APA “TASS”a istinadən xəbər verir ki, diplomatlar ikitərəfli məsələləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və digər birliklər çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.
Məlumata görə, təmaslar zamanı Cənubi Qafqazdakı vəziyyətə, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə xüsusi diqqət yetiriləcək.
Moskva qarşıdan gələn görüşün konstruktiv şəkildə keçəcəyini, əməkdaşlığın praktiki məsələlərinin irəliləməsinə kömək edəcəyini, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid edir.