Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                 

Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Tarix: Bu gün, 06:04 | Çap et
Tanınmış plastik cərrahın qətlinin DETALLARI:
Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.
"DİA-AZ" xəbər verir ki, Teleqraf.com Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.

Əldə etdiyimiz istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.

Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.

Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Muhammet Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Muhammet ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar: "Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdən qovdum.

Türkana da atası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər borclarının qaytarılması üçün dəfələrlə qapımıza gəliblər".

Muhammet bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb: "Həmin ildən də onun qazancı artmağa başladı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməmişdi. Evə kameraların qoyulmasını mən təşkil etmişdim. Evdə kameraların olduğunu bildiyim halda, Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.

Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etmişdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.

Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbi soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o mənə inanmadı".

Muhammet qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib: "Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də almışdım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlməmişdim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəlmişdim, gələn kimi ona zəng vurdum. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdə idi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.

Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim.

Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdə idi, amma qapını açmırdı.

Qapını açdıqda, vəziyyəti izah etdim, ona xəyanət etmədiyimi deyib and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdusa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Türkan yenidən xadimə ilə söhbət olan videogörüntüləri göstərməyə başlayıb: "Mən də ona aldığım tətil biletləri barədə danışdım, artıq bu videogörüntüləri unutmalı, sadəcə tətil barədə düşünməli olduğunu söylədim, videogörüntüləri sildim. Türkan yenidən mənə qarşı nalayiq ifadələr işlətdi. Bir daha ona xəbərdarlıq etdim.

Təxminən 1 həftə sonra yenidən aramızda mübahisə yarandı. Türkan nalayiq ifadələr səsləndirdi. Bu dəfə mənim valideynlərimin ünvanına nalayiq ifadələr səsləndirdi və bizi təhqir etdi. Əvvəlcə, qənd qabını onun üzərinə atdım. Daha sonra meyvə soyduğum bıçaqla vurdum.

Hadisəni törətdiyim vaxt özümdə deyildim. Türkanı bıçaqla vurduqda dərhal qızım otağa daxil oldu. Ona "103" çağrı mərkəzinə və xalasına zəng etməsini bildirdim. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Onlar hadisə yerinə gec gəldilər. İki-üç dəfə onlara ünvanı izah etməli oldum.

Mənim Türkanı öldürmək məqsədim olmayıb. Aramızda əvvəllər də mübahisələr olub. Mübahisələr qısqanclıq zəminində yaranıb. Üzərimdə olan bıçağı 2 il əvvəl almışdım və ondan meyvə soymaq üçün istifadə edirdim. Hadisəni törətdiyim anda huşumu itirdim, nə etdiyimi xatırlamıram. Hadisə baş verən vaxt qızım evdə, otağında idi. Onun qulağında böyük qulaqcıqlar var idi. Hadisə zamanı səs-küy olmadığı üçün o, hadisə yerinə gəlməyib və heç nə eşitməyib".

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. Həmin ifadədən məlum olur ki, 6 may 2023-cü ildə bütün günü o, qızı Sibellə birlikdə evdə olub:

"Saat 10-11 radələrində Türkan işə getdi. Təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək arvadımın telefonda bu gün bəlkə evə getməyəcəyini bildirdiyini dedi.

Təxminən saat 20 radələrində arvadım evə gəldi, yeməyini yeyib, yorğun olduğuna görə yatmağa getdi. Bir necə saat yatdıqdan sonra oyandı. Qonaq otağında oturduğumuz vaxt Türkana belə hərəkətlərin bizə yaraşmadığını, mütəmadi mübahisə etməyimizin övladlarımıza ziyan vurduğunu, danışığına fikir verməli olduğunu dedim. O da Türkiyədə yaşamaq istəmədiyini, mənim Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söylədi. Bununla aramızda mübahisə bir az da gücləndi.

Masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkan ayağa qalxaraq üstümə gəldi. Mən də yanımda olan dolabçadan alma soymaq üçün istifadə etdiyim bıçağı götürdüm və qorxutmaq məqsədilə üstünə getdim. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkan otaqdan çıxmaq üçün qapı tərəfə qaçdı. Səsimizə qızım Sibel öz otağından çıxdı və mənə yaxınlaşaraq "ata, eləmə" söylədi. Qızıma otağına keçməyi tapşırdım.

Otaqdan çıxan zaman arxadan Türkanın böyrünə daha bir bıçaq zərbəsi endirdim. O, otaqdan çıxaraq yataq otağının qarşısında yerə yıxıldı. Onun qan içində olduğunu gördüm, qızım Sibelə dərhal dedim ki, təcili tibbi yardım çağır. Qızım "103" xidmətinə zəng etdi. Mən özüm ondan telefonu aldım, bu barədə məlumat verdim.

Daha sonra öz telefonumdan dostum Ekrem Ökteme zəng etdim, evin həyətinə çıxdım. Polis əməkdaşları gələrək məni saxladılar, törətdiyim cinayəti etiraf etdim".

Məhkəmədə təqsirləndirilən şəxsin Türkanla birgə nikahından olan övladları da ifadə veriblər. Onlar atalarının xəyanətindən, Konyadakı evdə xadimə ilə uyğunsuz hərəkətlərindən danışıblar. Bildiriblər ki, ataları barışıqdan ötrü dəfələrlə analarını bıçaqla hədələyib.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru