Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                 

Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir - sensasion iddia
Tarix: 15-03-2018, 08:18 | Çap et
Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə çıxışlar mərhələsi başa çatıb və son söz mərhələsinə başlanılıb. Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edir.

2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlanan proses məhkəmə müstəvisində yekunlaşmaq üzrədir. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısındadırlar. Sabiq nazirin özü isə istintaqdan, məhkəmədən kənardır. “MTN işi” üzrə məhkəmə proseslərini izləyənlərdə məntiqi sonluğun baş verməyəcəyinə əminlik hər ötən gün artmaqdır. Müşahidələr də göstərir ki, bu əminliyin formalaşmasını şərtləndirən amillər illüziya deyil, tam bir gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumaq gücündədir. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərini hələ də idarə edir, onlara təsir imkanları saxlayır. Sanki Eldar Mahmudov məhkəmədə hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanıb, komanda üzvlərinin əməllərinə adekvat cəzaların verilməsini əngəllyir.

Prezidentliyə namizəd Hafiz Hacıyev deyir ki, belə bir durumun yaranmasının səbəbi bu gün Azərbaycan məhkəmələrində sifariş yerinə yetirənlər dəstəsinin yaranmasıdır: “Bu yaxınlarda mətbuat yazdı ki, Eldar Mahmudov "Nəbatat bağı"nda məhkəmə sədri ilə görüşüb 1 saat müddətində söhbət ediblər. Bu ondan xəbər verir ki, məhkəmələrin də böyük cinayətləri var və Eldar Mahmudovun əlində həmin cinayətlərlə bağlı məlumatlar var. Ona görə də Eldar Mahmudovdan qorxurlar. Onun ətrafından 20-yə yaxın şəxsi tutublar. Aralarından özünü asan da oldu. Sual ortaya çıxır - belə bir halda Eldar Mahmudovun özü niyə azadlıqda qalmalıdır? Onun xaricdə də bəzi dəstələri maliyyələşdirməsi xəbəri var. Bütün bunların araşdırılmasında, yaranan suallara cavab verilməsində hakimiyyət özü maraqlı olmalıdır. Bu işin üstü tam açılmalıdır. Necə ola bilər ki, rəhbər dağıdıb yesin, ətrafını tutsunlar, özü isə ortalıqda gəzib məhkəmə sədri ilə görüşür. Üstəlik, orda-burda xəbər yayır ki, hakimiyyətə gəlirəm. Onun hakimiyyətə gəlməsi yolverilməz və qorxulu bir haldır. Onun işçilərinə münasibətdə məhkəmələrin belə humanist olması səbəbsiz deyil. Sahibkarların var-yoxunu əlindən alıb qabaqlarına keçənin evini yıxıblar. Ölkə banklarını talan ediblər. Kimi istəyiblər izləyiblər, kimi də istəyiblər dinləyiblər. Bütün bunlar qanunsuz olub və şəxsi maraqlara xidmət edib. Dövlətin maraqlarına ciddi zərbə vurublar. Prezident siyasi iradə ortaya qoyub MTN-in altının-üstünə çevirilməsinə ona görə qərar verməyib ki, bu gün hakimlər Eldar Mahmudovun dəstə üzvlərinə 3-5 il cəza verib azadlığa buraxsınlar".

Hafiz Hacıyev deyir ki, Eldar Mahmudov hakimiyyətə gəlməsi ilə bağlı şayiə yaymaqla hakimlərə təsir edir: “Hakimlər düşünürlər ki, Eldar Mahmudov birdən hakimiyyətə gələr, evimiz yıxılar. Ona görə də bu gün də ona xidmət etməkdən çəkinmirlər. Necə olur ki, sıravı bir vətəndaşın səhvi ucbatından törətdiyi cinayətə görə ona 10-15 il cəza verirlər, Eldar Mahmudovun qanunsuz əmrlərini yerinə yetirib milləti zəlil gününə qoyanların cəzası 4-5 illə məhdudlaşır? Bu adamlar 2 ildən artıqdır ki, həbsdədirlər, səhər cəzalarının çəkilmiş hissəsi ilə kifayətlənib azad edilmələri ilə bağlı müraciət edəcəklər. Və onları məhkəmə azad edəcək. Bu ədalət məhkəməsidir? Bu adamlar nazir deməyiblər, komitə sədri deməyiblər, iş adamı deməyiblər, hər kəsi özlərinə tabe etdirib haqq alıblar. Onlara belə yüngül cəzaların verilməsi ilə qətiyyən razılaşmaq olmaz!”

H.Hacıyev Azərbaycanda məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərmədiklərini deyib: “Məhkəmələrin müstəqil olması ilə bağlı deyilənlərlə razı deyiləm. Məhkəmələr qanunsuz işlər gördüklərindən Eldar Mahmudov kimi eks-məmurlardan belə qorxurlar. Düşünürlər ki, qanunsuz işlərini çıxarıb ortaya qoya bilərlər. Düşünürəm ki, bu insanların hamısı vəzifədən getməlidirlər. Eldar Mahmudov Azərbaycandan kifayət qədər böyük pullar çıxara bilib. Ona görə də ölkədə istədiyini edə bilir. Hakimlərin aldığı rüşvətlər, həmin rüşvət hesabına alınan mülkləri, maşınları, torpaq sahələri haqda məlumatlıdır. Hakimlərin kiminlə, harada olmaları haqda xəbəri var. Ona görə də hakim dəstəsi onun qarşısında gözü kölgəlidir. Qorxurlar ki, birdən onlara qarşı kompromatlar ortaya çıxar. Necə ki, başqalarını kompromatlarla şantaj edir, hakimləri də həmin qaydada şantaj edib nəzarətdə saxlaya bilir”.

Hafiz Hacıyev bildirir ki, Eldar Mahmudov şantajla onun komandasının üzvləri olmuş şəxsləri azadlığa çıxara biləcək: “Özü şantajla azadlıqda qala bildi. İndi də həmin yolla onun dəstəsində olanların çölə çıxarılması üçün işləyir. Onun məhkəmə sədri ilə görüşü başqa niyə görə ola bilər? Əslində məhkəmələrdə verilən ifadələr Eldar Mahmudovun özünün içəri atılması üçün kifayət edir. Onun çöldə qalması yaxşı nəticə verməyəcək”.

Hafiz Hacıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsində də Eldar Mahmudovun barmağının olmasını istisna etmir: “Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldı. Hara getdi həmin xüsusi qərardad? Niyə həmin xüsusi qərardadla bağlı heç bir hərəkətlilik yoxdur? Eldar Mahmudovun xofu bu məmurların canından çıxmayıb. Onları işdən uzaqlaşdırıb başqaları ilə əvəzləmək lazımdır. Başqa cür Eldar Mahmudovla, onun dəstəsinin üzvləri ilə bacarmayacaqlar”.

Xatırladaq ki, MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdılar.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru