Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri... - İLGİNC
Tarix: 14-03-2018, 08:34 | Çap et
2015-ci ilin oktyabr ayının 17-də vəzifədən çıxarılan, “MTN işi” üzrə ötən il istintaqa çağırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı müəmma davam edir. Onun ətrafında çoxsaylı həbslər olub, komanda üzvlərinə az qala Cinayət Məcəlləsinin bütün bölümlərinə aid müxtəlif maddələrlə ittiham verib məhkəmə qarşısına çıxarıblar. Ən son həbs edilən sabiq nazirin köməkçisi işləmiş əmisi oğlu Vüqar Mahmudov oldu. Ona qədər istintaqçılarla Eldar Mahmudovun komandasının 20-dən çox yüksək çinli zabiti üz-üzə qalmışdı.
Ən müxtəlif vəzifə cinayətləri ilə bağlı ittiham edilən həmin MTN-çilərin bir çoxu haqda artıq məhkəmələrin hökmləri də var. 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs ediləndən sonra ona qarşı da Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürüldü. Ötən ilin sonlarına təsadüf edən həbsdən sonra belə xəbərlər dolaşırdı ki, tezliklə sabiq naziri də həbs edəcəklər. Hərçənd ki, bu qəbildən olan xəbərlərə artıq inananlar çox azdır...
Ləğv edilmiş MTN-də 2015-ci ildə gerçəkləşdirilən əməliyyatdan Eldar Mahmudov əli qandalsız çıxa bilib. Onun komanda üzvlərinin həbsindən sonra istintaqın, məhkəmənin aparılması qaydaları haqda təfərrüatlar meydana çıxdıqca beyinlərə belə təəssürat hakim kəsilib ki, sabiq nazir toxunulmazdır. Hazırda isə bu düşüncənin möhkəmlənməsinə rəvac verən məlumat da ortalıqdadır. Eldar Mahmudov söhbət mövzusu olanda tez-tez “bütün dünyada xüsusi xidmət orqanlarının rəhbərlərini həbs etmirlər” fikri eşidilməkdədir. Yəni bütün dünyada həbs etmirlərsə, Azərbaycanda da etməyəcəklər. Amma Azərbaycanda milli təhlükəsizlik nazirinin həbsdə olması təcrübəsi var. 1993-cü il iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Daha sonra isə əfv fərmanı ilə azadlığa buraxılıb.
Bu baxımdan Eldar Mahmudova münasibətdə fərqli münasibət göstərilməsi suallar doğurur...
Məsələ Eldar Mahmudovun şəxsinə bağlıdır, yoxsa həqiqətən də təhlükəsizlik şeflərinin həbs edilməməsi barədə formalaşan qənaətlər doğrudur?
Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər deyir ki, müxtəlif dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbəri olmuş şəxslərlə digər vətəndaşlar arasında elə də fərq yoxdur: “Hər bir dövlətdə təhlükəsizlik orqanı rəhbəri kreslosunda əyləşmiş vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdirlər. Təhlükəsizlik orqanlarının rəhbərlərinin həbs edilməməsi ilə bağlı deyilənlərin ciddi əsasları yoxdur. Amma belə orqanların rəhbəri olmuş şəxslər bir qayda olaraq siyasi hakimiyyətə çox yaxın, etibarlı adamlar olurlar. Eyni zamanda dövlət üçün çox məlumatlı adamlar olurlar. Vəzifələrinin verdiyi imkanlardan dolayı qiymətli informasiya daşıyıcılarına çevrilirlər. O adamların özləri də həddən artıq diqqətli və ehtiyatlı olurlar. Bu səbəbdən də belə bir postda olmuş şəxslərin həbsinə çox az rast gəlinir. Amma bu o demək deyil ki, bu adamların hüquqi cəhətdən bir immuniteti var, həbs edilə bilməzlər. Onlar da qanun qarşısında adi vətəndaşdırlar”.
Sülhəddin Əkbər deyir ki, sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur: “Hamıya bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi hərbi təşkilat olub. Orada bütün hərəkətlər, fəaliyyətlər, informasiya axınının təmini, sistemləşdirilməsi, analizi, qiymətləndirilməsi, daxil olan çoxsaylı məlumatların işlənərək informasiya halına gətirilməsi, müvafiq təkliflərin hazırlanması bütünlüklə sistem halında hərbi əmrlərlə, hərbi nizam-intizam içində yerinə yetirilib. Ona görə də hər hansı bir işin MTN daxilində gizli şəkildə gerçəkləşməsi uzun müddət davam edə bilməzdi. Orada böyük miqyaslı cinayətlər baş versin və bundan hərbi təşkilat şefinin məlumatı olmasın, bu, qeyri-mümkündür. Bu gün müşahidə edilən prosesin başqa səbəbləri var və prosesin nə ilə nəticələnəcəyi də bilinmir. Həbs edə də bilərlər”.
Yada salaq ki, ötən ilin noyabrında Vüqar Mahmudovun gözlənilmədən həbs olundu. Bunun ardınca isə sabiq naziri ilk dəfə olaraq istintaqa çağırdılar. Bu əlbəttə ki, səbəbsiz deyildi. Bilinirdi ki, Eldar Mahmudovun əmisi oğlunun ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması sıradan qərar deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst qatından verilməlidir. Belə bir qərar verilmişdisə, E.Mahmudovun indiyədək həbs edilməməsinin də ciddi səbəbləri olmalıdır. Bu haqda indiyə qədər bir neçə versiya səslənib. Əsas versiya kimi sabiq nazirin Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən çıxardıqları külli miqdarda vəsaiti qaytarmağa söz verməsi qeyd edilir. Digər bir versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlıdır. Sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxara bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
|