İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                 

Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar - Onlardan biri hələ də vəzifə başındadır
Tarix: 20-02-2018, 08:41 | Çap et
Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar
Azərbaycanda bir neçə şəxs var ki, onlara görə ölkənin adı xarici ölkələrdə səs-küylü məhkəmə proseslərində hallanıb. Bunlardan ən çox rezonansa səbəb olanları Azərbaycan Dəmir Yollarının sabiq rəisi Arif Əsgərov və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

A.Əsgərovun adı İsveç məhkəməsində aylarla sürən prosesdə keçib. Xatırladaq ki, İsveç prokurorluğu “Bombardier” şirkətinin alqı-satqılarında korrupsiya əməlinə yol verilməsi faktı üzrə araşdırma aparırdı. Araşdırmaya səbəb “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman A.Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Araşdırmalara görə, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.

Müqaviləyə əsasən, Azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib.

Siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan “Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu ilə ortaq qurulub. Bu korrupsiya qalmaqalında onun adı çox hallanırdı. Məhkəmənin son iclaslarının birində isə məlum olmuşdu ki, Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. 10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin hər zaman isti olduğu deyilir. Keçmiş diplomat Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda Avropada yenə bizneslə məşğul olur.

Qeyd edək ki, məhkəmə İsveç prokurorluğunun gətirdiyi dəlilləri yetərsiz sayaraq, “Bombardier”in Azərbaycanla sövdələşməsində korrupsiyaya yol verilməsi iddiasının sübut olunmadığı qənaətinə gəlmişdi. Bu qərarın əldə olunmasında V.Yakuninin oğlu - Avropada böyük biznesə malik Andrey Yakuninin əlaqələrinin də rol oynadığı iddia olunur.

Avropada məhkəmə qalmaqalının “qəhrəmanı” olan ikinci məmur - Elmar Rüstəmovla bağlı proses Vyanada baş tutub.

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bu cinayət işi ilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. A.Məlik-Aslanov yeni manat çapına, sifarişinə, daşınmasına və qəbuluna birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat əskinasları Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb.

Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.

R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.

“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” - deyə qadın bildirib.

Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “kisələrinə” doldurulub və Bakıya yola salınıb.

2016-cı ilin martında Avstriya prokurorluğu Azərbaycan rəsmiləri ilə korrupsiya razılaşması ilə əlaqədar Ali Məhkəməyə müraciət edib. Belə ki, iş üzrə Vyana məhkəməsi qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyirdi. Ona görə də bu instansiyaya müraciət etmişdi. Bu barədə Avstriyanın “Der Standart” qəzeti məlumat yaymışdı.

Göründüyü kimi, hər iki məmurun adı Azərbaycan adına yaraşmayan prosesdə hallanıb. Bu proseslər barədə dünyanın aparıcı media orqanlarının səhifələrində dəfələrlə materiallar dərc olunub. Artıq A.Əsgərov hakimiyyətdə təmsil olunmur, E.Rüstəmov isə Mərkəzi Bankın rəhbəri olaraq qalır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru