![Azərbaycan yaxın vaxtlarda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayacaq Azərbaycan yaxın vaxtlarda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayacaq](https://dia-az.online/uploads/posts/2025-01/thumbs/1738140012_777.jpeg)
AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a bildirib.
“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hikmət Hacıyev qeyd edib.