
"Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu. İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib".
Mia.az-ın məlumatlına görə, bu sözləri sabiq deputat, tanınmış ekspert Etibar Əliyev sosial media səhifəsində yazıb.
Sabiq deputat deyir ki, bu, hələ harasıdır:
"Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?
Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.
Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə dirktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.
Riyaziyyatçı - alim, mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq üçün ora qrant layihələrində ortağı olan Almaz adlı bir qadını təyin etdirdi. Və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…".
Sabiq deputatın bu iddialarına Elm və Təhsil Nazirliyinin mövqeyni əlavə etməyə hazırıq .