Dəfələrlə icra hakimiyyətinə müraciət etsə də... - GİLEY
Tarix: 14-04-2020, 09:32 | Çap et
54 yaşlı Dilbər Həsənovanın bu yaşınacan normal mətbəxi olmayıb. Deyir, o başqa məsələdir ki, bişirməyə heç normal ərzaq da tapmayıb. Ancaq hər qadın heç olmasa, 4 divarı olan bir yerdə bişirmək istər yeməyini: “Ömrüm dona-dona kartof qızartmaq, makaron süzməklə keçib. Makarondu, kartofdu, zərər yoxdur. Heç olmasa, qapalı bir məkan olsun”.
DİA.AZ xəbər verir ki, Ucarın Məlikballı kəndinin sakini Dilbər Həsənovanın evi tam tikili deyil, yarımçıqdır. Az qala, 30 ildən artıqdır tikilən bu evi başa çatdıra bilməyiblər. İndi isə ev qəzalı vəziyyətə düşüb: “Rayon yerində belədir. Bir ev tikmək 20-30 ilə başa gəlir. Çünki insanların əlinə çox pul keçmir ki, işini görüb qurtarsın. Az-az edirsən, ev tamamlanmamış, bir də ayılırsan ki, artıq qəzalı durumdadır. Başqa evə ehtiyac olur. Onu da 20 ilə bir evi tikib başa vura bilməyən biri necə alsın, ya necə tiksin? Vəziyyət budur, yəni”.
Həsənovlar ailəsi 5 nəfərdən ibarətdir. Ailədə kimsə işləmir. 2 nəfərin əlilliyi var.
Dilbər Həsənova deyir ki, onların pensiyası ilə, çətinliklə dolanırlar. Qalan heç yerdən 1 qəpik gəlirləri yoxdur: “Dəfələrlə sosial yardım üçün müraciət etdik. Gah dedilər, bizə düşmür, gah, sənəd yığdırdılar, bir sözlə, qaldı. Mal-heyvan, əkin-biçin də alınmır. Torpaqlar şorandır, heyvan adına da bircə atımız var. Uşaqlar onunla qonşuların həyət-bacasını təmizləyir, zibil daşıyırlar, vəssəlam. Heyvan da saxlamaq olmur. Almaq üçün pul lazımdır. Bizdə də o qədər pul hardandır? Yayda həyətdə bostan bitkiləri əkib-becərir, birtəhər yola veririk. Ən ağır günlərimiz qışda olur. Yandırmağa odun da tapmırıq. Evimizi də görürsüz, uçub-tökülür”.
Kənddə qaz olsa da, onlar yandırmırlar. Çünki pulunu ödəyə bilmirlər. Odun peçindən istifadə edirlər: “Evdə odun peçi yandırırıq. Ancaq ətrafını qızdırır. Hər yer dəlik-deşikdir çünki. İsti uçub gedir. Yağış yağanda su damır başımıza. Qar yağır, donuruq. İş olsa, işləyərik, o da yoxdur. Hərdən ot çalır, qonşuların həyətini, bağını təmizləyirik. Onda 2-3 manatımız olur. Qalan vaxtlar gəlir yox, qazanc yox. Qalırıq pis vəziyyətə”.
Dilbər Həsənovanın böyük oğlunun onurğasında problemi var. Kiçik oğlunun isə bronxları xəstədir. Deyir, heç birini müalicə etdirməyə imkanı çatmır: “Dərdlərini bilirik, amma dərman ala bilmirik. Yoldaşım isə ürək xəstəsidir, şəkəri var. Pensiya alır. Ortancıl uşağın, qızımın da əqli problemi var. 2-ci qrup əlildir”.
Evin qəzalı olması ilə bağlı ailə 2 dəfə Ucar Rayon İcra Hakimiyyətinə müraciət edib. Müsbət cavab ala bilməyiblər: “Deyirlər, büdcədə pul yoxdur. Ev lazımdırsa, özünüz tikin. Bəs yaxşı, biz nə ilə tikək? Bizi işlə təmin etmisinizmi? Baxın, kəndin bütün cavanları avaradır. İş oldu gedib işləmədilər? Ya iş olsa, işləyib pul qazansaq, özümüzə ev tikmərik? Televizorda bütün günü danışırlar. Deyirlər ki, rayonlarda iş yeri açılır, camaat işləyir və s. Hanı o iş yerləri? Biz iş tapa bilmirik. Dövlət insanlara birinci şərait yaratsın, sonra işləyib, özünü dolandırmağı tələb etsin. Əsəbimdən daha onların verdiyi yalançı xəbərlərə də baxmıram”.
Dilbər Həsənova deyir ki, kəndli ağzını açanda deyirlər, “təsərrüfatla məşğul olmaq lazımdır”. Ancaq kənddə nə suvarma üçün su, nə də kəndliyə güzəşt var: “Normal su yox, güzəşt yox. Olan güzəştlərdən də ancaq məmur təsərrüfatları istifadə edə bilir. Bizə heç nə düşmür. Bu yazıq kəndli nə etsin? Hələ məşğulluq mərkəzinə gedib iş tapanını tanımıram. Elə televizorda deyirlər ki, müraciət edin, minlərlə iş yeri açılıb. Edirik, bir xeyri yoxdur: “Yağış yağanda başımıza tökülür. Evin içi göllənir. Pəncərələrimiz də çürüyüb deyə, hər yerdən külək, hava girir. Bu qədər yaşım var, mən hələ normal mətbəxtdə yemək bişirmək necə olur, bilmirəm. İnanın, bilmirəm. Ata evimdə kasıblıq, ailə qurdum, yenə kasıblıq. Bir günümüz olmadı. Evin hər yeri uçub-tökülür. İş yox, təsərrüfat yox, sosial yardım düşmür. Sonra da deyirlər ki, gedin özünüz həll edin probleminizi. Mən oxumamışam, savadsızam, bilmirəm. Yəni insanların sosial durumunun yaxşılaşması üçün dövlət nəsə bir tədbir görməməlidir?”
Həsənovlar ailəsi dövlətdən ayda 300 manat alır. O da əlilliyə görədir: “Bununla 5 nəfər dolana bilmirik. Kiçik oğlum məktəblidir. Hər gün bir şey lazım olur, qarşılaya bilmirəm. İş də ki, həmişə olmur. 2-3 gündənbir həkimlərdəyik. Dərman almağa pulumuz yoxdur. Qaldı ev tikməyə, ona isə ümumiyyətlə gücümüz çatmır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
|