Tibbi maska qıtlğını kimlər və niyə yaradıb? - Cavanşir Feyziyevə ağır ittihamlar
Tarix: 2-03-2020, 11:33 | Çap et
Artıq bir necə aydır ki, bütün dünyanı sarsıdan ölümcül koronavirus epidemiyasının Azərbaycanda da aşkarlanması ölkədə ciddi narahatçılğa səbəb olub. Məlum olduğu kimi, artıq Azərbaycanda 3 nəfərin koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu da əhali arasında təşvişi bir qədər də artırıb.
Düzdür, Azərbaycan hökuməti koronavirus epidemiyasının ölkədə kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün müəyyən addımlar atıb.Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb. Sərhəd-keçid məntəqələri, xəstəxanalar koronavirusa qarşı bütün diaqnostika və mübarizə vasitələrilə təmin edilib. Koronavirusun geniş yayıldığı İranla sərhəd bağlanıb. Baş Nazirin sədrliyi ilə hökumət komissiyasının yaradıldığı, yanvarın 30-dan epidemiyaya qarşı Fəaliyyət Planının təsdiqləndiyi açıqlanıb.
Ölkədə beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları yaradılıb. Bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşan bu laboratoriyalar paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.
Ancaq bununla belə əhali arasında koronavirusla bağlı panikanın aradan qalxdığını söyləmək mümkün deyil. Bunun bir səbəbi əlbəttə, mediada, sosial şəbəkələrdə koronavirusla bağlı yalılan şişirdilmiş məlumatlar, bəzi xəstəxanalardakı xoşagəlməz vəziyyətə dair görüntülərdisə, digər səbəbi də işbazlların bu vəziyyətdən yüksək qazanc əldə etmək məqsədilə atdığı çirkin addımlardır.
Belə ki, hələ koronavirus Azərbaycana keçməmiş, qonşu İranda yayıldıqdan dərhal sonra ölkədə elementar tibbi vasitələr, xüsusən də spirt və sadə tibbi maskalar qıtlaşmağa başladı. Ölkədə ilk koronavirusa yoluxma faktının qeydə alındığı xəbərindən sonra isə spirt və tibbi maskalar apteklərdən yoxa çıxdı.
Artıq bir həftədən artıqdır ki, Bakının əksər apteklərində tibbi spirt və maskaları, hətta qrip əleyhinə dərmanları tapmaq qeyri-mümkündür. Baxmayaraq ki, Nazirlər Kabineti epidemiyadan qorunmaq üçün ölkədə kifayət qədər tibbi ləvazimatların olduğunu açıqlayıb... Apteklərdə isə bunun tam əksi müşahidə olunur.
Son 2-3 gün ərzində həmkarlarımız, o cümlədən saytımızın əməkdaşları paytaxtın bütün rayonlarında aptekləri gəzərək, maska və spirt almağa çalışsalar da, əksəriyyətində “yoxdur” cavabı alıblar. Bəzi apteklərdə isə maska və spirtlər dəyərindən dəfələrlə artıq qiymətə satılılmaqdadır.Belə ki, əvəllər apteklərdə 10 qəpiyə satıılan sadə maskalar 1-1,5 manata qaldırılıb. Respublikanın bəzi şəhar və tayonlarında hətta bu maskaların 2-3 manata satıldığı xəbərləri yayılıb.
Əvəllər apteklərdə 2 manata olan filtirli maslalar isə apteklərdə 4-5 manata qədər qaldırılıb.
Təxminən 1 manata satılan spirtin qiyməti isə 3 manata qaldırılıb. Bu da təbii olaraq əhali arasında ciddi narazılığa səbəb olub.
Belə anlaşılır ki, işbazlar koronavirus epidemiyası ilə bağlı əhalinın narahatçılığından istifadə edərək əvəlcə maska və spirt qıtlığı yaradaraq ölkədə təşvişin artmasına səbəb olurlar. Sonra isə maska və spirti apteklərdə baha qiymətdən satışa çıxardaraq böyük pullar qazanırlar. Yəni, klassik fırıldaqçılıqdan istifadə edərək ciblərini doldururlar.
Bəs bunu edən kimlərdir?
Apteklər problemin onlarla bağlı olmadığını bildirirlər. Bəzi aptek sahibləri maska və spirtləri satıb qutardıqlarını, yeni partiyanın isə gəlmədiyini söyləyirlər. Qeyd edirlər ki, depolar maska və spirt ehtiyatlarını qutardığını iddia edərək, onları əliboş yola salırlar.
Maska və spirti baha satan apteklər isə, qiyməti özlərinin deyil, onları dərman və tibbi ləvazimatlrla təmin edən şirkətlərin qaldırdığını iddia edirlər. Bu sırada ən çox adı çəkilən isə “Avromed” şirkətidir.
Bu da təsadüfü deyil, Məlum olduğu kimi, “Avromed” şirkəti ölkədə dərman, tibbi ləvazimat və peraparatlar bazarının böyük hissəsinə nəzarət edir. Ölkədəki apteklərin əksəriyyəti ya birbaşa “Avromed” şirkətinin nəzrətindədir, ya da dərman, tibbi ləvazimat və peraparatlarıi bu şirkətdən alır. Buna görə də, ölkədə maska və spirtlə bağlı yaranmış problemin həmdə “Avromed” şirkəti ilə bağlı olduğu şübhə doğurmur.
Elə şirkətin mətbuatın bu məsələilə bağl suallarını cavablandırmaqdan yayınması da bu ehtimalı artırır. Belə ki, bir sıra mətbuat orqanlarının əməkdaşları Bakıda maska qıtlığı ilə bağlı “Avromed” rəsmilərilə əlaqə saxlamağa çalşısalar da, buna nail ola bilməyiblər. Şirkətin telefon zənglərinə cavab verən operatoru səlahiyyətli şəxsin ölkədə olmadığını bildirib.
“Tibbi maskalarla bağlı suala ancaq şirkətimizin əməkdaşı Əzizə xanım cavab verə bilər. Amma o hələ Bakıda deyil, Moskvadadır. Gəldikdən sonra əlaqə saxlaya bilərsiniz”-deyə, bildiriblər.
Ötən müddət “Avromed”in məsələ ilə bağlı hər hansı açıqlama verməməsi, ictimaiyyət tərəfindən şirkətin rəhbərliyinə qarşı ittihamların daha da artmasına səbəb olub.
Sosial şəbəkələrdə, internet televiziyalarında “Avromed” şirkətinin sahibi kimi tanınan sabiq deputat, hazırda 115 saylı Şəki kənd seçki dairəsindən lider namizəd olan Cavanşir Feyziyevə qarşı ağır ittihamlar səsləndirilib.
Məhz onun göstərişi ilə, apteklərə maskaların verilməsinin məhdudlaşdırıldığı, qiymətinin kəskin artırıldğı bildirilir.İctimaiyyət nümayəndələri bu faktı qəti şəkildə pisləyərək, hökuməti “Avromed” şirkəti və onun rəhbərliyilə bağlı tədbir görməyə çağırıblar.
Məsələn, tanınmış yazar, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cavanşir Feyziyevin dövlətin sityasətini sobataj etdiyini vurğulayaraq, ona deputat mandatının verilməməli olduğunu bildirib. Eyni zaman prokurorluğu ölkədə maska qıtlığı yaradanlar, o cümlədən Cavanşir Feyziyevlə bağlı araşdırma aparmağa çağırıb.
Əvəz Zeynalı dərman və tibbi vasitələri bazarını inhisarda saxlayan şirkətlərin sadə maskaları dəyərindən 10 dəfələrlə artıq qiymətə satmaqla son bir həftə ərzində 20 milyon əlavə qazanc əldə etdiyini vurgulayıb.
Ölkədə maska və spirt qıtlığının yaradılmasında da məqsədin məhz bu cür qeyri-qanuni yüksək qazanc əldə etmək olduğu bildirilir.
Eyni zamanda dərman şirkətlərinin, o cümlədən “Avromed”in qarşıdakı aylarda regionda, eləcədə ölkədə vəziyyətin daha da kəskinləşə biləcəyini nəzərə alaraq, sonralar daha baha qiymətə satmaq üçün maska və spirtin böyük hissəsini gizli anbarlarında saxladığına dair iddialar var.
Bəzi iddialarda isə, dərman şirkətlərinin ölkədəki bəzi tibbi ləvazimat və preparatları, o cümlədən maskaları koronovirusun geniş yayılması səbəbindən ciddi ehtiyac duyulan və bu üzdən də qiyməti qalxan ölkələrə - Cinə, İrana satdıqları bildirilir.
Nazirlər Kabineti ötən həftə bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən müxtəlif yollarla aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verməsinin də bununla bağlı olduğu bildirilir...
Ortada bu cür ciddi ittihamların olmasına baxmayaraq nə “Avromed” şirkəti, nə Cavanşir Feyziyev məsələyə aydınlıq gətirmək üçün hər hansı açıqlama ilə çıxış etmirlər. Bu da iddialara veriləcək cavablarının olmadığı qənaətini yaradır.
Qeyd edək ki, dərman şirkətlərinin, o cümlədən “Avromed”in ölkədə vəziyyətin ağırlaşmasından istifadə edərək, yüksək qazanc götürmək üçün satdıqları dərman, tibbi ləvazimat və preparatların qiymətlərini kəskin qaldırmaları faktına bundan əvvəllər də rast gəlinib.
Məsələn, 2015-ci ildə manatın kəskin devalvasiyasından sonra dərman şirkətləri, o cümlədən “Avromed” qiymətləri kəskin artırmışdılar. Prezidentin tapşırığından sonra Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinqlər apararaq, qiymətlərin ən azı 30 faiz, bəzən isə dəfələrlə artdırıldığını təsbit etmişdi.
Həmin vaxt dövlət strukturları dərman şirkətlərinin rəhbərlərini yola gətirməyə çalışdılar ki, heç olmasa qiymətlərin artımını müvəqqəti dayandırsınlar. Şirkət rəhbərləri dövlət qurumlarının bu çağırışına razılıq versə də, apteklərə dərman verilməsini dayandırmişdı.lar Depolardan apteklərə yalnız gündəlik ehtiyac duyulan ucuz dərmanları verilir, bir çox xəstələr üçün həyati əhəmiyyət daşıyan dərmanların satışı dayandırılmışdı. Başqa sözlə, dövlətin siyasəti sabotaj edilmişdi.
Həmim vaxt Prezident İlham Əliyev buna sərt reaksiya verərək, ölkədə dərmanlara vahid qiymət qoyulmasının zəruri olduğunu bildirmişdi.
“Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır...
Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”. – deyə, president dərman şirkətlərinə xəbərdarlıq etmişdi.
Ancaq hazırkı vəziyyət dərman şirkətlərinin bu xəbərdarlığı yaddan çıxardığını göstərir. Dövlət qurumları isə sadəcə vəziyyəti müşahidə edirlər. Görünür, problemin həlli üçün yenə də Prezidentin müdaxiləsinə ehtiyac var!
Qeyd olunan iddialar və ittihamlarla bağlı “Avromed” şirkətinin və Cavanşir Feyziyevin də mövqeyini işıqlandırmağa hazırıq. (azpolitika.info)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
|