Təhsil Nazirliyindəki “paket maaş”larının gizli qaynağı - Mikayıl Cabbarovun tender müəmması
Tarix: 12-11-2015, 08:55 | Çap et
Azərbaycanda son illər əksər iri infrastruktur layihələrinin icrasında qaranlıq məqamlar tenderlərin keçirilməsindən başlanır. Dövlət büdcəsi vəsaitlərinin talan edildiyi ünvanlardan biri icraçı şirkətdirsə, əsas tərəflər sifarişçi dövlət qurumu və Dövlət Satınalmalar Agentliyidir. Çünki büdcə vəsaitləri hesabına reallaşdırılacaq layihələri icra edəcək qaliblər Agentliyin keçirdiyi “açıq tender”lərdə müəyyənləşir.
Düzdür, rəsmi olaraq iddia olunur ki, keçiriləcək tenderlər barədə dövlət qəzetlərində əvvəlcədən elan verilir. Tenderlərdə qalib gələn şirkətlər barədə məlumatları isə təşkilatçıdan almaq olar, çünki Tender Komissiyası müvəqqəti - yalnız tenderin keçirilməsi üçün formalaşdırılır. Qanuna uyğun olaraq əsas meyarlar müəyyənləşdirilir və nəticələr də həmin şərtlərə uyğun dəyərləndirilir. Əgər hansısa tenderin keçirilməsindən narazılıq olarsa, şikayət edə bilərlər. Qurumda bütün şikayətlər araşdırılır. Amma maraqlıdır ki, indiyə qədər Agentliyin təcrübəsində hansısa tenderin nəticələrinin ləğv edilməsi halı olmayıb. Həmçinin tenderlərdə hansı şirkətlərin hansı təkliflərlə iştirak etdiyi və qərarların hansı meyarlar əsasında verildiyi barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Nəticədə ilkin layihə dəyəri gizli saxlanılan layihələrin qiyməti tenderdən sonra müəmmalı şəkildə artır və digər şübhəli məqamlar ortaya çıxır. “Unikal”ın əldə etdiyi məlumata görə, son vaxtlar Təhsil Nazirliyi ilə podratçı şirkətlərin əməkdaşlığında da kifayət qədər qaranlıq məqamlar var. Mikayıl Cabbarovun nazir təyin edilməsindən sonra nazirliyin sifarişlərinin icrası ilə bağlı şəffaflıq yaranacağı gözlənilsə də bu, baş verməyib. Əksinə, adıçəkilən qurum hər hansı tender elan edilmədən podratçı şirkətlərə sifariş vermək ənənəsini daha da genişləndirib. Hazırda Təhsil Nazirliyində geniş yayılan “paket maaş” üsulu da bunu təsdiqləyir. Ehtimal etmək olar ki, nazirliyin mərkəzi aparatında çalışanlara qanuni maaşlarından əlavə gizli ödənişlərin edilməsi məhz podratçı şirkətlərlə tendersiz əməkdaşlığından əldə edilən vəsaitlər hesabına həyata keçirilir. Bildirildiyinə görə, hazırda nazir müavinlərindən Ceyhun Bayramov maaşının 5, Firudin Qurbanov 20 faizi qədərində zərf üsulu ilə maaş alır. Nazirin müşavirlərindən Seymur İsmayılova 10 min manat, Hüseyn Əliyev və Orxan Nəzirliyə 5 min manat, Fariz Rzayev, Yaqub Piriyev və Camal Qasımova 3 min manat, aparat rəhbəri Mətin Eynullayevə isə 10 min manat zərf üsulu ilə maaş ödənilir. Nazirliyin şöbə müdirlərinin “paket maaşı” isə aşağıdakı kimi tənzimlənib:
Fərzəli Qədirov - 3 min manat, Faiq Şahbazlı - 3 min manat, Rauf Orucov - 3 min manat, İsmayıl Sadıqov - 3 min manat, Samir Vəliyev - 3 min manat, Elnur Əliyev - 5 min manat, Sübhi Kazımov - 3 min manat, Gültəkin Hüseynova - 2 min manat.
Bu qədər vəsaitin qaynağı əlbəttə, maraq doğurmaya bilməz. Ağla gələn isə ilk növbədə Təhsil Nazirliyinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərindən kənara çıxaraq podratçı şirkətlərlə işbirliyidir. Nazirliyin sifarişlərini dərindən təftiş etdikdə bir çox işlərin məhz tenderdən kənar yollarla görüldüyü ortaya çıxacaqdır. Podratçı şirkətlərlə belə işbirliyi isə kifayət qədər ciddi gəlir mənbəyi deməkdir. Bu zaman iş icraçısı olan tərəfə ödəniləcək məbləğin önəmli hissəsini əvvəlcədən “şapka” kimi almaqdan tutmuş görüləcək işin maya dəyərini şişirtməyədək çoxsaylı maxinasiyalara yol vermək asanlaşır. Həmçinin sifariş edilən işin keyfiyyətlə görülməsi də ciddi şübhə altına düşür. Qeyd edək ki, Azərbaycanda dərsliklərin səviyyəsi ilə bağlı mübahisə və müzakirələrin kökündə duran amillərdən biri kimi də məhz dərslik tenderlərinin şəffaflığı yönündə şübhələr dayanır. Mikayıl Cabbarov nazir təyin edildikdən sonra Misir Mərdanovun zamanından qalan bu problemin həlli yönündə ciddi addım atılacağı gözlənilsə də, bu baş verməyib. Əksinə, dərslik sifarişlərinin icrasındakı müəmmalı məqamlar ortaya çıxarılan dərsliklərlə bağlı daha ciddi səhvlərin yaranmasına səbəb olub. Əldə etdiymiz məlumata görə, nazirliyin rayon şöbələrində də sifarişlərin icrası ilə bağlı kifayət qədər qaranlıq məqamlar var. Araşdırmalar bütün ölkə üzrə yerli təhsil şöbələrinin əsasən bir neçə podratçı şirkətlə əməkdaşlıq etdiyini göstərir ki, bu da suallar yaradır. Bu məsələnin də Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində həyata keçirildiyi deyilir. Bir sözlə, Mikayıl Cabbarovun nazir təyinatından sonra Təhsil Nazirliyində şəffaflıq məsələsində nəinki müsbət irəliləyiş yaranıb, əksinə, müəmmalı məqamlar daha da çoxalıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
|