“Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək, lakin...” - GƏLİŞMƏ
Tarix: 1-12-2021, 09:12 | Çap et
Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirdiyi, ABŞ və NATO rəhbərliyinin Kremlin bu ölkəyə hücum planları haqda xəbərdarlıqlar etdiyi bir vaxtda Türkiyə bu məsələdə vasitəçilik təklif edib.
“Türkiyə regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində deyib. “Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Bu problemin həllində iştirak etmək istəyərdik”, - deyə, Ərdoğan bildirib.
Rusiya ilə qarşıdurma həddində olan NATO-nun aparıcı üzvlərindən birinin Kiyev və Moskva arasında vasitəçi olmaq təklifi əlbəttə ki, diqqət çəkir. Türkiyənin dünyada artan rolu, son olaraq Qarabağ münaqişəsinin həllində fəal iştirakı, Suriyada, Liviyada sülhyaratma missiyası buna sübutdur. Ukrayna məsələsi isə olduqca həssas və spesifikdir. Rusiya Normanda formatı (Almaniya, Fransa, Rusiya və Ukrayna) çərçivəsində danışıqlarda iştirak edir, amma bu format da çoxdan işlək deyil, Minsk Qrupu kimi heç bir uğura imza atmayıb. O səbəbdən Türkiyənin bu işi təkbaşına üzərinə götürmək istəməsi də anlaşılandır. Amma Qərbin tam təsiri altında olan hazırkı Ukrayna hakimiyyətinin onların razılığı olmadan Türkiyənin vasitəçiliyinə “hə” deməsi mümkünsüz görünür. Prezident Vladimir Putin dəfələrlə Ərdoğanın sözünə güvənilən lider olduğunu desə də, Rusiya da bu təklifə isti baxmaya bilər. Çünki bu vasitəçilik Türkiyənin dünyadakı nüfuzunu daha da artıra bilər ki, bu da hakim olmaq istədiyi regionda Moskvaya sərfəli deyil.
Vasitəçilik alına bilərmi? Moskva, Kiyev və NATO-nun mövqeyi necə ola bilər?
Siyasi analitik Asif Nərimanlı məsələni geniş şərh etdi: “Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik təklifi tərəflərin razılaşıb-razılaşmamasından öncə mövcud vəziyyətin çıxılmazlığı fonunda alternativ təqdim etmək məqsədi daşıyır. Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normand formatı işə yaramayıb və bundan sonra nəsə edə biləcəyi də çətindir. Çünki Avropa - Fransa, Almaniya və Rusiya arasında yaradılan bu formata ABŞ heç vaxt isti baxmayıb və Vaşinqton zaman-zaman Avropa ilə Rusiyanın anlaşmasına qarşı Ukrayna üzərindən uğurlu müdaxilələr edib. Bu format əslində münaqişənin həllindən daha çox, yenidən alovlanmasının qarşısını almaq məqsədi daşıyırdı və iqtisadi-siyasi əlaqələr baxımından həm Avropaya, həm də Rusiyaya sərf edirdi, xüsusilə Avropada enerji tələbatına görə. Almaniya da Rusiya ilə birlikdə ”Şimal axını" layihəsini reallaşdırmaq üçün zaman qazanmağa çalışırdı. İndi vəziyyət dəyişib, Merkeldən sonrakı dövrdə Almaniyanın yeni koalisiya hökuməti Rusiyaya, eləcə də Moskvanın “Şimal axını” layihəsinə qarşıdır. Bayden administrasiyası da həm Rusiyanın Avropada təsirinin artmasının qarşısını almaq, həm də köhnə müttəfiqlərini rus təhlükəsinə qarşı öz çətiri altında birləşdirmək üçün Ukrayna münaqişəsindən vasitə olaraq istifadə edir. Amma bu, yenə də münaqişənin həll ediləcəyi demək deyil. Ukrayna və Rusiya nə qədər açıq qarşıdurmaya getsələr də bu vəziyyət heç birinə sərf etmir. Kiyevin önündə iki yol var: ya münaqişəni hərbi yolla həll etməlidir, ya da daha real nəticələr əldə edə biləcəyi formatı tapmalıdır. Ukrayna separatçılara qarşı II Qarabağ müharibəsi ssenarisinin tətbiqi üzərində düşünür. Lakin onu da anlayır ki, qarşısındakı Rusiyadır və Moskvanın cavab hücumu ağır nəticələrə səbəb ola bilər. Bu hücuma qarşı Qərbin dəstəyinə də bel bağlaya bilmir. Avropa son qarşıdurmalara görə Ukraynanı ittiham edir, ABŞ isə qeyd etdiyim kimi, məsələdən daha çox strateji planları üçün istifadə edir və bütün bunlarla yanaşı, keçmişdən çıxarılan dərslər də var. Bu vəziyyətdə Ukrayna üçün yeni formatda həll variantının müzakirə edilməsi daha məqbul görünür. İstisna deyil ki, Kiyev indiki halda hərbi variantı ön plana çıxarmaqla Qərbin yaratdığı formatın işləməsinə nail olmaq, prosesi ölü nöqtədən tərpətmək və separatçılar üzərində müəyyən hərbi qələbələr əldə etməklə danışıqlara güclü şəkildə qatılmaq niyyətindədir. Lakin Rusiyanın cavabının hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir və toqquşmanın nəzarətdən çıxması bölgədə daha böyük münaqişəyə gətirib çıxara bilər. Bunu da nə Avropa, nə də ABŞ istəyir. Rusiya da Ukraynada yeni cəbhə ilə üzləşmək istəmir. Bu, həm yeni sanksiyalara səbəb olacaq, həm də “Şimal axını” layihəsinin reallaşması gözləntilərinə zərbə vuracaq".
Ekspert hesab edir ki, qardaş ölkə yaranmış vəziyyət qarşısında öz təklifini irəli sürür: “Ümumilikdə Moskva Ukrayna münaqişəsinin ona davamlı şəkildə maneələr yaratdığını da anlayır. Lakin Qərblə də anlaşmaq istəmir. Və prosesin inkişafını yaxşı anlayan Türkiyə yaranmış vəziyyətdən istifadə edərək öz vasitəçiliyini təklif edir. Bu, həm Rusiya, həm də Ukrayna üçün məqbul variant ola bilər. Çünki Rusiya bu məsələni Qərblə həll etməyəcək, əvəzində Cənubi Qafqazda və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da güc balansını Türkiyə ilə paylaşmaq daha sərfəli görünür. Bununla həm də ABŞ qarşısında qalxan yarada bilər. Ukraynaya isə real nəticələr lazımdır və Kiyev anlayır ki, Ankara nələrsə edə bilər. Türkiyənin məqsədi də Şərqi Avropadan Mərkəzi Asiyaya qədər coğrafiyada təsir gücünü artırmaqdır. Bu, Rusiyanın postsovet məkanında təsir gücünə alternativ yaradır, amma dediyim kimi, Moskva yeni geosiyasi reallıqlarda təkbaşına döyüşməyin çətin olduğunu da anlayır və belə demək mümkünsə, daha çox pay istəyən, onun daxili işlərinə müdaxilə edən Qərbdənsə, bərabərhüquqlu və eyni gücdə gördüyü Türkiyə ilə anlaşmaq daha sərfəli ola bilər. Rusiya üçün Qara dənizdəki vəziyyət də risklidir. Ankara və Kiyevin yaxınlaşması Türkiyənin dənizdəki gücünü artırır, o cümlədən münaqişənin davam etməsi ABŞ-ın bölgəyə müdaxiləsinin də önünü açır. Ruslar üçün bu, gələcəkdə riskləri daha da artıra bilər. Bu baxımdan, Rusiya Ukrayna məsələsində də Cənubi Qafqaz ssenarisinə razı ola bilər, yəni Qərbin bölgəyə müdaxiləsini minimuma endirə və məsələni Türkiyə ilə həll edə bilər. Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək. Lakin son geosiyasi proseslər NATO daxilində Britaniyanın dəstək verdiyi Ankaranın mövqelərinin gücləndiyini göstərir və mümkündür ki, Şərqi Avropadan Asiyaya qədərki coğrafiyada sabitlik yeni dünya nizamında ingilislərin də maraqlı olduğu məsələdir. Hərçənd məsələyə maksimal formada da yanaşmamalıyıq, yəni Ukrayna münaqişəsinin tamamilə həll edilə biləcəyini, Rusiyanın ilhaq etdiyi Krımdan çıxacağını demək də çətindir. Fikrimcə, Türkiyə ən azı Donbas və Luqansk məsələsində Ukraynanın xeyrinə irəliləyişə nail ola bilər. Rusiya Krımı verməyəcək. Bu bölgə Rusiyanın tarixdən gələn isti dənizlərə çıxış strategiyasının tərkib hissəsidir. Krımla bağlı Kipr, yaxud hansısa başqa ortaq model tapıla bilər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
|