Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                 

ABŞ və Britaniya Rusiyaya qarşı ordu toplayır – Poliqon Ukrayna
Tarix: 27-11-2021, 10:44 | Çap et
ABŞ və Britaniya Rusiyaya qarşı ordu toplayır
ABŞ KİV-ləri mötəbər qaynaqlara istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya tank əleyhinə “Javelin” raket komplekslərinin yeni partiyasını, habelə “Stinger” daşınan zenit-raket komplekslərini göndərəcək. Habelə Pentaqon israr edir ki, Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi avadanlıqlar, o cümlədən “Mi-17” helikopterləri Ukraynaya göndərilsin.

Eyni zamanda, Böyük Britaniya da Ukraynaya Rusiyanın gözlənilən müdaxiləsinin qarşısını almaq üçün hərbi dəstək göstərəcək. Adıçilən ölkə bu məqsədlə 600-a qədər xüsusi təyinatlı döyüşçünü Ukraynanın köməyinə göndərməyə hazırdır. Qərb dairələri Rusiya ilə Qərb arasında Ukraynadan başlayacaq müharibə riskinin çox yüksək olduğunu bildirirlər.

Gərginləşən ABŞ-Rusiya və ABŞ-İran münasibətləri yerləşdiyimiz region üçün də təhlükəli vəziyyət yaradır. Bir çox ekspertlər hesab edirlər ki, Qərb və Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi bütövlükdə regionu təhdid edən faktordur.

Türkiyəli siyasi icmalçı, professor Murat Yeşiltaş AYNA-ya şərhində deyib ki, ABŞ-Rusiya münasibətləri tarixinin ən gərgin dövrlərindən birini yaşayır: “Rusiya ilə Ukrayna arasında gərginlik günü-gündən artmaqda davam edir. Rusiyanın sərhədə 100 min əsgər yığmasından dolayı yaranan gərginlik hazırda beynəlxalq müstəvidə müzakirə olunan əsas mövzulardan biridir. Bütün bunların fonunda Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya münasibətləri yenidən gündəmə gəlib. ABŞ və Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi, əsgər heyəti göndərəcəyi ilə bağlı açıqlamalar bu xüsusda təsadüfi deyil”.

“Moskvada hesab edirlər ki, Ukraynada baş verən bütün hadisələr, o cümlədən bu ölkənin Rusiya ilə gərgin münasibətləri Amerikadan qaynaqlanır. Qəti qənaət formalaşıb ki, Ukraynanın Avropa İttifaqı və ya NATO-ya üzvlüyündə Qərbin əli var. Onu da iddia edirlər ki, məqsəd bu yolla Rusiyanı zəiflətmək, onu tərkisilah etməkdir. Dəfələrlə Rusiya Ukraynanı təhdid etsə də, ABŞ və Qərb yalnız bəyanat verməklə kifayətlənib. Yəni, bu məsələdə onların real dəstəyi nəzərə çarpmayıb. Bu mənada Kremldə də əminlik var ki, Amerika və Qərbin Ukrayna ilə bağlı dövriyyəyə buraxdığı məlumatlar təzyiq məqsədi daşıyır”, - deyə professor bildirib.

Onun sözlərinə görə, ABŞ-la Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi inandırıcı deyil: “Təbii ki, istisna da oluna bilməz. Nə zamansa bu, baş verir. İndiki halda onların münasibətləri kifayət qədər gərgindir. Lakin hər ikisi anlayır ki, bu müharibə tərəflər üçün çox risklidir. Hətta bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı da ola bilər. Lakin Rusiyanı zəiflətmək, postsovet məkanını Moskvanın nəzarətindən çıxarmaq Qərbin əsas məqsədidir. Bu istiqamətdə dəfələrlə müəyyən cəhdlərin şahidi olmuşuq. “Məxməri inqilablar” və s. kütləvi narazılıqlar bunun bariz nümunəsidir. Lakin bəzi hallarda bu inqilablar Qərbin xeyrinə olmayıb və yenidən həmin ölkələrdə Rusiya güclənməyə başlayıb”.

“Hazırda ABŞ avropalı müttəfiqləri ilə Rusiyanın mümkün hücumundan sonra atılacaq addımları müzakirə edir. Bu məqsədlə Kiyevə hərbi və iqtisadi yardım göstərmək barədə razılığa gələn tərəflər Rusiyanın xoşuna gəlməyəcək plan üzərində işləyirlər. Artıq bir sıra variantları masada saxlayan Ağ Ev rəsmiləri koordinasiyalı cavab olacağını açıq şəkildə ifadə edərək, bunun həm də Putini Ukraynaya qarşı növbəti təcavüzdən yayındırmaq məqsədi daşıdığını bildiriblər. Mübarizə bundan sonra da davam edəcək. Buna şübhə yoxdur. Lakin tərəflər kifayət qədər təmkinli olmağa və müharibə riskindən mümkün qədər yayınmağa çalışacaqlar. Bu, hər iki hər tərəf üçün çox riskli addım olardı”, - deyə Yeşiltaş fikrini yekunlaşdırıb.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də AYNA-ya açıqlamasında söyləyib ki, ABŞ və Brtitaniyanın son xəbərdarlıqları Rusiyanı geri çəkilməyə təhrik etmək məqsədi daşıyır: “Qərb görəndə ki, Rusiya aqressiv hərəkətlərini və Ukraynaya qarşı təhdidlərini davam etdirir, belə bir açıqlama ilə çıxış etmək məcburiyyətində qalıb. Hətta Ukraynaya hərbi heyət göndərsələr belə, bu, o demək deyil ki, Rusiya ilə döyüşə atılacaqlar. Yaxud Ukraynaya görə Rusiya ilə müharibə edəcəklər. Sadəcə müəyyən təzyiq vasitəsidir. Necə ki, bundan hər zaman istifadə ediblər”.

“ABŞ və Qərbin Rusiya ilə münasibətləri gərgindir. Bu gərginlik hər gün daha da artan xətt üzrə davam edir. Ukrayna məsələsi bu münasibətləri bir az da gərginləşdirib. Lakin Qərblə Rusiyanın hərbi baxımdan üz-üzə gəlməsi asan məsələ deyil. Bu, hər iki tərəf üçün ağır itkilər, ümumilikdə bütün dünya üçün təhdid deməkdir. Yəqin ki, yaxın müddətdə buna getməyəcəklər. Gələcəkdə isə təbii ki, bu, mümkündür. Bu gün üçün isə bunu real saymıram”, - deyə Ağazadə vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru