Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                 

ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı - "F-35"-dən "8 zərbə"
Tarix: 15-11-2021, 10:45 | Çap et
ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Vaşinqton Ankaranı “F-35” proqramından kənarlaşdırmaq üçün “F-35” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəsiz yenidən quruldu”.

Nazir qeyd edib ki, buna səbəb olaraq Türkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başqadır: “Niyyət Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmiləri ilə bu istiqamətdə danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər çəkdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir”.

Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yürütməsi ilə bağlıdır.

Türkiyəli siyasi icmalçı, Dr. Can Kasapoğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət olaraq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almırdı, onun istehsalı prosesində iştirak etməli idi. Təbii ki, belə bir qərarın verilməsi Türkiyə üçün arzuolunan deyil. Çünki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mənada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbistanı “F-35”-ləri hazır alır, onlar istehsal prosesində iştirak etmirlər. Türkiyənin bu porqramda əsas üstünlüyü həm də istehsal dövləti olması ilə bağlı idi”.

“Dünyada mövcud olan bütün silah sistemlərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisadiyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qırıcısı inventarda saxlamaq üçün bahalı bir təyyarədir. Hazırda bir F-35-in uçuş saatının qiyməti 36-44 min dollar civarında qiymətləndirilir. Bu isə öz növbəsində bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edilən bəzi problemlər cari müqavilə öhdəliklərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etməyib: “Lakin dünyanın ən sıx SAM sistemləri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara görə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotlarının 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulması halları qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”.

“Türkiyə dövləti “F-35” proqramında qalmaq istəyini dəfələrlə ən yüksək rəsmi səviyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vaxtıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi məhdudiyyətləri və çətinliklər siyasi zəmində güclənməkdə davam edir. Hazırda görməli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Məhz bu yolla itirdiklərimizi kompensasiya edə bilərik. Bir məqamı da unutmaq lazım deyil ki, Türkiyə müdafiə sənayesinin verdiyi itkilərin ödənilməsi ən azı hərbi potensialın gücləndirilməsi qədər vacibdir”, - deyə Kasapoğlu fikirini yekunlaşdırıb.

ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş AYNA-ya açıqlamasında söyləyib ki, Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Görünən odur ki, Bayden administrasiyası rəsmi Ankara ilə məsafəli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderləri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıxış edir. Hazırda münasibətlər yüksək olmasa da, aşağı səviyyədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırlar”.

Müsahibimizin dediyinə görə, Suriyada PKK-nın qolu olan YPG-yə ABŞ-ın verdiyi siyasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz ərazisində saxlaması bu münasibətləri gərginləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilmirlər. Belə olduğu təqdirdə Amerika müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı təzyiqləri artırır. 9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkənin çıxması, Türkiyənin isə layihədə tək qalması bunun təzahürüdür”.

“Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onların əsas məqsədi Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Bu yolla Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Türkiyə kifayət qədər güclü dövlətdir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda ABŞ-Türkiyə müttəfiqliyinə xələl gələ bilər”, - deyə Arslanbaş vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru