Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                     Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? .....                     Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? .....                     Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar .....                     Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? .....                     Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də .....                     "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" .....                     "Çimnaz bir çoxları kimi maskalanmamışdı" .....                     "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." .....                     "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." .....                     "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi .....                     ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                     Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? .....                     Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... .....                     Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq .....                     Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                 

Rusiya Avropanın enerji xəritəsini dəyişdirir – Polşa bundan sonra qazı Almaniyadan alacaq
Tarix: 3-11-2021, 09:48 | Çap et
Rusiya Avropanın enerji xəritəsini dəyişdirir
Havalar soyuduqca, Rusiyanın Avropa İttifaqına qarşı qaz basqıları da artıb.

Ovqat.com-un məlumatına görə, Rusiyadan Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axını tamamilə dayandırılıb.

Bundan əlavə, “Qazprom” Ukrayna üzərindən Avropaya nəql etdiyi qaz axışını da yarıbayarı azaldıb. Məlumata görə, “Qazprom” 2022-ci ilin birinci rübündən üçüncü rübünədək Ukraynanın qaz nəqli sistemi ilə əlavə tranzit imkanları bron etməyib. Halbuki, Ukraynanın GTS operatoru hərracda Sudja stansiyası ilə gündə 9,8 milyon kubmetrə qədər və Soxranovka stansiyasından gündə 5,2 milyon kubmetrə qədər əlavə qaz nəql etmək üçün tranzit imkanlarını təklif etmişdi. Yəni, ümumilikdə, gündə 15 milyon kubmetrədək əlavə həcmdən söhbət gedirdi. Görünən budur ki, Ukraynanın bu təklif qəbul olunmayıb.

“Qazprom”-un Polşadan və Ukraynadan keçən kəmərlərlə bağlı qərarından sonra Avropada qazın qiyməti 15%-dən çox artıb. Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 880 dollara yüksəlib. Bir çox Qərb analitikləri, o cümlədən “Bloomberg” nəşrinin enerji mütəxəssisləri “Qazprom”un bu addımlarını davam edən enerji böhranı fonunda Rusiyanı Avropada vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər söz vermişdi ki, “Qazprom” Avropanın ehtiyacı olan bütün qazı tədarük etməyə hazırdır.

“Qazprom”un hərraclarda iştirakdan imtinasından sonra Ukraynanın GTS operatorunun rəhbəri Sergey Makoqon həyəcan təbili çalın: Rusiya qazının Ukrayna ərazisindən tranziti oktyabrın 1-i ilə müqayisədə noyabrın 1-dən sutkada 57 milyon kubmetrə qədər azalıb. Nəzərə alsaq ki, bu zamanadək Ukraynadan Avropaya qaz nəqli sutkada 86 milyon kubmetr idi, bu nəqlin 1\3-nin azalması anlamına gəlir. Üstəlik, Ukrayna ilə “Qazprom” arasında bağlanmış müqaviləyə əsasən, rus şirkəti bu boru xəttinə sutkada 109 milyon kubmetr qaz vurmalıdır. Belə çıxır ki, tranzit müqavilədə nəzərdə tutulandan iki dəfə çox azalıb. Bu minvalla “Qazprom” may ayının sonuna qədər Aİ-yə təxminən 5 milyard kubmetr qaz tədarük etməyəcək. Ötən şənbə günündən etibarən Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqlinin dayandırılmasını da hesaba qatsaq, bu rəqəm xeyli böyüyür.

“Qazprom” isə Avropanın enerji analitiklərinin şərhləri ilə razılaşmır. Şirkətin fikrincə, Ukrayna tranzitinin azalması və Polşa üzərindən isə tamamilə dayandırılması qanunidir və Avropa İttifaqına qaz nəqlinin kəsintisi anlamına gəlmir. Bu kəsintilər onunla izah oluna bilərdi ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Təbii olaraq, Ukrayna vəziyyətin bu cür dönüşündən çox narazı qalıb, hətta “Qazprom”la Macarıstan arasında razılaşmanın Avropanın enerji qanunvericiliyinə nə dərəcədə uyğun olub-olmadığına hüquqi qiymət vermək üçün Avropa Komissiyasına müraciət edib.

Polşa üzərindən qaz nəqlinə gəlincə, Almaniyanın təbii qaz kəməri operatoru “Gascade” şirkəti də etiraf edib ki, 30 oktyabr 2021-ci il şənbə günündən etibarən “Qazprom” tərəfindən idarə olunan Yamal-Avropa boru kəmərindən qaz almaq mümkün deyil. Açıqlamaya görə, boru kəmərinin Almaniyaya giriş nöqtəsi olan Mallnovaya qaz axını dayanıb. Qaz indi Polşadan Almaniyaya yox, tam əksinə, Almaniyadan Polşaya axacaq.

Rusiyanın Avropaya qaz nəqli xəritəsini yenidən cızması iki səbəblə izah olunur. İlk səbəb, sözsüz ki, Moskvanın “üzünə ağ olan” keçmiş müttəfiqlərini “xəyanətlərinə” görə cəzalandırmaq cəhdidir. Moskvanın məqsədi öz ətrafındakı Rusiya əleyhdarı hakimiyyətləri sarsıtmaq, ya özündən asılı vəziyyətə gətirməklə əvvəlki istehşamını bərpa etmək, ya da onları devirib Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Məqsəd Şərqi Avropa ölkələrini Qərbdən uzaqlaşdırmaq olduğundan “Qazprom” vasitəsilə həyata keçirilən bu tədbirlər iqtisadi yox, siyasi xarakter daşıyır və Avropa İttifaqı qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu səbəbdən də qurumun müvafiq orqanlarının ciddi reaksiyası ilə üzləşə bilər.

Digər bir səbəbdən isə, Rusiyanın Avropanı qaz böhranı faktı qarşısında qoyaraq, özünün “Şimal axını-2” layihəsini ona qəbul etdirmək ola bilər. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Layihənin fəaliyyətə başlaması üçün “Qazprom” Almaniya Federal Şəbəkə Agentliyinin sertifikatını gözləyir. Bundan əlavə, Aİ də qaz direktivinə uyğun olaraq xətti təsdiq etməlidir. Rusiyanın qaz ixtisarları da Aİ-yə təzyiq etmək istəyi ilə əlaqələndirilir.

“Qazprom” isə Avropaya qaz nəqlini azaltmasını tamamilə hüquqi prosedurlarla izah edir. Şirkətin iddiasına görə, Yamal - Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Varşava Avropa rəsmiləri tərəfindən təklif olunan hərraclarda tranzit imkanlarının bron edilməsi sxeminə keçib. Buna görə də, Polşadan keçən boruya qaz vurulmur. Ukrayna ilə bağlanan müqavilənin bitməsinə isə hələ 2 il var. Buna baxmayaraq, “Qazprom” Ukraynanın tələb etdiyi həcmdə qaz verməyə borclu deyil, 2022-ci ildə müqavilənin yenilənməsinə də həmçinin.

Qiymətlərin bahalaşmasının əsl günahkarına gəlincə, Moskvanın fikrincə, bu, digər tədarükçülər arasında axtarılmalıdır. Çünki Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır.

Bir sözlə, Rusiyanın ABŞ-la qaz müharibəsinin acılarını Avropa çəkir. Xüsusilə qış aylarında Avropanı soyuqla imtahana çəkilmək gözləyir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru