"DəmirBank" necə "bərkiyir"... - İTTİHAM VAR
Tarix: 27-07-2016, 09:31 | Çap et
Artıq 3 aya yaxındır ki, Azərbaycanın azadlığı uğrunda ömrünü fəda etmiş Xalq Şairi Xəlil Rzanın oğlunun birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub şəhid olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvlərinin, eləcə də bir sıra digər vətəndaşların uzun illər boyu manat-manat-manat yığdıqları və əlləri ilə banka depozit şəklində əmanət qoyduqları külli miqdarda pullarının DƏMİRBANK tərəfindən oğurlanması ilə bağlı yazılar medianın gündəmindədir.
İctimaiyyət, xüsusilə ziyalılar, şəhid və əlil ailələri, qazilər və onların təmsil olunduğu təşkilatlar bu inanılmaz faktlardan çox ciddi narahatdırlar.Onlarla şəhid anaları, övladları, əlillər, əsgər anaları, ziyalılar redaksiyamıza zəng edərək çox ciddi və dərin suallar verirlər: — “Bəs Prezidentin bundan xəbəri yoxdur?” — “Biz Vətən yolunda, haqq yolunda vuruşub əlil olmuşuq. Bəs, bu vətəndə budur bizə olan münasibət?” — Rəşadət müəllim özünü yaxşı, halal adam kimi tanıdıb. Onun qızı Fərəh də familiyasını, yəqin onun adından götürüb. İndi düşünürük ki, belə övladı olan halal, yaxşı adam ola bilərmi? Yazığın ruhunun bunlardan necə əzab çəkdiyini bir Allah bilir. Yaxud anası, İncəsənət Universitetində işləyən, özünü müəllim maaşı ilə dolanan halal, təmiz adam kimi göstərən İradə xanım, Fərəh kimi şəhid ailəsinin pulunu oğurlayanın anası olaraq onun müəllim işləməyə haqqı varmı? Barı aktyorluqdan dərs desin, o bu sənəti yaxşı bilir… — “Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adına, ruhuna hörmətsizlik edən DəmirBank rəhbərlərinin və onların gözəgörünməz sahiblərinin lap ……… və bunu edəcəyik kim olursa olsun.” — “Allahın altında Xəlil Rza sağ olsaydı pulları oğurlayıb yemiş o bank rəhbərlərinin, onların sahiblərinin, havadarlarının dərslərini, necə deyərlər aşlarının suyunu necə verdiyini görərdilər, Xəlil Rzanı da, azadlığı uğrunda ömür xərclədiyi bu müstəqil Azərbaycan dövlətini də, onun qanunlarını da yaxşı tanıyardılar” — “Əgər bu məsələ qanunla, hüquqla düzgün, özü də təcili həll olunmasa o zaman şəhid analarının, şəhid ailələrinin, əlillər və əsgər analarının nələrə qadir olduğunu Əli, Vəli, Hikmət, Rəhman, Fərid-mərid, Fərəh-mərəh yaxşı görəcək, bu dövlətin qanunlarına, Prezidentin mövqeyinə qarşı getməyin, şəhid ailələrinin pulunu yeməyin nə demək olduğunu biləcəklər. Əgər qanun sussa, ya da onlar qanunlara dərhal əməl etməsəç biz o pulları onların burnundan irin-qan kimi gətirəcəyik…” DəmirBank Şəhid – Milli Qəhrəmanlarımızın ailə üzvlərinin pullarını qaytarmaması Qarabağ Qaziləri, şəhid ailələri və bu gün orduda xidmət edən əsgərlərin analarını da haqlı olaraq çox hiddətləndirmişdir. “Qarabağ Qaziləri” İctimai birliyinin sədri Etimad Əsədovun Verilən açıqlamadan bir fikri ixtisarlarla yadınıza salırıq: “Banklar etdikləri özbaşınalıqlarla Azərbaycan xalqını dövlətin üzərinə qaldırırlar… … Biz bankları qoruyuruq, onlar da bizi “donor” gözündə görür, qanımızı sorurlar. İnsanlar banka etibar edib əmanət qoyur, geri istəyəndə bank deyir qaytarmıram. Niyə? Səbəb?” Şəhid ailəsinin, lap elə heç bir imtiyazı olmayan vətəndaşın banka, bank rəhbərinin dədəsinə borcu var ki, o əmanətləri qaytarmırlar? Qazilər.az portalında 30.05.2016-cı il tarixdə Qarabağ qaziləri və şəhid ailələrinin verdiyi bəyanatda da bu hiddət açıq hiss olunur. Bir parçanı ixtisarlarla xatırladırıq: “Biz Qarabağ Qaziləri olaraq heç bir bəhanə qəbul etmədən “DəmirBank” rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz “əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərlə çirkin milyonlara sahib olmusunuz. Bu bəs deyilmiş kimi bu gün də bu şərəfsiz işi davam etdirirsiniz. Bu bağışlanmazdır.” Göründüyü kimi DəmirBank rəhbərliyinin çirkin əməlləri ciddi narazılıqlara səbəb olub. Xəbər verdiyimiz kimi hazırda məhkəmə gedir. Hamı onun nə qərar çıxaracağını gözləyir. Redaksiyamıza zəng edənlərin arasında DəmirBankın əvvəllər və hazırda əməkdaşı olan adamlar da çoxdur. Adlarının hələlik açıqlanmasını istəməyən bu bank işçiləri təkcə bu əmanətlərin deyil, digər külli məbləğdə pulların oğurlandığını, ümumiyyətlə, bankda çoxlu maxinasiyaların olduğunu, bu depozitlərin necə mənimsənildiyini, guya yoxlayarkən hansı sənədlərdə ciddi saxtakarlıqlar edildiyini söyləyirlər. Onlar son zamanlar yeyinti faktları ilə Gəncə, Sumqayıt, Şamaxı və s. 5-6 filialı və baş ofisin özü haqqında cinayət işi qaldırıldığını deyir, bankda iki, hətta üçtirəliyin olduğunu iddia edir, Rəhman kişinin isə özünü zibillikdə açmış çiçək kimi apardığını, guya düz adam olduğunu, bu yeyintilərdən xəbəri olmadığını, yuxarıdakı sahibinə (insanın da sahibi olar? red.) çoxlu pul verərək heç nəyi vecinə almadığını bildirirlər. Əslində isə bütün oyunların lap əvvəldən onun ssenarisi ilə qurularaq kürəkəni və digər əlaltıları tərəfindən həyata keçirildiyini, üstü açılanda isə hüquq orqanlarında olan şəriklərinin köməyi ilə filial müdirlərini necə deyərlər rasxoda verdiklərini vurğulayırlar. Əslində bu elə kənardan da yaxşı görünür. Necə deyərlər, xoruzun başı nə qədər kolda olsa da çöldə qalan quyruğu uzaqdan da görünür. İndi məlum olur ki, 7 nəfər vətəndaşın (əmanətçilərin) hələ aprel ayından etibarən 2 dəfə tələbnamə ilə rəsmi müraciətini 3 iş günü ərzində icra etməli olduğu halda bu günə qədər heç onlara cavab belə verməməsinin səbəbləri də aydınlaşmağa başlayır. – Yoxlama adı ilə sənədlərdə dəyişikliklər etmək, hər şeyi filialın üzərinə atmaqla növbəti müdirini “rasxoda” vermək, işi haçalamaqla prosesi uzatmaq. Bu əslində sədrə də necə deyərlər “torba tikmək” məqsədi daşıyır. Hörmətli Rəhman bəy, bir neçə suala cavab verin. Məlumdur ki, bu məsələdən xeyli əvvəl eyni bankda eyni cür yeyinti faktı aşkarlandı. Filial müdiri sizin tərəfinizdən işdən kənarlaşdırıldı və inandığınız Oqtay Şirinov onu bir həftə əvəz elədi. Həmin Şirinovun rəhbərliyi ilə filial yoxlandı və fakt təsdiqləndi. 1. Niyə o vaxt bu cinayətin üstünü ört-basdır etdiniz? 2. Sizə kim və ya kimlər tapşırıq verdi (xahiş etdi) ki, siz Fərəh Rəşadətlini yenidən vəzifəsinə qaytardınız? 3. Əgər bu məsələdə kim və ya kimlərsə tərəfindən mənimsəmə, oğurluq yaxud digər bir cinayət varsa niyə 3 aydır susursunuz? Nə əmanətçilərə rəsmi cavab vermir, nə də müvafiq orqanlara rəsmi müraciət etmirsiniz, nədən, kimdən qorxursunuz? 4. Könlünüzdə bir biclik yox idisə nə üçün əmanətçilər bankınıza müraciət edib pulların geri istəyən kimi nə üçün Fərəh Rəşadətlini məzuniyyətə çıxardınız? Məşədi İbad demiş “heç hənanın yeri idi.” Yoxsa qorxdunuz ki, sizin təlimatları dinləmədən başqa fikirlər söyləyib işləri korlayar? 5. Bir günlük (sizdə hər şey elektron sistemdə var axı) araşdırma əvəzinə guya 3 aylıq yoxlama nə üçün idi? Burada məsələ 2×2 qədər bəsit idi axı. 6. Bu müəmmalı yoxlama sonunda sizin dediyiniz kimi pulu oğurlayıb mənimsəyən cinayətkar Fərəh idisə nə üçün onu təcili həbs etdirmək əvəzinə, əvvəlcə istirahətə buraxıb, sonra da aradan çıxartmaq üçün işdən azad etdiniz. Nə gözəl səslənir: “cinayətkarı işdən azad etmək”. Bunun özü də bir cinayət deyilmi? 7. Siz Azərbaycan Dövlətinin qanunlarını bilir və onu qəbul edirsinizmi? Bilmirsinizsə oxuyun. Onu qəbul edib tanımaq istəmirsinizsə kişi kimi açıq söyləyin necə ki, bunu əməlinizdə bildirirsiniz (Yanınızda kişilikdən danışdığımız üçün üzr istəyirik). Yox, əgər bilir və qəbul edirsinizsə onda bunu da gözəl bilirsiniz ki, o pulu alan da, müqaviləni bağlayıb imzalayan da sizin rəsmi səlahiyyət verdiyiniz nümayəndənizdir. Hüquqi şəxs isə DəmirBankdır. Yəni qanun qarşısında filiallı – miliallı bütün bankın fəaliyyətinə cavabdeh də odur. Bu, qanunda ağ-qara kimi yazılıb. Bunu məhkəmədə hüquqlarınızı müdafiə edən təmsilçiniz Elçin bəy də yəqin gözəl bilir. Yadından çıxıbsa getsin məşəl kimi əlində tutub təbliğ etdiyi Tomasın kitabını bir də oxusun. (5-3 qəpik üçün özünü lap savadsızlığa vursan belə vecinə də alma. Qəmin kəm.) Səhvinə, dələduzluğuna görə öz səlahiyyətli işçinizi özünüz cəzalandırmalısınız, lazım gəlsə qanunun əli ilə. Bunun nə əmanətçilərə, nə də onların pullarına dəxli yoxdur. Bu pulu siz, yəni Bank ödəməlidir. Qanun belə yazır. 8. Belə olan halda 7 vətəndaşın əli ilə sayıb verdiyi pulu niyə qaytarmırsınız? Bu qədər həyasızlıq olar? Biz sizə Azərbaycan Dövlətinin qanunlarına, ölkə Prezidentinin siyasətinə qarşı çıxmağı, ictimai narazılıqlar yaratmağa cəhd etməyi məsləhət görmürük. Belə mövqe tutanların aqibəti sizin kimilərə dərs olmadımı? Bu ağılsız hərəkətdə hec bir HİKMƏT görmürük. Bir də yadınızdan çıxarmayın: “Özgəyə ümid olan şamsız qalar.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
|