Məlum olduğu kimi, keçən həftə səs-küylü bir dəyişiklik baş verdi, Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edildi. Əslində beynəlxalq müstəvidə üz qarasına çevrilmiş Mariana xanımın görəvdən alınmasını sakit qarşılaya bilərdilər, amma nazir Fərid Qayıbov işdən çıxarılan müavini ilə selfisini sosial şəbəkə hesabında paylaşmaqla sanki bir üsyankarlıq nümayiş etdirmiş oldu.
Qayıbov sabiq müavini ilə fotosuna hər hansı şərhi verməsə də, idmançılara qarşı çox kobud hərəkətlərdə ittiham edilən Mariana xanımın xəfif müdafiəsi kimi anlaşılan bu jest gərəkən qurumların da diqqətini cəlb edib.
"DİA-AZ" xəbər verir ki, bu həftə Gənclər və idman nazirliyində maliyyə yoxlamalarına start veriləcək. Mənbə iddia edir ki, bu təftiş məhz üsyankar Qayıbovun canlandırılması üçün planlanıb.
Əlavə məlumat veriləcək. Bizi izləməyə davam edin...