Sələmçilər övladı xəstə olan qadını belə aldatdılar - ŞİKAYƏT VAR
Tarix: 14-06-2016, 14:16 | Çap et
Bu günlərdə Qafqaznews.az saytında vətəndaşlara sələmə pul verməklə onların əmlakını ələ keçirən Fatma Yolçiyeva və onun qruplaşması barədə bir sıra yazılar dərc olunmuşdu.
Qafqaznews.az-ın yazdığına görə, bu qruplaşmanın fəaliyyət arealı əsasən Bakı şəhərini əhatə edir. Lakin bu cür qruplaşmalar ölkəmizin digər şəhərlərində də fəaliyyət göstərir. Bu günlərdə bizə Sumqayıt sakini Elza Xələfova müraciət edib. E.Xələfovanın sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. “Mənim üç uşağım var. Ortancıl oğlumun ürəyi xəstədir. O, təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün bizdən böyük məbləğdə pul tələb olundu. Bunun üçün mənzilimi girov qoyub bankdan pul götürmək qərarına gəldim. Bu məqsədlə “Nikoil” ASC-nin Sumqayıtdakı filialına müraciət etdim.
Bankın Ruslan adlı əməkdaşı dedi ki, “Nikoil Bank” mənzil girov qoymaqla kredit vermir. “Amma mən sizi bir adamla tanış edərəm ki, sizə ipoteka krediti götürməyə kömək edə bilər”, – deyə Ruslan mənə bildirdi. O, məni Elman Əliyev adlı biriylə tanış etdi. Elman Əliyev dedi ki, ən yaxşısı, bir hərbçinin adına kredit götürməkdir, çünki banklar hərbçilərə ipoteka kreditini 2 faizə verirlər. O mənə söz verdi ki, hərbçini özü tapacaq, 50 min manat dəyərində bank krediti almağa nail olacaq. Buna görə isə, Elman Əliyev mənim 18 min dollar ona “otkat” verməli olduğumu dedi”.
E.Xələfovanın sözlərinə görə, onun belə pulu yox idi və öz atasın Süleyman Xələfova müraciət edib: “O isə mənə dedi ki, cəmi iki min manat pulu var. O zaman Elman Əliyev belə bir plan təklif etdi. Mən adam taparam ki, sizə ayda 10 faizlə 18 min manat sələmə pul verər. Bu pulları isə mən “şapka” kimi Elmana verməliydim. Elman da öz növbəsində Qafqaz İnkişaf Bankının Sumqayıtdakı filialınından 50 min manat kredit almağıma kömək edəcəkdi. Sələmçiyə borcumu hesablamaqla, qalan məbləğ mənə qalmalı idi. Bu, riskli əməliyyat idi. Amma mənə təcili pul lazım idi və buna razılaşmağa məcbur idim”.
O tezliklə sələmçi ilə də tanış olduğunu deyir:“Sələmə pul verən şəxs Kənan Mustafayevdir. Kənan mənə 10 faizlə 18 min manat sələmə borc verməyə razılaşdı, amma bir şərtlə: “siz mənimlə evinizin alqı-satqısına dair yalançı müqavilə bağlayırsınız”. “Hansı alqı-satqıdan söz gedir? Axı özünüz dediniz ki, Elman Əliyev sizə mənzilinizi bankdan kredit götürmək üçün bir hərbçinin adına kredit götürməyi təklif edib?”, – deyə jurnalistimiz soruşdu.
“Bəli, Elman dedi ki, narahat olmayım. Qafqaz İnkişaf Bankından kredit alınan kimi, mənim mənzilim onun tapdığı hərbçinin adına keçiriləcək, o isə bizə etibarnamə verəcək. Mən razılaşmağa məcbur idim. 2015-ci il sentyabrın alqı-satqı müqaviləsi bağlandı. Kənan öz dostu Rövşən Mahmudovla notarial kontora getdi. O, atamın hesabına 40 min manat keçirdi. Atam pulu çıxarıb hamısını Kənana verdi. Rövşən Mahmudov isə atama 18 min manat verdi və biz bu pulu Elmana verdik”. Elza Xələfovanın sözlərinə görə, Elman Əliyev, Kənan Mustafayev və Rövşən Mahmudov onu aldadıb evini alıblar. «Heç bir kredit də ala bilmədim”, – deyə E.Xələfova Kavkaznews.az-a bildirib. Kavkaznews.az saytı bütün tərəflərin mövqeyini öyrənməyə çalışdı. İlk olaraq, Elman Əliyevə zəng etdik. “Mənim faizlə əlaqəm yoxdur”, – deyə Elman Əliyev bildirib.
Kənan Mustafayev isə bankdan kredit götürməklə bağlı danışıqlarda iştirak etmədini qeyd edib. “Mən sadəcə Elza Xələfovadan mənzil almışam. Məni onunla Elman Əliyev tanış edib. Mənzil üçün 40 min manat ödəmişəm. Pul da onun atasının hesabına keçirilib”, – deyə K.Mustafayev bildirib.
Biz Rövşən Mahmudovun da fikrini öyrənməyə çalışdıq. “Mən ümumiyyətlə Elza Xələfovanı tanımıram” deyən Rövşən Mahmudov bir az sonra dedi ki, Elza Xələfovan mənzilini satdığından xəbərdardır.
“Əgər siz onu tanımırsınızsa, hardan xəbəriniz var?”, – deyə soruşduq. “Mənim dostum ondan mənzil alıb”, – deyə R.Mahmudov cavab verib. Ondan Elza Xələfovaya 18 min verib-vermədiyini soruşduq, lakin Rövşən Mahmudov cavab verməkdən imtina etdi. “Mən sizə niyə cavab verməliyəm?” – deyə dəstəyi asdı. Elza Xələfova Kənan Mustafayevlə telefon danışığının audioyazısını bizə təqdim etdi. Söhbət zamanı Kənan Mustafayev etiraf edir ki, Elman Əliyevlə birlikdə Elza Xələfovaya ipoteka krediti almağa kömək edir. Kənan Mustafayev səs yazısında Elza Xələfovanı sakitləşməyə və Elman Əliyevə inanmağa çağırır.
“Əgər o sizi doğrudan aldatsaydı, mən özüm onu danlayardım. Bankda doğrudan da ipoteka krediti üçün xətt hələ açılmayıb”. Söhbətin sonunda Kənan Mustafayev Elza Xələfovaya 10 faizlə 18 min manat sələmə pul verdiyini etiraf edir.
Sözardı: Biz çox istərdik ümid edək ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq və obyektiv istintaq aparacaq. Xatırladaq ki, biz bir neçə dəfə sələmçilər barədə yazmış, əlimizdəki faktları hüquq mühafizə orqanlarına təqdim etməyə hazır olduğumuzu bəyan etmişik… Amma təəssüf ki, hüquq mühafizə orqanları bu çağırışlara reaksiya vermir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
|