Mikayıl Cabbarova Masallıdan dəhşət dolu məktub... - "...xüsusi komissiyanın göndərilməsini xahiş edirik"
Tarix: 29-04-2016, 08:41 | Çap et
Təhsil Naziri hörmətli Mikayıl Cabbarova
Sizə Masallı rayonu, Bədəlan ərazi dairəsində yerləşən Dəmirçi kənd ümumi orta məktəbi barədə məlumat vermək istəyirik.
Məktəbin direktoru işə təyin olunan zaman ixtisas tələblərinə məhəl qoyulmadan yəni 3 il pedaqoji stajı ola-ola təyin edilib. Vəzifəyə təyinatı zamanı əvəlki direktorun onun qaynatası olması əsas meyar kimi nəzərə alınıb. Bu azmış kimi heç bir İKT və təhsilin idarə edilməsi sahəsində biliyi olmaya-olmaya RTŞ yanında şuranın üzvüdür. Məktəb direktoru təyinatı zamanı ixtisas tələblərinin bu cür ayaqlar altına atılmasının səbəbi görəsən nə ola bilər? Bu məktəbdə direktor vəzifəsi uğrunda gərgin mübarizə kənd camaatının yadından çıxmır. Belə ki, həmin dövrdə bu məktəbin dərs hissə müdiri şantaj edilərək və digər bir müəllimi həbs edilərək rəqiblər sırasından çıxarıldı.
Dəmirçi kənd ümumi orta məktəbində şagirdlərin və siniflərin sayı hətta həmin ərazidə yerləşən Bədəlan tam orta məktəbindən xeyli çoxdur. Ümumi orta məktəb olan bu təhsil müəssisəsində yaxınlıqda yerləşən tam orta məktəbdən şagirdlərin sayının az qala iki dəfə çox, lakin müəllimlərin sayının az qala iki dəfə az olması özü şübhə doğurur. Özü də elə bir şəraitdə ki, Bədəlan kənd tam orta məktəbi bu məktəbin yerləşdiyi kənddən az qala iki dəfə böyük olan dörd kəndin şagirdlərini əhatə edir və bu məktəbdə bir dənə də olsun paralel siniflər yoxdur.
Bu məktəbdə günün ikinci yarısında şagirdlərin məktəbə axını müşahidə edilir. Bu ilk baxışdan fakultativ və dərnək məşğələlərinin bu məktəbdə keçirildiyi qənaətini yarada bilər. Lakin dövlətin müəssisəsində müəllimlərin iş zamanı repetitorluqla məşğul olması, buna görə şagirdlərdən pul alınması və hətta bu işlə məktəb rəhbərliyində çalışanların iştirakı adamı dəhşətə gətirir.
Məktəbin texniki işçilərindən ümumilikdə 10 nəfər belə gözə dəymir. Xüsusən məktəbin təmizliyi ilə məşğul olan xadimlərdən 3-4 nəfər gözə dəyir. Bu yazıqlar azı iki nəfərin əvəzinə işləməli olurlar. Təbii ki, bu texniki işçilərin vəzifəsi vakant deyil və ehtimalən onların maaş kartları kimlərinsə cibindədir. Kəndin əvvəlki ərazi nümayəndəsi gizlədilən vakansiyalar barədə məlumatı ictimaiyyətə sızdırsa da sonda bu admalar onun vəzifədən getməsi üçün müəyyən tədbirlər də görməkdən çəkinmədilər.
Məktəbin psixoloqu məktəb direktorunun əridir. Əvvəllər bu adamın adı məktəbdə coğrafiya müəllimi kimi rəsmiləşmişdi. Özü isə Bakıda yaşayır və burda sahibkarlıqla məşğul idi. İndi isə baza pxisoloq təhsili olmaya-olmaya məktəbdə psixoloq işləyir. Bu azmış kimi adına dərs saatları da yazılıb. Bu da azmış kimi hələ bu adam Bakıda yaşayıb və işləməklə distant yolla məktəbdəki fəaliyyətini də davam etdirir.
Məktəbdə Azərbaycan dili, Ədəbiyyat, Ümumi tarix, Azərbaycan tarixi, Fizika, İnformatika, Biologiya, Texnologiya, Musiqi, Həyat bilgisi və Təsviri incəsənət dərsini deyə bilən ixtisaslı müəllimlər yoxdur. Bu fənlərə aid dərs saatları digər ixtisasdan olan müəllimlər arasında ata malı kimi bölünür. Hətta bu fənləri ibtidai sinif müəllimləri belə deyir. Məktəbdə bütün dərs saatlarını ixtisaslı riyaziyyat, coğrafiya, kimya, xarici dil, fiziki tərbiyə və ibtidai sinif müəlliumləri aparırlar. Bu cür vəziyyətlə məktəbdə keyfiyyətdən söhbət gedə bilərmi? Repetitorluğun hesabına nə qədər bu vəziyyəti nəzarətdə saxlamaq mümkündür? Müasir dövrdə məktəbdə ixtisaslı fizika, biologiya, tarix, dil-ədəbiyyat və informatika müəllimi olmadan və bu dərslərin hətta ibtidai sinif müəllimləri tərəfindən aparılmasına nə ad vermək olar? Bu məktəbdə bir-neçə sinif müəlliminin diplomu müstəqilliyin ilk illərində dövlət qeydiyyatı olmayan kolleclərə məxsusdur. Yəni bu diplomlar saxtadır. Bir neçə müəllim isə müəllimlərin işə qəbulu ilə əlaqədar mərkəzləşmiş müsabiqədən keçə bilməyən şəxslərdir. Hətta bu məktəbdə ibtidai sinif müəllimləri yuxarı siniflərdə fundamental fənləri tədris edirlər və ya ən yaxşı halda qiyabi təhsil aldıqları halda özlərini fənn müəllimi kimi sınayırlar.
Nazirlik illərdir mərkəzləşmiş qaydada müəllim qəbulu həyata keçirdir. Görəsən məktəb rəhbərliyi kimə güvənib bu ştatları vakansiyaya çıxarmır və ya digər məktəblərdən bu dərsləri demək üçün müəllimlər dəvət eləmir? Görəsən məktəb rəhbərliyi hansı cürətlə TN-in vahid formalı dioplomu olmayan müəllimləri, yəni saxta diplomlu ibtidai sinif müəllimlərini məktəbdə saxlayır? Görəsən məktəb rəhbərliyi vakansiyaya çıxartmadığı ixtisasa sonradan müəllimlərin mərkəzləşmiş müsabiqədən kəsilən şəxslərin müəllim kimi işə qəbul edir?
Bu müricətimizdə bəzi halların və insanalrın adını bilərkdən çəkmədik. Bu məktəbdə baş verən qanunsuz əməllərin hansı şəxslər tərəfindən dəstəklənməsini də açıqlamadıq. Biz ümid edirik ki bizim müraciətimizi məktəb rəhbərliyi, müəllimlər və kənd cammatı normal qarşılayacaq və bütün bu halların aradan qaldırılmasına təşəbbüs göstərəcək. Ona da ümid edirik ki, bu nöqsanların və maliyyə pozuntularının baş verməməsi məktəbdə təhsilin keyfiyyətinə və ixtisaslı insanların işlə təmin edilməsinə gətirib çıxaracaq. Müraciətimizin əsas məqsədi də doğma kəndimizdə təhsilin çiçəklənməsidir. Məktəb təhsil ocağıdır və məktəbin əsas işi şagirdlərə təlim və tərbiyə verməkdir. Məktəb kimlərinsə qazanc mənbəyi olmalı deyil.
Hörmətli nazir! Sizdən bu məktəbdəki vəziyyəti yoxlamaq üçün xüsusi komissiyanın göndərilməsini xahiş edirik. Belə olmazsa yerli təhsil idarəetmə orqanlarının bu məsələni dərindən araşdırmağa və məsələni yoluna qoymağa imkanları sona qədər çatmaz. Çünki məsələnin kökü gəlib müəyyən yerlərə çıxa bilər və bu da müəyyən dairələrin maraqlarına uyğun deyil.\\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
• "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21 |
|
|
|
• "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12 |
|
|
|
• ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08 |
|
|
|
• Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05 |
|
|
|
• Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42 |
|
|
|
• Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41 |
|
|
|
• İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33 |
|
|
|
• Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30 |
|
|
|
• Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28 |
|
|
|
• Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11 |
|
|
|
• Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09 |
|
|
|
• Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07 |
|
|
|
• Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03 |
|
|
|
• Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59 |
|
|
|
• Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51 |
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
|