Şəmkirdə səhiyyə sitemi iflic vəziyyətdədir - İTTİHAM VAR
Tarix: 27-04-2016, 08:27 | Çap et
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr ən çox ictimai müakirələrə səbəb olan mövzulardandır. O cümlədən, uzun müddətdən bəri bizimdovr.az-a daxil olan məlumatlarda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının və ümumilikdə bu rayonun səhiyyə sisteminin fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallara dair açıqlamalar təqdim edilir. Mənbələr israrla bildirirlər ki, bu gün Şəmkirin hər bir poliklinika və ya xəstəxananın özünün yazılmamış qanunları mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda Şəmkir RMX-nın baş həkimi Nurəddin Əhmədovun öz fəaliyyətində davamlı olaraq yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Qeyd edək ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir. Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Şəmkirin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə, şikayətçilər birbaşa Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun fəaliyyəti ilə bağlayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixləri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Lakin bu da var ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Bu isə, vaxtaşırı baş həkim Nurəddin Əhmədovun müəyyən etdiyi fəaliyyət sxemlərində müəyyən uyğunsuzluqlara gətirib çıxarır. Belə ki, məhz mərkəzi xəstəxanada işləyən həkimlərin bəziləri dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına görə, bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Nəticədə isə, sənədlərə görə kənd xəstəxanalarının bəzilərində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Şəmkir səhiyyəsində baş alıb gedən özbaşınalıqlar ayrı-ayrı həkimləri də fərdi qaydada qanun pozuntularına təhrik edir. Belə ki, bu gün rayonda əksər həkimlər xəstələri işlədikləri tibb müəssisəsində deyil, öz evlərində qəbul etməyə üstünlük verirlər. Bununla belə, açıqlamalarda bəzi kənd həkimlərinin Nurəddin Əhmədovla sıx əməkdaşlıq etdikləri də vurğulanır. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti bir məlumatda da, Qaracəmirli həkim məntəqəsinin rəhbəri Lilpar Piriyevanın fəaliyyətindən bəhs edilir. Məlumdur ki, bu məntəqə bir müddət bundan əvvəl kənd xəstəxanası kimi fəaliyyət göstərməkdə idi. Müəssisənin baş həkimi isə, ixtisasca ginekoloq olan Lilpar Piriyeva idi. Mənbə bildirir ki, həkim Lilpar Piriyeva o zaman da, indi də həyata keçirdiyi qeyri-qanuni abort əməliyyatları ilə bütün rayonda kifayət qədər tanınıb. Hətta tibb müəssisəsinin statusunun xəstəxanadan həkim məntəqəsinə dəyişdirilməsi də, Lilpar Piriyevanın fəaliyyətinə heç bir təsir göstərməyib. Mənbənin deməyinə görə, Lilpar xanım öz toxunulmazlığını, əldə etdiyi gəlirlərin böyük bir hissəsini Nurəddin Əhmədova verməklə təmin edir...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
• "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21 |
|
|
|
• "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12 |
|
|
|
• ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08 |
|
|
|
• Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05 |
|
|
|
• Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42 |
|
|
|
• Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41 |
|
|
|
• İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33 |
|
|
|
• Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30 |
|
|
|
• Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28 |
|
|
|
• Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11 |
|
|
|
• Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09 |
|
|
|
• Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07 |
|
|
|
• Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03 |
|
|
|
• Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59 |
|
|
|
• Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51 |
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
|