"O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı..?"
Tarix: 15-05-2021, 09:30 | Çap et
“Mən təəsüratlarımı, həyəcanımı, sevincimi sözlə ifadə edə bilmirəm. Cənab prezidentimiz bizə böyük, misilsiz sevinc bəxş etdi. Bizim zəfər imzalı, müzəffər Ali Baş Komandanımız təkcə biz Qarabağlılara yox, ümumiyyətlə bütün azərbaycanlılara elə bir sevinc bəxş etdi ki, bunu sözlə demək çox çətindir. Birinci növbədə mən cənab prezidentimizə təşəkkür edirəm, var olsun! Mən həm prezidentə, həm də onun xanımına canlı-canlı Şuşada bir neçə dəqiqə də olsa öz təşəkkürlərimi, minnətdarlığımı bildirdim. 2 saat da ona təşəkkür etsəydim az idi. O, bizi başqa bir dünyaya apardı. Onun bizə rəhbərlik etdiyi bu 17 ildə hər sahədə olduğu kimi Azərbaycan xalqının gənclərində vətənpərvərlik hissi o qədər yüksək səviyyədə aşılandı ki. Bir vaxtlar analarının qucaqlarında, o torpaqlardan qundaqda çıxan gənclər qəhrəmancasına doğma vətənimizin torpaqları uğrunda vuruşdular, vətənimizi işğaldan azad etdilər. Bu zəfərdə ölkə başçısı ilə yanaşı birinci xanım Mehriban Əliyevanın da xidmətləri var. Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev fondunun prezidenti olaraq Qarabağımızı, milli musiqi alətlərimizi, muğamımızı, milli-mənəvi dəyərlərimizi dünyada təbliğ edərək hər an, addım-addım öz əməlləri ilə bizi Qarabağımıza daha da yaxınlaşdırdı. Şəhidlərimizə, qəhrəman igidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun! Onları böyüdüb boya-başa çatdıran valideynlərinin qarşısında mən baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Allah onları var etsin! Xalqımız var olsun! 44 günlük müharibə dövründə xalqımız bir yumruq kimi cənab prezidentin ətrafında birləşdi. İnanın, mənim sevincimin həddi-hüdudu yoxdur. Mən 44 günlük müharibədə nələr çəkdim, bunu bir Allah bilir. Demək olar ki, yatmadım. Elə bilirdim ki, mən də səngərdə, əsgərlərimizin yanındayam. Hər gün fikirləşirdim ki, igidlərimiz Şuşaya necə qalxacaqlar?! O sıldırım qayaları necə dəf edəcəklər?! Şükür Allahın bu günki gününə!”
Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir bildirib. O daha sonra əlavə edib. “Şuşaya gedəcəyim günü çox səbirsizliklə gözləyirdim. Biz ora getmək üçün koronovirus testi verməli idik. Mən bilirdim ki, sağlamam! O qədər həyəcan keçirirdim ki, birdən testin nəticəsi pozitiv çıxar, mən Şuşaya gedə bilmərəm. “Şuşaya gedirik” kəlməsi bilirsiz mənim üçün nə idi?! Dünyanın 30-dan çox ölkəsində olmuşam, bu zaman keçirdiyim hissləri heç bir vaxt keçirməmişəm. O qədər həyəcanlı idim ki. Tək mən yox, bizlə gedən Azərbaycanımızın bütün ziyalıları, sənətkarlarımız, jurnalistlərimiz hamımız eyni vəziyyətdə idik. Şükürlər olsun Şuşamıza girdik! Şuşa həminki Şuşa idi. Özünün gözəl təbiəti, uca və vüqarlı dağları, yaşıl yamacları, əzəməti ilə önümüzdə dayanmışdı. Düşmən nə qədər bizim tarixi abidələrimizi dağıtsa da, talan etsə də Şuşanın əzəməti yerində idi. Bir zamanlar mənim ulu babam Pənahəli xan Cavanşir Şuşa şəhərini inşa etdirərkən məhz oranın relyefini, gözəl təbiətini nəzərə alaraq Qarabağın paytaxtı elan etmişdi. O qalanı tikdirərək dövrünün tanınmış ziyalılarını, alimlərini, musiqiçilərini, şairlərini, rəssamlarını, nəqqaşlarını hamısını o şəhərdə yerləşdirmişdi. Sonradan isə Şuşada yaşamaq istəyənlər çöl qalada məskunlaşmışdılar. Dahi sənətkarımız Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını ifa edərkən o “Şuşalıyam, Şuşalı” demək istəyirdi. Bir zamanlar Şuşanın adı Pənah xanın şərəfinə Pənahabad adlandırılmışdı. İlk realnı məktəb Şuşa şəhərində idi. Mənim atam Xan Şuşinski də həmin məktəbi bitirib. Atam kiril, fars, ərəb, latın əlifbasında sərbəst yazıb oxuyurdu. Şuşa həqiqətən də mədəniyyət mərkəzi olub. Şuşaya bir zamanlar kiçik Paris, Qafqazın konservatoriyası deyilirdi. Mən deyərdim ki, Şuşa Qafqazın yox, Şərqin konservatoriyasıdır. Elə buna görə də cənab prezidentimiz Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etdi. Mənim atam işğaldan öncə dünyasını dəyişmişdi. Şuşaya çatanda, avtobusdan düşərkən mənim gözüm Şuşa həsrəti ilə dünyasını dəyişən Süleyman Ələsgərovu, Vasif Adıgözəlovu axtarırdı. O ziyalı insanların içərisində mən onları görmək istəyirdim. Hər birinin ruhları şad olsun! Atalı-analı, uşaqlıq illərimi keçirdiyimiz evimizə getdim. Həyat yoldaşım, Xalq artisti Fikrət Verdiyev, kürəkənim Xalq artisti, pianoçu Murad Hüseynov da mənimlə bərabər getdilər. Siz təsəvvür edin ki, nə kimi hisslər keçirmişəm?! Hələ də özümə gələ bilmirəm! O pilləkənlərə yaxınlaşanda bütün keçirdiyim gözəl günlər hamısı gözümün önündən lent yazısı kimi keçdi. İnanın ayağım, dilim, nitqim tutuldu. Güclə özümü toparladım, Fikrət müəllim məni tutdu. Həyətimizdəki bulaq yox idi, nadir ağaclar çıxarılmışdı, həyətimiz gözümə balaca dəydi! Üzeyir bəy kimi dahinin evini dağıtmaq olarmı?! Mən ad tapmıram bunlara verim! Bunlar millət deyil, tayfadır, şeytandan əmələ gəlmiş tayfadırlar. Heç vaxt tarixi silə bilməzsən, təbiəti dağıda bilməzsən, sıldırım qayalara sənin gücün çata bilməz. Sən kimsən?! Evimizi dağıdıblar, düzdü, bünövrəsinə gücləri çatmayıb, amma içini məhv ediblər, darvazaya kimi söküb aparıblar. Əllərində əlac olsaydı Üzeyir bəyin də, bizim evimizi də özülü qarışıq şumlayardılar. Çiçəklərin ləçəyindən, həyətimizin torpağından öpdüm, iylədim. İndi də danışanda çox həyəcanlanıram” deyə Xan Şuşinskinin qızı deyib.
Bəyimxanım xanım qeyd edib ki, atası Xan Şuşinski Zülfüqar bəy Hacıbəyovun evini satın alıb.
“Onu da qeyd etmək istəyirəm ki, mənim atam Xan Şuşinski Qarabağ xanı Pənahəli xan Cavanşirin oğlu Məhəmmədhəsən Ağa Cavanşirin kötücəsidir. O dövrdə babamın Şuşa ətrafında 3 kəndi olub. Korocaq, Xoca və Ballıca. Şuşa şəhərinin mərkəzində 3 böyük imarətləri olub. Sovet dönəmində o evlərin hamısı yandırılıb və dağıdılıb. Atam Şuşanı çox sevirdi. Şuşa haqda yazılan “Şuşanın dağları” adlı ilk mahnı atama məxsusdur. Sözləri də musiqisi də atama aiddir. Atam sətiraltı olaraq bizim müqəddəs bayrağımızı gələcək nəsillərə çatdırmağa çalışmışdı. Duman mavi rəngdə, qırmızı koftalı, yaşıl tumanlı deyə bildirilmişdi. O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı?! Təbii ki, atam Şuşanı canından çox sevirdi. Atam 1928-ci ildə Xankəndində milli alətlərdən ibarət Qarabağ adlı ansambl yaratmışdı. Bu ansamblın üzvləri ilə Azərbaycanın bir çox yerlərində konsert proqramları ilə çıxış edirdilər. Atam Qarabağı, Şuşanı çox sevirdi. Təvazökarlıqdan uzaq da olsa deyəcəyəm ki, Xan Şuşinski Qarabağın simvolu idi. 1960-cı ildə atam Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. 60-cı ildən başlayaraq biz hər yay ora gedirdik. Bizim evimiz Üzeyir bəyin ev muzeyi ilə bitişik iki mərtəbəli bir ev idi. Hər il bu muzeyi bir çox əcnəbilər gəlib, ziyarət edərdilər. Bilən də ki, o biri evdə canlı korifey Xan Şuşinski yaşayır, gəlib atamla çəkil çəkdirib, avtoqraf alardılar. Biz may ayından gedərdik, bir də sentyabr ayında geri dönərdik. Şuşanın mərkəzində güllü bağ var idi. Hamı bilirdi ki, bağın girəcəyində skamyada Xanın öz yeri var idi. Əgər atam gəlib orada oturmurdusa, istəyir o bağda min nəfər adam ola, on nəfəri ayaqüstə qala, yer tapmaya oturmağa onların heç biri orada oturmazdılar ki, bura Xanın yeridir” deyə sənətkarın qızı bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51 |
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
|