"Deyim ki, kömək olmadı... yenə yalançı çıxaram..."
Tarix: 11-05-2021, 11:02 | Çap et
Modern.az saytında mədəniyyət, ədəbiyyat və incəsənətin təbliğinə yönəlmiş “Art Time” rubrikası davam edir. Budəfəki müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanovadır.
Ayla Osmanova, Əməkdar artist, rejissor Bəhram Osmanovun qızıdır.
- Rejissor sənətini seçməkdə məqsədiniz atanızın sənətini davam etmək idi, yoxsa bu sənətdəki boşluqları doldurmaq?
- Boşluqları doldurmaq məsələsi mənim missiyam deyil. Nə o vaxt, nə də indi bu barədə düşünmüşəm. Yəni mənim nə yaşım, nə də təcrübəm buna imkan verir. Mən 5 il Bülbül adına Musiqi məktəbində fortopiano üzrə təhsil almışam. Həmin məktəbi tam bitirməsəm də, həmyaşıdlarımın tanımadığı bir çox bəstəkarların həyatını, yaradıcıliğını bilirdim. Hətta onların əsərlərini tədris proqramından kənara çıxıb ifa da etmişəm. Amma nəsə uşaq da olsam, hiss edirdim ki, fərdi sənət məni çox darıxdırır və mən bir qədər kütləvi sənəti xoşlayıram. Ona görə də musiqi təhsilimi yarımçıq qoyub orta təhsilimi "Tərəqqi" texniki-humanitar liseyində başa vurdum. Sonradan sənədlərimi anamın dəstəyi ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim.
Deyim ki, Bəhram Osmanov qəbul zamanı mənə kömək oldu, yalançı çıxaram. Deyim ki, kömək olmadı yenə yalançı çıxaram, amma hər halda nə evimizdə, nə də təhsil zamanı kimdənsə eşitmədim ki, mənə “o, sənə kömək olub” söyləsin. Lakin həyat elə gətirdi ki, mən universitetdə atamın tələbəsi oldum. Onun rəhbərlik etdiyi kursda bakalavr və magistr təhsilimi başa vurdum. Və bir tələbə kimi borcumdur ki, müəllimimin tövsiyələrini həyata keçirməyi bacarım. - Sizcə rejissor nə etməlidir ki, zal dolsun? Sizin üçün zalın dolması çox önəmlidir, yoxsa tamaşanın keyfiyyəti? - Rejissorun əsas vəzifələrindən biri də odur ki, hazırladığı pyesin yaşadığı dövrdə aktual olduğunu hiss etsin. Tamaşa ünvanlanan yaş fərqinə baxmadan (istər uşaq, istər böyük) mütləq aktual olmalıdır. Və tamaşaçı birinci növbədə özünün yaşadığı həyatlı, itirdiyi ideallarlı, səhnədə baş verən hadisələrdə tapırsa, onda tamaşa salonu dolu olur. “Sənət yalnız sənət üçündür” ifadəsi çox nadir halda özünü doğruldur.
- Rejissorluq qadına görə müəyyən qədər çətin sənətdir. Bəs sizin sənətinizdə nə kimi çətinlikləriniz olub?
- Rejissorluq ümumiyyətlə çətin sənətdir. Qadın ucun xüsusilə. Mentallığı da üstünə gəlsən, bu lap çətindir. Bəzən lazım olan düzgün sözün başqa bir ifadəsini tapa bilməyəndə əziyyət çəkirsən, bəzən dediyin fikrin kənardan qeyri-etik başa düşulməsindən utanırsan. Amma bu baryeri keçə bilsən qadının rejissor olması o qədər də çətin deyil. Vacib məsələlərdən biri də odur ki, qadın rejissorun ətrafında onu başa düşənlər olmalıdır.
- Ən uğurlu səhnə əsərinizin adını eşidək və nə üçün uğurlu hesab edirsiniz?
- Mənə elə gəlir ki, hazırladığım hər hansı tamaşa uğur qazanıbsa, bunlar gələcək üçün bir təməldir. Bu barədə danışmaq hələ çox tezdir. Fərqləndirmədən deyə bilərəm ki, hələlik hazırladıgım tamaşalarin hər biri mənə doğmadır və uğurludur.
- Bəs sizə görə teatr tamaşasını uğurlu edən əsas səbəbkar kimdir? Rejissor, dramaturq, yoxsa aktyorlar?
- Ən əvvəl bədii material maraqlı olmalıdır. Ondan sonra dövrün tələbinə uyğun, müasir dünyagörüşə malik rejissor düsüncəsi, rəssam, bəstəkar və başqaları olmalıdır. Sonra isə onların bütün fikirlərini həyata keçirməyi bacaran aktyor heyəti. Amma hər bir işin uğurlu olması üçün tamaşanın tamaşaçı ilə ünsiyyətdə inkişafına zaman lazımdır. Təəssüf ki çox vaxt biz tələsirik və həmin vaxtı unuduruq.
- Ayla xanım hazırda çalışdığınız teatr fasilədədir və yaradıcılığınızı necə davam etdirirsiniz?
- Bu müddət ərzində teatrımızın direktoru Nahidə xanım İsmayılzadənin ideyası olan İkinci Qarabağ savaşına həsr olunmuş Pərvinin "Əsgərə salam" adlı video-çarxını hazırlamışam. Pandemiya mövzusunda gənc yazıçıların pyes müsabiqəsi keçirilib və bu müsabiqədə Pərviz Seyidlinin "Mələk" əsəri qalib olub. Hazırda pyes üzərində işləyirəm. Bədii tərtibat üzərində iş gedir. Nahidə xanımın işgüzarlığı sayəsində yaranacaq tamaşanı dəstəkləyən təşkilatlar var. Dövlət qurumlarından tutmuş böyük içtimai təşkilatlar bizə dəstəkdir və bu, bizi çox sevindirir.
Rusiyanin xalq artisti Kama Ginkasın rejissor laboratoriyasına müsabiqədən keçərək dəvət olunmuşdum, lakin təəssüf ki, pandemiyaya görə laboratoriya öz işini gələn mövsümə saxladı. İnanıram ki, pandemiya bitəcək və biz bütün düşundüyümüz işləri həyata keçirəcəyik .
- Bəzi sənət adamları ata sənətini davam edərkən kölgəyə dönüb, bəziləri isə atalarının yaradıcılığını kölgədə qoyub. Özünüzü bu iki kateqoriyadan hansında görürsünüz?
- Hələlik heç birində. Çünki bəzən bu sənətə düşünmədən, təsadüfən gəlib düşürsən. Və sonradan sənin üçün çox şeylər aydınlaşır. Mənim üçün hələlik yaşıma görə öyrənmək daha əsasdı. Məhz buna görə də Teatr Xadimləri İttifaqın nəzdindəki Rejissorlar laboratoriyasına qoşulmuşam. Orada Dostoyevskinin "Cinayət və cəza" romanı əsasında səhnələşdirdiyim "Roskolnikoff" pyesini işləyirəm. Rusiyada təşkil olunan Rejissor laboratoriyalarına qoşuluram. Bu mənə sənətdə ştamplaşmamaq, daim yeniliyə can atmaq və baş verənləri görüb anlamaq imkanı verir.
- Tamaşalarınıza seçdiyiniz yaradıcı heyətdə nəyə üstünlük verirsiniz? Seçimləriniz zamanı aktyorlar arasında narazıçılıq olub?
- Əlbəttə tamaşa hazırlığı prosesində hər cür vəziyyət yaranır və mənə elə gəlir ki, rejissorun borcu təkcə səlahiyyətlərindən istifadə etmək yox, həmin prosesi doğru düzgün anlatmağdan ibarətdir. Aktyor rejissora inanır, bu halda rejissor da aktyora inanmalıdır. Bu qarşılıqlı inam tamaşanın uğurlu olacağına zəmin yaradır. Çalışıram səbirli olum, prosesdə düşündüklərimi təmkinlə aktyorlara başa salım, onları həmfikir edim. Bu çox çətin prosesdir. Teatrımızda aktyorlar müxtəlif rejissorlarla işləyirlər və hər bir rejissordan bəzən özləri etiraf etməsələr də, nə isə götürürlər. Və mənfi hal odur ki, bir rejissorun məşqindən götürdüklərini başqa bir rejissorun işində təqlid etməyə başlayırlar. Anlaşılmazlıq məhz bu zaman olur. Mənə elə gəlir ki, aktyorlar yeni məşq etdikləri səhnə əsərində, buna qədər etdiklərini unudub, hər şeyi təzə səhifədən başlamaği bacarmalıdılar. Əgər bunu edə bilsələr sizi inandırıram ki, cox maraqlı bir yaradıcı proses alınır .
- Bəzi teatr rejissorları öz yaradıcılığını və auditoriyasını daha da genişləndirmək məqsədilə teatrdan kinoya keçirlər. Bəs sizdə belə bir fikir var?
- Kinonu bir sənət kimi sevirəm, amma hələlik o sahədə işləməyi düşünmürəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
|