“Speys” sağ idi ki məhv etsinlər də?.. - NƏ OLUB SİZƏ?
Tarix: 6-05-2021, 12:13 | Çap et
“Speys” televiziyasına ötən gün bir xanımın baş direktor təyin edilməsi sosial şəbəkələrdə elə hay-küylə qarşılanıb ki, sanki dünya dağılıb, Yer məhvərindən çıxıb. Hamının da əsas arqumenti bundan ibarətdir ki, Ülviyyə Mikayılova peşəkar jurnalist, televiziya adamı deyil və o, “Speys”i məhv edəcək. Olduqca gülməli arqument, gülünc ittihamlardır. Ayıbdır, adam yenicə vəzifəyə gələn yaşlı bir Anaya, Ağbirçəyə elə sözlər yazmaz!
Əvvəla, Ülviyyə xanımın heç vaxt məşğul olmadığı sahəyə rəhbər gətirilməsində qeyri-adi hal yoxdur. Guya, ölkədə öz yerində olan kadrlar nə qədərdir ki! 50 yaşdan sonra ali təhsil diploma alıb, onunla icra başçısı olan azmı adam var?
İkincisi, Ü.Mikayılov ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyinin İctimai Şurasının üzvü olmaqla bərabər, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. Yəni təhsillə bağlı kifayət qədər peşəkar bir kadrdır. Hamı da görür ki, jurnalistikada təhsil problem var – məsələn, mediaya yaxından-uzaqdan heç bir aidiyyəti olmayan, hətta aili təhsil görməyən şəxslər nəinki mediada çalışır, hətta KİV təsis edir, rəhbər olurlar.
Ona görə də, yoldaşlar, bu qədər savadsızları mediadan təhsilə gətirmək mümkün olmadığından təhsilin özünü mediaya gətirmək strategiyası işlənib hazırlanmış, beşillik plan qəbul olunmuşdur (Uxx, adam kövrəlir, KomPartiyanın iclasları yadıma düşdü).
Başqa sözlə, “Speys” olacaq savadsız, təhsilsiz media nümayəndələri üçün əyani vəsait.
Bizdə onsuz da təhsil kanalı yox idi və hazırda da təhsillə bağlı innovativ, prodiktiv, postretroultrolist, sürmodernavtolüks, üç-iks-əsr kimi zamanını qabaqlayan islahatlar həyata keçirilir – pandemiya qoysa. Buna isə informasiya dəstəyi lazımdır və “Speys” bu sahədə ağır yükü çiyinlərinə götürməyə hazırdır!” yazacaqdım ki, dayandım. Utandım, ona görə əl saxladım. Adam da 62 yaşlı xanım-xatun təhsil işçisinin bu qədər ağır yük qaldırmasına razı olar? Bəs, vicdan hanı?
Gəlin, bu “bəndi” keçək – bu “ağırlıq və çiyin” məsələsi çox dolaşıq oldu...
Üçüncüsü, hər kəsə bu həyatda ikinci, üçüncü şans verilməlidir. 62 yaşlı Ülviyyə xanıma da ikinci şans verilib. Həm də necə bir şans! Pensiyaya çıxma ərəfəsində! Bilirsiniz ki, ölkəmizdə qadınlar təxminən 62-63 yaşlarında pensiyaya çıxırlar. Ülviyyə xanımın da pensiyaya çıxandan sonra istirahətini təmin etmək üçün “Speys”ə rəhbər gətirilib.
Ümumiyyətlə, olduqca vacib, səhhətə müsbət təsir edən və dünyada analoqu olmayan təcrübədir və tətbiqi genişləndirməlidir. Məsələn, jurnalistlər də pensiyaya çıxandan sonra kosmonavtlığa başlasalar, əla olar. Əslində Marsa elə 63 yaşdan yuxarı insanları göndərmək lazımdır. Çünki onların qayıtma ehtimalı yoxdur. Di gedin, ordan xəbər verin, görüm, necə verəcəksiniz!
Yaxud, baytarları pensiyaya çıxandan sonra koronavirus xəstələrinin müalicəsi ilə bağlı ixtisaslaşmış xəstəxanalarda işlə təmin etmək lazımdır. Adamlar illərlə heyvanlar üzərində apardıqları təcrübələri indi də insanlara tətbiq etməlidirlər. Doğrudur, burda risk var – ancaq elm qurban tələb edir, pandemiya zamanı isə ölüm məsələsi müzakirə olunmur, həkim səhvi-zadı da axtarılmır: öldü, qurtardı. Bundan gözəl fürsət?!
Bu tip eksperimentlərin sayını çoxaltmaq lazımdır və ölkəmizi başdan-başa təcrübə meydanına döndərməliyik. Zatən biz xeyli müddətdir mahiyyətcə təcrübə dovşanlarını əvəz etməyə öyrəşmişik. Dördüncüsü və nəhayət! Bütün ağzıgöyçəklər yazır ki, Ülviyyə xanım “Speys”ı məhv edəcək.
Allah sizi güldürsün! “Speys” sağ idi ki məhv etsinlər də?..
E.Mirzəyev //bakupost.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
|