Eldar Həsənov dövlətin pullarını yaratdığı şübhəli fond vasitəsilə necə mənimsəyir - ŞOK İDDİALAR
Tarix: 29-07-2016, 09:24 | Çap et
DİA.AZ: - Bu yaxınlarda mətbuatda keçmiş baş prokuror və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun bir çox dövləti cinayətləri, qanunsuzluqları və korrupsiya əməlləri ilə bağlı məlumatlar verilmişdi. Onu da qeyd edək ki, DİA.AZ-a "Antikorrupsiya Layihesi" imzası ilə keçmiş baş prokurora qarşı sərt ittihamların yer aldığı araşdırma materialı göndərilib. Həmin materialı təqdim edirik:
"Eldar Həsənovun pul mənimsəmə və digər qaranlıq, şübhəli məqsədlər üçün istifadə etdiyi qurumlardan biri “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı təşkilatdır. Bu fondun Rumıniyanın keçmiş prezidenti Trayan Basesku və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı iddia olunur. Saytında Rimıniyada, Belçikada, Serbiyada, Bolqarıstanda, Türkiyədə, Rumıniyada və Belarusda ofislərinin olduğu göstərilir. Lakin araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, həmin ofislərin göstərildiyi ünvanlar saxtadır və bu ünvanlarda ümumiyyətlə “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı qurum mövcud deyil.
Belə ki, fondun Belçika ofisinin yerləşdiyi iddia edilən 1030 Brussels, Kingdom of Belgium 185, Blvd. Auguste Reyers ünvanı ( http://www.brussels.bscsif.org/contact.php ) satışda olan bir mənzil kimi üzə çıxır ( https://www.homelog.be/fr/trouver-un-bien/BE/1030/schaerbeek/appartement/a-vendre/boulevard-auguste-reyers/185/be-1030-15024640814148546 ) . Saytın özünün son məlumatı isə 2011-ci ilə aiddir.
Serbiya ofisi kimi göstərilən 26 Kralja Milana St, Belgrade ünvanında ( http://bscsif.rs/en/contacts/ ) isə paltar və idman malları satılan mağazaların, butikin və bir vəkil kontorunun yerləşdiyi göstərilir ( http://www.infograd.rs/addr/stari_grad_kralja_milana_26_beograd.html ). Bolqarıstan, Türkiyə və Rusiyadakı ünvanlar isə ümumiyyətlə mövcud deyil.
Saytların özündə isə son məlumatlar 2011-ci ilə aiddir. Yalnız Rumıniya ofisinin saytında görüntü üçün 2016-cı ildə fondun guya hansısa toplantısının keçirildiyi barədə məlumat yerləşdirilib".
Daha sonra diaaz.space-a daxil olan materialda qeyd olunur: "Rumıniya ofisinin saytında göstərilmiş ünvan isə başqa maraqlı mətləbləri ortaya çıxardır. Buxarestdə Nicolae Balcescu 32-34 kimi tanınan bu ünvan həm də Rumıniya-Azərbaycan Ticarət Palatasının yerləşdiyi yer kimi də qələmə verilib. Əsasən Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) məhz həmin palatanın Rumıniyada müxtəlif maliyyə maxinasiyaları və fırıldaqlar, çirkli pulların yuyulması məqsədilə Eldar Həsənov tərəfindən yaradıldığını ortaya çıxartmışdı (https://www.occrp.org/en/corruptistan/azerbaijan/2015/12/04/building-on-a-shaky-foundation.html). Indi isə məlum olur ki, keçmiş baş prokuror həmin qurumu pul silmək üçün yaratdığı fond üçün də çətir kimi istifadə edir. Bundan başqa E.Həsənovun Rumıniyada digərləri kimi yalnız kağız üzərində mövcud olan Azərbaycan-Rumıniya Gənclərinin dostluq cəmiyyəti və Rumıniya demək olar ki mövcud olmayan azərbaycanlılarının diaspora təşkilatı kimi saxta qurumlar yaradaraq onların da ofislərinin həmin ünvanda yerləşməsi kimi sənədləşdirmiş və bu adlar altında illərlə Azərbaycan dövlətindən vəsait alaraq mənimsəmişdir.
Başqa müəmmalı bilgilər bu fondun Rusiyadan olan Viktor Xmarin adlı nümayəndəsi ilə bağlıdır. Dünyaca məşhur Forbes jurnalının yazdığına görə özünü iş adamı kimi qələmə verən bu şəxs əvvəllər Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli şəxs kimi tanınsa da, sonralar hansısa şübhəli əməllərinə görə oradan uzaqlaşdırılıb. Jurnal Xmarinin yaxın dostluq münasibətlərində olduğu şəxslərdən biri kimi Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun da adını çəkir. Onun Qara dəniz-Xəzər dənizi fondu vasitəsilə hansısa biznes layihələri həyata keçirmək istədiyi barədə məlumatlar verilir ( http://www.forbes.ru/kompanii/infrastruktura/246369-bednyi-rodstvennik-pochemu-drug-putina-viktor-khmarin-ne-stal-milliar ). Maraqlı burasıdır ki, fondun nizamnaməsində onun qeyri-kommersiya məqsədilə yaradıldığı göstərilib. Daha sonra mətbuatda Andranik soyadlı erməni əsilli bir şəxsin də fondun rəhbərliyində təmsil olunması ilə bağlı mətbuatda iddialar yayılmışdı.
Daha bir ilginc iddia ondan ibarətdir ki, Eldar Həsənov vaxtilə Azərbaycanın Rumıniyada səfiri olduğu vaxtlarda katibə kimi işə götürdüyü Natali Popesku və Felisiya Skoarte adlı şəxslri fondun əməkdaşları vəzifələrinə qəbul edib. Bildirilir ki, Eldar Həsənov səfirliyin bütün gizli sənədlərini və möhürlərini saxlamaq üçün heç kimə, hətta səfirliyin diplomatlarına deyil, bu katibələrə verirmiş. Beləliklə Azərbaycanın dövlət sirləri və gizli sənədləri xarici şəxslərin ixtiyarında olub. Bundan əlavə mətbuatda E.Həsənovun Azərbaycanın yüksək vəzifəli rəsmilərindən konfidensial informasiya əldə etmək üçün məhz moldovan əsilli katibələrdən istifadə etməsi haqqında məlumatlar getmişdi ( http://www.haqqin.az/news/56739 ).
Əldə edilən dəqiqliyi şübhə doğurmayan başqa bir məlumatda təsisçiləri kimi başqa ölkələrin adı çəkilsə də, fondun fəaliyyəti üçün maliyyə vəsaitinin Eldar Həsənovun onun guya ölkəmizin mənafeləri üçün ciddi iş görəcəyi vədi ilə yalnız Azərbaycan hökumətindən aldığı bildirilir. Lakin belə məlum olur ki, fondun ofislərinin saxlanılması və ümumlikdə fəaliyyət göstərməsi üçün dövlət vəsaiti əslində Eldar Həsənov tərəfindən mənimsənilir, çünki qurumun bir neçə saytda göstərilən ofisləri əslində mövcud deyil. Kifayət qədər böyük məbləğdə olan bu büdcənin Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi vasitəsilə ayrıldığı deyilir. Burada konkret olaraq xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Nadir Hüseynov və nazirlər kabinetinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Ağadayı Ağayevin bu məsələ ilə əlaqəli olduqları iddia edilir. Beləliklə, Eldar Həsənov başda olmaqla Azərbaycanın digər yüksək rütbəli məmurlarının və reputasiyası ən azı şübhəli olan xaricilərin Azərbaycanın dövlət vəsaitinin oğurlanması sxemi içində olmalarına dair əsaslı şübhələr ortaya çıxır".
DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
|