"Ağ Şəhər"i tikənlər fəhlələrin pulunu vermir - ŞİKAYƏT VAR
Tarix: 14-07-2016, 09:02 | Çap et
Bu bir həqiqətdir ki, bgün Azərbaycanda azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə dövlət başçısı İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlar müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, xüsusilə də kiçik və orta bizneslə məşğul olan vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi isə, bu istiqamətdə ən qısa zamanda ciddi nəticələrin əldə olunacağına zəmin yaradıb. Bununla belə, bütün bu proqressiv proseslərin fonunda, insanlarımızın rifah yüksəlişinə əngəl olan bir çox digər amilləri də diqqət mərkəzində saxlamaq lazımdır. Etiraf etmək lazımdır ki, bəzən bu amillər heç də məmur və səlahiyyət sahibləri deyil, əksinə bəzi üzdəniraq sahibkarların özləri tərəfindən də yaradılır. O cümlədən sadə insanların, sıravi fəhlə və ustaların müxtəlif işlərdə çalışdırılaraq, sonradan haqqlarının ödənilməməsi də belə neqativ halların ən bariz təzahürlərindəndir. Təsadüfi deyil ki, mütəmadi olaraq ölkə mətbuatında dərc olunan müxtəlif materiallarda da bu kimi hallardan tez-tez bəhs olunur. O cümlədən, bu günlərdə “Bizim Dövr” qəzetinin redaksiyasına daxil olmuş növbəti şikayət ərizəsində də daha bir şirkət sahibinin təmir-tikinti işlərində çalışdırdığı usta və fəhlələrin pullarını kəsməsi barədə açıqlama verilir. Həm də diqqətəlayiq haldır ki, bu şirkət birbaşa dövlət sifarişi ilə həyata keçirilən böyük bir layihənin icrasına cəlb olunmuş müəssisələr sırasındadır. Belə ki, redaksiyamıza ərizə ilə müraciət etmiş Elçin Məmmədov, Mehdi Hüseynov, Elvin Məmmədov, Daməd Məmmədov, Xalid Cəbrayılov və daha bir neçə nəfər vətəndaşlar bildirirlər ki, son on beş ay ərzində onlar paytaxtın Xətai rayonu ərazisində, Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan “Ağ şəhər” yaşayış kompleksinin 5-6-7 mərtəbəli, 7 girişli yaşayış binasının təmir-tikinti işlərində çalışıblar. Qeyd edək ki, həmin tikintinin qarşısında yerləşdirilmiş məlumat lövhəsində obyektin “SETA” MTK tərəfindən sifariş olunduğu, podratçı kimi isə, “Konstruktor” MMC-nin (lisenziya № 022543) çıxış etdiyi bildirilir. Şikayətçilər öz ərizələrində göstərirlər ki, tikintidə işlədikləri müddət ərzində onlar tərəfindən 350 kv.m sahədə alçı-boya (malyar) işləri görülüb. İş prosesi zamanı usta və fəhlələrə müəyyən məbləğlər ödənilsə də, işlər tamamlandıqdan sonra şirkətin işçilərə 7000 (yeddi min) manata yaxın məbləğdə borcu qalıb. Həmçinin bizimdovr.az-a təqdim olunmuş ərizədə işi qəbul edən şəxs kimi Fuad adlı bir nəfərin və onun köməkçiləri olaraq, Mikayıl və Ərəstunun adları qeyd olunub. Şikayətçilər bildirirlər ki, işi təhvil verdikləri gündən artıq altı aya yaxın bir müddət keçməsinə baxmayaraq, onlar hələ də öz halal pullarını Fuad müəllimdən ala bilmirlər. Bir qədər təkid etdikdə isə, usta və fəhlələr hətta qarşı tərəfdən hədə və təhdidlərə belə məruz qoyulurlar.
Təbii ki, bütün bu özbaşınalıqlar, ilk növbədə Bakı Ağ Şəhər layihəsinin statusu nəzərə alınmaqla, qətiyyən yolverilməzdir. Amma belə görünür ki, yuxarıda adları qeyd olunan işbazların əlavə bir neçə min manat qazanc əldə etmək hərisliyi qarşısında dura biləcək heç bir maneə mövcud deyil. Məhz elə bu səbəbdən də, haqları tapdanmış (daha doğrusu, kəsilmiş) usta və fəhlələr məsələni qəzetimiz vasitəsilə ictimailəşdirmək və problemə ölkənin hüquq-mühafizə və prokurorluq orqanlarının diqqətini cəlb etmək qərarına gəliblər.
Məsələyə qarşı tərəfin də münasibətini öyrənmək istərdik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
|