Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                     Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... .....                     Yeni dünya düzəninin konturları... .....                     İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı .....                     ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? .....                     Tezliklə Putinlə görüşəcəyəm .....                     ABŞ bundan danışır: .....                     Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                 

Sement mafiyasıyla niyə bacara bilmirlər? - Müdaxilə zərurəti...
Tarix: 5-07-2016, 09:07 | Çap et
Sement mafiyasıyla niyə bacara bilmirlər?
Məşhur lətifəni yəqin xatırlayırsınız. Bina uçur. Tikinti materiallarını bir-bir sorğu edirlər. Növbə sementə çatanda o, bildirir ki, o vaxt orada olmamışam. Azərbaycanını hazırkı sement bazarı elə həmin lətifəni xatırladır. Bakının mərkəzindən çox yox, 30 km araladı əməlli başlı dərəbəylikdi. Hər addımbaşı sement zavodlarıdır. Nə hüquqi ünvanları var, nə də sertifikatları. Nə laboratoriyaları var, nə də hansısa sınaq metodları. Elə bil, orta əsrlərdi. Cəhənnəm zəbanilərini xatırladan bir neçə fəhləni sanki qul bazarından tapıb gətirirmiş kimi işlədirlər. Nə əmək müqavilələri var, nə də hansısa sığortaları. Kimdi bunlar, kimlərin himayəsi altındadır bilinmir. Amma onların istehsal etdiyi sementlər bazarlardadır. Azərbaycan bazarlarında. Azca araşdırma aparsan, məlum olacaq ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Necə deyrələr, günlərin bir günü adi, xırda bir yer tərpənməsi yüzlərlə evi yerə gömə bilər. Kimdi bu istehsalçılar? Və onlar insanları necə aldadırlar? Məsələn, sement bazarında "Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus "UNİVERSAL” əmtəə nişanlı smentlər var. Amma fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması adi hala çevrilib. Həmçinin başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıb. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır. Araşdırmalar nəticəsində məlum olub ki, «AZBETON» yazılışlı sementləri «Laçın-1» firması istehsal edir. Firmanın təsisçisi Anar Məlikov adlı iş adamıdır. Bizə çatan məlumatlara görə, bu firmanın sement istehsalı üçün nə standartları, nə də laboratoriyası var. Həmçinin bu firmanın müşayiətedici sənədləri, sertifikatı da yoxdur. Qanunsuz sement məhsullarının istehsalı ilə məşğul olan firma rəhbərliyi keyfiyyətsiz və təhlükəli sementləri vətəndaşlara satmaqla onların hüquqlarını pozur.

Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda cövlan edən bu firmanın məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. İddialara görə, firmanın təsisçisi Anar Məlikov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin komitənin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasının istehsal etdiyi "AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Bununla yanaşı, firmanın istehsal etdiyi "AZBETON” sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib. Fikrimizcə, komitənin firmanın istehsalı olan sementə verdiyi əmtəə nişanı və ümumiyyətlə, «Laçın-1» firmasının fəaliyyəti dərindən araşdırılmalıdır. 20 ildir bənnalıqla məşğul olan usta Vaqif Əmirov deyir ki, bir qədər əvvəl bir evdə işləyirdim. “Ev yiyələri “Qaradağ- AA” sementi almışdılar. Ondan işlətdim. Kərpic kərpicə yapışmırdı. Bunu necə, niyə buraxırlar bəlli deyil. Amma ucuz olduğuna görə, çoxu buna qaçır”. Lakin saxta sement istehsalı ilə bağlı yalnız monitorinq keçirməklə kifayətlənmək olmaz. Düzdür, ildə bir neçə dəfə reyd keçirib təqlidçi məhsulları bazardan yığışdırmaq olar. Amma təbii ki, gizli fəaliyyət göstərən təqlidçi firmalar öz işində olacaq, üstəlik reyd nəticəsində onlara dəymiş ziyanı ödəmək üçün daha çox məhsul buraxacaqlar. Hazırda “Qaradağ AA” məhz bu yolu tutub. Müəssisənin bir istehsal dəyirmanı var. Amma oradakı fəhlələrlə söhbət zamanı məlum oldu ki, dəyirman 24 saat işləyir. Sementə qatılmalı olan əsas maddə klinker normadan az vurulur. Bir qədər əvvəl 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qaradağ AA "UNİVERSAL" yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və "Məişət Malları" ASC-yə və digər şəxslərə qadağan edilib. Lakin məhkəmə qərarına əməl edilmir, hələ də bazarda qanunsuz istehsal olunan sement markaları var. Müxtəlif rayonlardan sement bazarındakı problemlərlə bağlı istehlakçı müraciətləri davam edir. İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanları ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını dayandıra bilmirlər. Əslində, saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan "Məişət Malları" ASC bütün saxta sement mallarının kisələrini Keşlə qəsəbəsində buraxır. "Qaradağ AA "UNİVERSAL" sement kisəsinin hazırlanması və satışına məhkəmə qadağa qoyub. Bazarda isə qadağan olunmuş malın satışı davam edir. Aidiyyəti dövlət qurumları da heç bir tədbir görmür. Rayonlarda qanunsuz sementin satışına yerli məmurlar, bəzi icra orqanlarının rəhbərləri biganəlik göstərir. Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır. Çünki hər zaman gözlənilməz təbii hadisə baş verə bilər, keyfiyyətsiz sementlə inşa olunan tikintilərin sahibləri, sakinlərin faciəsi ilə üzləşə bilər.
GundemXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru