QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                 

Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Tarix: 15-02-2025, 08:57 | Çap et
Bakı bu addımı MƏCBUR ATDI?
Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.

Bu barədə Caliber.az məlumat yayıb. Bu düzəlişlər, xüsusən ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Russiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştat vəzifədən gedir.

Azərbaycanda dəfələrlə “Sputnik”in bağlanması təklifi irəli sürülüb. “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabr 2014-cü ildə Rusiya paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin bazasında yaranıb. “Sputnik Azərbaycan” birbaşa Rusiyanın dövlət media qrupu olan “Rossiya Seqodnya”ya məxsusdur. Onun rəhbəri Marqarita Simonyandır. Rusiyada yaşayan Simonyanın ölkəmizə münasibəti isə hər kəsə məlumdur. Bunun nəticəsidir ki, “Sputnik Azərbaycan” heç zaman Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməyib.

Həmçinin BBC-nin anti-Azərbayan mövqedə dayandığı zaman-zaman qeyd olunub. Bakı isə eyni anda həm rus, həm ingilis media resursları ilə bağlı addımlar atmağa başlayır. Buna qədər Bakıdakı “Rus Evi” və USAİD kimi təşkilatlar şələ-şüləsini yığışdırıb. Bu qurumlara “sarı vərəqə” göstərilməsinin əhəmiyyəti və təsirləri nələr ola bilər?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin Rusiyanın və Qərb ölkələrinin bəzi qurumlarına qarşı atdığı addımlar əslində məcburiyyətdən atılmış addımlardır: “Onların davranışına, onların Azərbaycana münasibətdə yol verdikləri yanlışlıqlara görə cavab addımlarıdır. Bu vaxta qədər biz həm Rusiyanın, həm ABŞ-ın, həm də digər dövlətlərin müəyyən davranışlarına səbrlə yanaşdıq. Son nəticədə bu cür yanaşmanın onlar tərəfindən düzgün başa düşülmədiyini gördük və bu səbəbdən bu məcburi addımları atmaq məcburiyyətində qaldıq. Rusiya Azərbaycanın Rusiyada konsulluqlarının sayının artıq olduğunu bəhanə edərək bərabərliyin gözlənilməsini tələb eləyir və istəyir ki, Xankəndində konsulluq açsın. Ancaq digər məsələlərdə bərabərlik gözləmək istəmir və ”Sputnik Azərbaycan" Azərbaycan daxilində bizim qəbul eləyə bilməyəcəyimiz fəaliyyətlə məşğul olur".

A.Səmədov dedi ki, indiyə qədər biz bu məsələyə səbrlə yanaşdıq: “Amma təyyarə hadisəsindən sonra Rusiyanın müəyyən məsələləri düzgün başa düşməsi üçün biz ”Sputnik Azərbaycan" barədə tədbir görmək qərarına gəldik. Və baxın, Rusiya səfirliyinin saytında qeyd olunur ki, Azərbaycanda rusların sayı 119 min nəfərdir, ancaq rusiyalı soydaşların sayı, yəni özünü rusiyalı sayanların sayı 375 min nəfərdir. Buraya həm ləzgiləri, həm tatarları daxil ediblər. Bunların hər birinin Azərbaycanda öz cəmiyyətləri var. Hətta kazakların da Azərbaycanda cəmiyyəti mövcuddur. Onların Azərbaycanla nə əlaqəsi var, bu da mübahisəlidir. Təbiidir ki, biz indiyə qədər normal münasibətləri qorumaq üçün bu məsələlərə çox kəskin münasibət göstərmədik. Lakin göründü ki, Rusiya bunu düzgün başa düşmür və məcburuq ki, bəzi şeyləri Rusiyanın başa düşdüyü dildə anlatmağa çalışaq. Bunun Azərbaycana üstünlüyü varmı? Təbiidir ki, yoxdur".

A.Səmədov bildirdi ki, biz Rusiya ilə münasibətlərimizi normal vəziyyətdə saxlamaq üçün çox güzəştlər elədik: “Əgər bu günədək Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yaxşı olubsa, bu Azərbaycanın xidmətidir. Ancaq təəssüf ki, Rusiya hakimiyyəti təyyarənin vurulmasından sonra özünü son dərəcə məsuliyyətsiz apardı və davam eləyir. Bu məsliyyətsiz, beynəlxalq hüquqa saymazyana münasibət Rusiyanın mahiyyətini ortaya qoyur. Və biz də ”sarı vərəqə" göstərmək məcburiyyətindəyik. Bunun qarşısılığında Rusiyadan Azərbaycana qarşı təxribat xarakterli düşmən davranışlar da gələ bilər. İlk növbədə bu, Rusiyadakə əmək miqrantları ilə bağlıdır, onların bir hissəsinin geriyə göndərilməsi baş verə bilər. Rusiya Fransanın və Azərbaycana düşmən olan digər dövlətlərin yanında yer alıb BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə təşəbbüsü ilə çıxış eləyə bilər. Azərbaycanda separatizmi alovlandırmağa cəhd göstərə bilər. Digər addımlar da ata bilər. Ona görə də hər birimiz qarşıdakı zamanlarda səfərbər olmalıyıq".

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli isə bildirdi ki, xarici media subyektlərinin ölkə ərazisində fəaliyyəti, hansı formada fəaliyyət göstərməsi və nə işlə məşğul olacağı dövlətlərarası razılaşma ilə həyata keçirilir. Bu, həmin media subyekti, onun təsis olunduğu ölkə və gələcəkdə fəaliyyət göstərəcəyi xarici dövlətin rəsmi şəxsləri ilə razılığı ilə reallaşır. Dünyanın hər yerində qayda budur və Azərbaycanda belədir: “Buna uyğun olaraq 2021-ci ildə Azərbaycan Respublikasında xarici KİV-in nümayəndələrinin akreditasiyası qaydası qəbul edilib. Həmin Qaydada həm fərd olaraq jurnalistlərin akreditasiyası, həm də media subyektlərinin fəaliyyəti ilə bağlı prinsiplər tənzimlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə uzun müddət bir az boşluq olub”. M.Ələsgərli söylədi ki, qüvvədən düşmüş qanunda media subyektlərinin xarici ölkə ərazisində fəaliyyəti dövlətlərarası razılaşma ilə həyata keçirilməsi nəzərdə tutulsa da bunun konkret forma və məzmunu barədə çatışmamazlıqlar var idi: “Bu çatışmamazlıqlar 2022-ci ildə qüvvəyə minmiş Media haqqında yeni Qanunda aradan qaldırılmışdır. Yeni qanunun 11-ci maddəsində nəzərdə tutulur ki, bir ölkənin media subyektinin Azərbaycan ərazisində fəaliyyəti Azərbaycan jurnalistlərinin və media subyektlərinin həmin ölkə ərazisində fəaliyyətinə adekvat olmalıdır. İndi də həyata keçirilməsi nəzərdə tutulan addımlar məhz qanunun bu maddəsinə istinadən edilir. Bu sahədə müəyyən səliqə-sahman yaradılmasına ciddi ehtiyac vardır. Çünki əvvəlki qanundakı bşluqlardan istifadə edərək xarici ölkələrin bir çox media subyektləri Azərbaycan ərazisində qeyri-adekvat səviyyədə mövcuddurlar, fəaliyyət göstərirlər. ”Sputnik Azərbaycan"ın Azərbaycan ərazisində readksiyası mövcuddur və 40 nəfərə qədər ştat heyəti var. Sual yaranır ki, bu 40 nəfərlik ştat heyəti nə işlə məşğuldur. Yaxud BBC və digər bu kimi media orqanlarının Azərbaycanda büroları mövcuddur və bu bürolarda çoxlu sayda jurnalistlər işləyirlər. Sual yaranır, bunların Azərbaycanda nə qədər böyük marağı var və nə işlə məşğuldursa, bu qədər böyük heyət işlədirlər".

Ekspert qeyd etdi ki, bu heyətlərin tərkibindəkilərin bəziləri manipulyasiya ilə məşğul olurlar, etnik separatizmə dəstək verən yazılar yazırlar, materiallar hazırlayırlar: “Deməli, bu cür media subyektlərinin maraqları faydalı informasiyalar yaymaq deyil, Azərbaycanda təxribatçı əməllər törətmək, neqativ yönlü informasiyalar uydurmaqdır. Bu kimi əməllərin qarşısının alınması lazıdmır. İkincisi, gəlin görək həmin media subyektlərinin mənsub olduqları ölkələrdə nə qədər azərbaycanlı jurnalistə fəaliyyət göstərmək üçün şərait yaradılıb? Çox az sayda və ya ümumiyyətlə heç bir şərait yaradılmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru