Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                 

“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Tarix: 18-02-2025, 16:46 | Çap et
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik”
"Biz uşaqlarımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Məqsədimiz onların sağlam, bilgili, dünyagörüşlü olmalarıdır. Bunun üçün innovativ və sosial əhəmiyyətli layihələr həyata keçirməyə çalışırıq. Amma bu məsələdə ciddi dəstəyə ehtiyacımız var”.

Bunu Azərbaycan Uşaq Fondunun İdarə heyətinin sədri Zəhra Bədəlbəyli Bizim.Media-ya müsahibəsində bildirib. Fond rəhbəri hazırda qurumdakı vəziyyətdən, görüləcək işlərdən danışıb:

- Bir dönəmlər Azərbaycan Uşaq Fondunun adı tez-tez çəkilirdi. Amma sonra fəaliyyəti görünmədi...

- Bizim Fond 1988-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə təsis olunub, 1991-ci ildən isə müstəqil qurum kimi fəaliyyət göstərir. Bu illər ərzində fond uşaqların inkişafına, onların təhsilinə və sosial rifahına yönəlmiş çoxsaylı layihələr həyata keçirib. Amma sonra fəaliyyəti zəiflədi. Son üç ildir ki, fondda yeni heyət, biz fəaliyyətə başlamışıq. Öncə onu modernləşdirməyə çalışdıq. Fondun saytını yaratdıq, daha sonra isə tam rebrendinq həyata keçirdik. Çünki istəyirik ki, bu qurum müasir dövrün tələblərinə uyğunlaşsın. Təbii ki, bununla yanaşı yeni layihələrə də start verdik.

- Hansı layihələr həyata keçirmisiz?

- Bizim Fond əsasən, uşaqların sosial, təhsil və sağlamlıq problemlərini əhatə edən layihələr həyata keçirir. Düzdür, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi də uşaq və yeniyetmələrlə bağlı çox işlər görür. Amma çalışırıq ki, uşaqlara daha geniş dəstək göstərək – istər sağlamlıq, istər istedadlı uşaqların inkişafı, istərsə də psixoloji və sosial dəstək baxımından... Məsələn, "Peşəkar" layihəmiz çərçivəsində sığınacaqda yaşayan uşaqları müxtəlif peşəkar şəxslərlə görüşdürərək onların gələcək inkişafına kömək etməyə çalışırıq. Eyni zamanda "Mədəni Ol" və "Cinsi Yetkinlik" proqramlarını hazırlamışıq ki, bunlar da uşaqların bilik və bacarıqlarının artırılmasına yönəlib".

Eləcə də, “Bona Dea" klinikası ilə müqaviləmiz var. İmkanları məhdud ailələrdən olan uşaqları güzəştli şəkildə orada müalicə almağa yönləndiririk. Eyni zamanda, serebral iflicdən əziyyət çəkən uşaqların xaricdə müalicəsinə dəstək göstəririk. Artıq bir uşağın Çində xüsusi metodlarla müalicə almasına nail olmuşuq və o, sağalıb. İndi istəyirik bu, müalicə proqramını genişləndirək və həmin həkimi ölkəmizə dəvət edək ki, daha çox uşağa yardım edə bilək.

Fondun həyata keçirdiyi digər maraqlı təşəbbüslərdən biri də uşaqlar üçün təşkil olunan mədəni və əyləncəli tədbirlərdir.

"AzTelekom" şirkətilə birlikdə innovativ texnologiyalar mövzusunda layihə reallaşdırmışıq. "Libraf" kitab mağazasında sığınacaqlardan gələn uşaqlar üçün "Nağıl saatları" təşkil edirik, müəllifləri dəvət edirik, onlar öz əsərlərini uşaqlara oxuyurlar. "Park Cinema"da isə uşaqlar üçün ödənişsiz cizgi filmlərinin nümayişini təşkil edirik. Məqsədimiz odur ki, sosial cəhətdən həssas qruplardan olan uşaqlar da mədəni tədbirlərdə iştirak edə bilsinlər. Amma bunun üçün ciddi dəstəyə ehtiyacımız var.

- Fonda dövlət dəstəyi yoxdurmu?

- Xeyr. Bu qədər uğurlu işlərimizə baxmayaraq, Fondun daimi maliyyə mənbəyi yoxdur. Bizim qurum dövlət tərəfindən təsis olunsa da, dövlətdən maddi dəstək almırıq. Fondumuzun 77 rayon şöbəsi var idi, lakin hazırda 43 filial fəaliyyət göstərir və onların bəzilərinin işi lazımi səviyyədə deyil. Bunun əsas səbəbi maliyyə vəsaitinin çatışmazlığıdır. Son üç ildə layihələrimizi özümüzün və dostlarımızın dəstəyi ilə həyata keçirmişik. Maaşları da bu qaynaqla ödəyirik.

Amma bəzi proqramları davam etdirmək üçün mütləq əlavə maliyyə lazımdır. Məsələn, peşəkar mütəxəssisləri cəlb etdiyimiz layihələr var. Başlanğıcda könüllü iştirak edirlər, amma uzunmüddətli əməkdaşlıq üçün müəyyən qonorar ödəmək lazım gəlir. Təəssüf ki, bunun üçün yetərli vəsait yoxdur.

“Pul istəyəndə “Maliyyə Nazirliyi deyir ki, ianələr toplayın...”

- Bəs, özəl şirkətlərə müraciət etmisizmi?

- Özəl şirkətlərə müraciət edəndə təəccüblənirlər ki, niyə dövlətdən maliyyələşmirsiniz? Maliyyə Nazirliyinə müraciət edəndə isə deyirlər ki, ianələr toplayın, qrant layihələrinə qoşulun və s. Yaxud, Təhsil Nazirliyi ilə proqramla bağlı müzakirələr aparanda deyirlər ki, siz doğru, vacib mövzuları seçmisiz, amma vəsait ayıra bilmirik. Ona görə də biz o proqramları dayandırmaq məcburiyyətində qalırıq. Mədəniyyət Nazirliyindən də həmçinin... Bizə çox cüzi ianə köçürülür. O ianələr də heç kommunal xərclərimizi belə ödəmir. Borclarımızın cüzi hissəsinə veririk.

“Hökumət evinə kommunal borclarımız var”

- Borcunuz nədən yaranıb?

- Bilirsiniz, biz Hökumət Evində yerləşirik. Bizdən əvvəl yığılan kommunal borclar hələ ödənilməyib. Biz neçə müddətdir onları ödəyirik. Daha öncə maaşla bağlı da borclar vardı, onları ödədik. Amma kommunal borclar qalıb. Bir neçə il ödənilməyib deyə yığılıb qalıb. Bizdən əvvəlki dönəmdə fondun fəaliyyəti zəif olub, layihələri olmayıb və iş demək olar ki, dayanıb. Bu səbəbdən çox istəyirik ki, layihələrimizə nazirliklər dəstək olsunlar. Çünki bu layihələr həqiqətən uşaqlarımız, cəmiyyətimiz üçün çox mühümdür.

- Dediniz, uşaqların sağlamlığı ilə bağlı da layihələriniz var....

- Bəli, var. Məsələn, qeyd elədiyim kimi, Fondumuzun "Bona Dea" klinikası ilə müqaviləsi var. Biz layihə çərçivəsində Fonda müraciət edən uşaqları ora yönəldirik və onlar güzəştli qiymətlərlə orda müalicə olunurlar. Toplanan ianələrlə xəstəxananın borcunu ödəyirik. Lakin ianələr az olduğuna görə, xəstəxanaya borclu qalırıq. Düzdür, şükürlər olsun, yönəltdiyimiz uşaqlar sağalıb, amma biz hələ də xəstəxanaya borclu qalmışıq.

“Serebral iflicdən əziyyət çəkən uşaqlar sağalır”

Eləcə də Fondumuzun Binəqədi şöbəsi tərəfindən serebral iflicdən əziyyət çəkən uşaqların Çində müalicə almasına yardımçı oluruq. Ordakı klinikalardan birinin həkimi özünəməxsus metodla iflic uşaqları sağaldır. Həmin uşaqlar o klinikada sağlamlığının bərpası üçün çox əhəmiyyətli müalicə alırlar. Bu, çox böyük və mühüm bir proqramdır və bizə bunun üçün də maddi dəstək lazımdır. Ora bir uşaq göndərmişik və sağalıb. Əslində bir uşağı ora aparmaq o qədər də böyük xərc tələb etmir. Gediş-gəliş haqqı, 1 aylıq müalicə müddəti, qidalanma və xəstəxana məsrəfləri təxminən 7 min dollardır. Amma uşaq yarım ildən bir təkrar müayinə edilməlidir. Ona görə də istəyirik ki, daha çox uşağın müalicə ala bilməsi üçün həmin həkimin Azərbaycana gəlməsini təmin edək. Eyni zamanda uşaqlar üçün kibertəhlükəsizlik mövzusunda maraqlı layihəmiz var. Uşaqların təhlükəli virtual oyunlardan qorunması, kibertəhlükəsizliklə bağlı böyük tədbir düzənləmək fikrindəyik. Seminarlar, master klassların təşkil olunmasını istəyirik. Bu yöndə konkret təkliflərimiz də var. Həmin təkliflərin aktuallaşmasını və qanunlarımıza daxil edilməsini istəyirik. Bir sözlə, çalışırıq ki, uşaqlarımız üçün hər şeyin ən yaxşısını edək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru