Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                 

"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Tarix: 19-02-2025, 08:59 | Çap et
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..."
Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" Qanunu təsdiqləyib.

“Diplomatik xidmət haqqında” yeni qanunda diplomatik xidmətin prinsipləri, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi tədbirləri, hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəkləri, diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı, əməkdaşların rotasiyası qaydası, onların geri çağırılmasını şərtləndirən yeni hallar, diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması, diplomatik xidmət stajının hesablanması qaydası və diplomatik xidmətdə olmanın yaş həddi müəyyənləşir.

Bundan başqa, yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının yeni funksiyaları, diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları, diplomatik rütbələrin verilməsi sahəsində yeniliklər, diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydası hazırlanacaq.

Qeyd edək ki, yeni qanunlar son zamanlar sabiq azərbaycanlı diplomatların adının qalmaqallarda hallanması fonunda qəbul edilib.

Ötən həftə mediada Böyük Britaniyadakı keçmiş səfir Rafael İbrahimovun Londonun Çeşir rayonundakı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunması xəbəri yayıldı. Məhkəmə R.İbrahimova 16 ay şərti cəza verib, adını 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil edib.

Bu, azərbaycanlı diplomatlarla bağlı ilk səs-küylü hadisə deyil. Azərbaycanı Avropadakı beynəlxalq təşkilatlarda təmsil etmiş Arif Məmmədov “qalmaqallı diplomatlar” siyahısında yer alır. O, 2015-ci ildə məmurları sərt şəkildə ittiham etmişdi. 2015-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılan Arif Məmmədov daha sonra Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilmiş, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunmuş və ona qarşı cinayət işi açılmışdı. Vəzifədən kənarlaşdırıldıqdan sonra Arif Məmmədov Belçika Krallığından siyasi sığınacaq alıb. Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışarkən həbs edilib. Bu günlərdə isə Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynlinin də adı “qalmaqallı diplomat” kimi gündəmə gəlib. Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün onun diplomatik fəaliyyətinə xitam verilib. Rəhman Şahhüseynli mətbuata açıqlamasında keçmiş həyat yoldaşı ilə övladına görə problem yaşadığını və qarşı tərəfin yazdığı çoxsaylı şikayətlər əsasında işdən çıxarıldığını deyib.

Yeni qanun bu sahədə dönüş yarada biləcəkmi?
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “Diplomatik xidmət haqqında” əvvəlki qanun 24 il əvvəl qəbul edilmişdi və həmin dövrdən etibarən həm ölkəmizin xarici siyasətlə bağlı vəzifələrində, həm də məqsəd və prioritetlərdə dəyişikliklər baş verib: “Bu vəzifələrin icrası isə daha peşəkar, daha çevik diplomatik xidməti zəruri edir. Odur ki, yeni qanunun qəbulu zamanın tələbi idi və bu da baş verdi. Yeni qanun əvvəlki ilə müqayisədə detallı və məzmunlu olması ilə yanaşı, özündə diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatını, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini, əməkdaşların vəzifə və hüquqlarını, onlara şamil olunan məhdudiyyətləri və s. ehtiva edir.

Bundan savayı yeni qanun diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yenilikləri, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları da nəzərdə tutur ki, bu da təqdirəlayiqdir və diplomatik xidmət əməkdaşlarının daha təminatlı şəkildə fəaliyyəti üçün eyni imkanlar deməkdir.

Vacib məqamlardan biri də diplomatik xidmət orqanlarına təsadüfi adamların düşməsinin qarşısının alınması ilə bağlıdır. Diplomatik xidmət orqanlarına işə qəbulla bağlı müsahibədən əvvəl müvafiq yoxlamanın aparılması bu istiqamətdə indiyə qədər olan neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir".

Ekspert vurğuladı ki, digər vacib məqam diplomatik xidmət orqanı əməkdaşlarının xarici dövlətin vətəndaşlığı, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazəni əldə etməsi ilə bağlıdır: “Yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları bundan sonra müvafiq fəaliyyəti ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə həyata keçirə biləcəklər. Bu isə öz növbəsində bir sıra neqativ halların qarşısının alınmasına imkan verəcək. Eyni şeyi həm də diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getmək və tədbirlərdə iştirakla bağlı məhdudiyyətlərlə bağlı demək olar. Hər kəs razılaşar ki, diplomatik xidməti başa vurmamış bu və ya digər ölkənin vətəndaşlığı üçün müraciət etmiş və ya hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən Azərbaycanın dövlət maraqlarını layiqincə müdafiə etməyi gözləməyə dəyməz.

Odur ki, yeni qanun indiyə qədər diplomatik xidmət orqanlarında mövcud olan ayrı-ayrı neqativ halların qarşısının alınması və eləcə də bu orqanlarda çalışan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından təqdirəlayiqdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru