Fazil Məmmədov Bakıya zorla gətirilə bilər... - İDDİA
Tarix: 7-12-2018, 09:58 | Çap et
Gəncədə olan sabiq nazirin obyektlərində yoxlamalar aparılması xəbərləri rəsmən təsdiqlənmir; Petek Dinçöz ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasına niyə gəlibmiş...
Sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normallaşıb. Bu barədə modern.az-a Gəncədəki mənbə məlumat verib.
F.Məmmədovun Gəncə Beynəlxalq Hospitalında reabilitasiya keçdiyi, səhhətinin gündən-günə daha da yaxşılaşdığı bildirilib:
“Vəziyyəti stabildir, gəzir, istirahət edir. Fazil Məmmədov artıq çətin günləri arxada qoyub”.
Qeyd edək ki, uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov noyabrın 16-da Azərbaycana qayıdıb. Elə həmin gün Gəncə Beynəlxalq Hospitalına yatırılıb.
Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.
Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.
Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.
Qeyd edək ki, noyabrın əvvəlində sabiq nazirin obyektlərində yoxlamalar başlamasıl barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, sabiq nazirin Gəncədəki obyektlərində təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunurdu ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib" deyə, xəbərdə bildirilirdi. Hətta iddialar vardı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır.
F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “sağalmır”. Belə güman edilirdi ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi deyil və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının siqnalıdır. “Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər”.
Bu xəbərlərdən sonra F.Məmmədov Bakıya qayıtdı. Amma onun obyektlərində hər hansı yoxlamalar aparıldığı barədə xəbərlər bu günədək rəsmən təsdiqlənməyib. Ona məxsus Gəncə Beynəlxalq Hospitalı isə dekabrın 1-də səs-küylü aksiya ilə gündəmə gəldi. Dekabrın 1 də Gəncə Beynəlxalq Xəstəxanasında “Uşaqlar üçün Pulsuz Nevroloq konsultasiyası” aksiyası baş tutub. Eyni tarixdə konsert proqramı ilə Gəncə şəhərində olan Türkiyənin məşhur estrada ulduzu Petek Dinçöz bu aksiyaya dəstək olmaq üçün xəstəxanaya gəlib. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
|