Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunə olmalıdır.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Qazax şəhəri Mehdi Hüseyn küçəsi ev 97 ünvanında yaşayan Hüseynova Gülayət Bayraməli qızı son günlər sosial şəbəkələrdə etdiyi videomüraciətlə əlaqədar şikayət etdiyi qarşı tərəflə birlikdə yanvarın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən fərdi qəbul edilərək müraciəti dinlənilib.
G.Hüseynovanın səsləndirdiyi məsələ müsbət həll edilərək onun tələbi təmin olunub.