Livanın paytaxtı Beyrutda“Hizbullah” nümayəndəsi şeyx Məhəmməd Hammadi Qərbi Bekaa bölgəsində yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, iki avtomobildəki naməlum silahlı dəstənin açdığı atəş nəticəsində Hammadi ağır yaralanıb. O xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Məlumata görə, sui-qəsd törədənlər naməlum istiqamətdə gedərək gizlənib.
“Hizbullah” nümayəndəliyi olaya hələ ki şərh etməyib.