Rəqqasə-aktrisa Oksana Rəsulova yeni fotosessiya etdirib.
Axşam.az xəbər verir ki, sənətçi kamera qarşısına yaşıl libasda keçib.
Yeni şəkillərini sosial media hesabında izləyiciləri ilə bölüşən Oksana paylaşımına Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” pyesindən bu sözləri yazıb:
"Bilirsinizmi, biz insanlar qəribəyik. Nə qədər böyük iradə sahibi olursan ol, həyatın hansı əziz xatirələrlə bağlı olursa olsun, yenə də kiminsə sənin haqqında düşünməsini, az da olsa, sənin taleyinlə maraqlanmasını istəyirsən".