Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                     Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər .....                     Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü .....                     İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                 

Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Tarix: Bu gün, 07:17 | Çap et
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri

Giriş: ABŞ-nin yanaşma və davranışındakı “qəribəliklər”

Şübhəsiz, son dövrün iki əsas siyasi hadisəsi ABŞ vitse-prezidenti Cey Di Vensin öz “füsunkar” çıxışı ilə bəzək qatdığı Münhen Təhlükəsizlik Konfransı və eləcə də Avropanın və hətta Ukraynanın özünün belə iştirakı olmadan ABŞ və Rusiya arasında Ukrayna danışıqlarının başlanması oldu.

Vens avropalıların Ukrayna danışıqlarından kənarlaşdırılmasını onların demokratiyadan geri çəkilməsi ilə izah etdi. Tramp isə Zelenskiyə göstərdiyi “qırmızı vərəqəni” onun müharibəni başlaması, diktator və qeyri-legitim prezident olması və nəhayət, Rusiyanın tələblərini yerinə yetirməməsi ilə əsaslandırdı.

Avropalıları bir çox işlərdə günahlandırmaq olar və biz azərbaycanlılar bunu başqalarından daha yaxşı bilirik – ikili standartlardan tutmuş, bizə qarşı heç bir fakta əsaslanmayan ittihamlara qədər çox şeyin şahidi olmuşuq. Lakin son onilliklər ərzində həm ölkə daxilində, həm də xaricdə qeyri-demokratik addımlar atan bir dövlətin liderinin Avropa liderlərini qeyri-demokratiklikdə günahlandırması tamamilə əsassızdır.

ABŞ-nin, xüsusilə Tramp dövründə, Yaxın Şərqdəki siyasəti, miqrantlara qarşı tədbirlər, Tik-Tokun fəaliyyətinə məhdudiyyətlərin qoyulması, başqa ölkələrə yüksək tariflərin tətbiq edilməsi və s. addımlar ABŞ-nin Avropa ilə müqayisədə daha az demokratik olduğunu açıq-aşkar göstərir.

Eynilə, Zelenskiyə qarşı irəli sürülmüş ittihamlar barədə də demək olar. Onu diktatorluqda ittiham etmək absurddur. Zelenski hətta hərbi vəziyyət şəraitində belə Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə edərək hakimiyyətini daha da mərkəzləşdirməyə çalışmayıb.

Lakin ABŞ-nin yeni addımları içərisində bütün dünyanı ifrat dərəcədə təəccübləndirən o oldu ki, yeni rəhbərlik danışıqlar hələ başlamazdan əvvəl Rusiyanın Ukrayna ilə bağlı bütün əsas tələblərini qəbul etdi. ABŞ Ukraynanın NATO-dan kənar statusuna, Krım daxil olmaqla Rusiyanın işğal etdiyi əraziləri öz əlində saxlamasına razılıq verdi və müharibə şəraitində olan Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb etdi. Bəs necə oldu ki, iki dəfə prezident seçilmiş, ABŞ və dünyanın aparıcı siyasətçiləri ilə saysız-hesabsız debatlarda iştirak etmiş, “sövdələşmələr kralı” kimi tanınan Tramp hələ danışıqlar başlamamış Putinin tələblərini qəbul etdi?!

Bunların hamısı təəccüb doğurmurmu? Hüquq fakültəsini yenicə bitirib işə başlamış cavan müstəntiq belə yaxşı bilir ki, ilk baxışda qəribə və məntiqsiz görünən hər bir addımın arxasında müəyyən bir niyyət dayanır.

Bəs, ABŞ-nin niyyəti nədir? Axı bu ölkəyə rəhbərlik edənlər uşaq, ağıldan kəm və ya şıltaq şəxslər yox, təcrübəli siyasətçi və dövlət xadimləridir!

Cavab çox sadədir: Bu, ABŞ-nin Rusiyanı Çindən ayırmaq və onların alyansını dağıtmaq üçün ödəməyə məcbur olduğu bədəldir, ödənişdir.

“Axırıncı aşırım”, yaxud ABŞ üçün 1 nömrəli prioritet

İş burasındadır ki, ABŞ-nin bütün müvafiq sənədlərində Çin Xalq Respublikası 1 nömrəli strateji rəqib kimi göstərilib. Yarım əsr əvvəl ABŞ-nin qlobal iqtisadiyyatda payı 40%-dən çox, Çinin payı isə cəmi 4% idisə, indi ABŞ-nin payı 26-27%-ə düşüb, Çinin payı isə 20%-ə qədər yüksəlib.

Çinin yeni texnologiya, alternativ enerji, biokimya, süni intellekt və digər aparıcı sahələrdəki uğurları fövqəladədir. Son ardıcıl beş il ərzində patent müraciətlərinin sayına görə Çin ABŞ-ni 1,5 dəfə qabaqlayır və artıq elmi tədqiqat və ixtira sahəsində qlobal liderə çevrilib. Çinin illik ÜDM artımı 5%-dən çox olduğu halda, ABŞ-də bu göstərici cəmi 2%-dir. Nəhəng əhalisi olan Çin, Rusiyanın seyrək məskunlaşmış Sibir və Uzaq Şərq bölgələrinin təbii sərvətlərindən uğurla istifadə edir.

Aparıcı mütəxəssislərin qiymətləndirməsinə əsasən, mövcud tendensiyalar davam edərsə, Çin yaxın 6-7 il ərzində iqtisadiyyatının həcminə görə ABŞ-ni qabaqlayacaq. İqtisadi gücün artması öz növbəsində ABŞ ilə hərbi sahədə də uğurlu rəqabət aparmaq imkanı yaradacaq.

ABŞ Çinə qarşı mübarizə aparmaq üçün son dövrlərdə bir sıra iqtisadi və siyasi tədbirlərə əl atıb. Vaşinqton Çini əhatə edən və bu ölkənin həddindən artıq güclənməsindən ehtiyat edən dövlətlərdən ibarət dairə yaradıb. Buraya Yaponiya, Cənubi Koreya, Filippin, Vyetnam və digər ölkələr daxildir. ABŞ Çinlə sərhəd mübahisələri olan Hindistanı da hərtərəfli dəstəkləyir. ABŞ Çin mallarına qarşı tariflər tətbiq edib və BRİCS-in vahid kriptovalyuta yaratmaq planlarına qarşı çıxıb. Lakin bütün bu tədbirlər Çin iqtisadiyyatının sürətli inkişafını dayandırmaq üçün kifayət etmir.

Çin iqtisadiyyatının sürətli artımının əsas səbəblərindən biri Rusiyadan aldığı ucuz xammal, xüsusilə də enerji resurslarıdır. Təbii ki, Çin digər ölkələrdən də xammal əldə edə bilər, lakin Rusiya xammalının ucuzluğu Çinin iqtisadi inkişafını xeyli sürətləndirir. Digər tərəfdən, Rusiya ilə hərtərəfli əməkdaşlığı sayəsində Çinin beynəlxalq arenada səsi də daha güclü çıxır. Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisidir, eləcə də BRİCS-in ən böyük iqtisadiyyat və əhali sayına malik üç ölkəsi sırasındadırlar.

Parçala ki, hökm sürməyə davam edə biləsən

Yəni, Rusiyanı Çindən ayırmaq sonuncunun iqtisadi inkişafını ləngidəcək.

ABŞ-nin bu sahədə artıq uğurlu təcrübəsi də var. XX əsrin 1970-ci illərində SSRİ Çin Xalq Respublikası ilə birlikdə sosializm ideyalarını və öz maraqlarını dünyada uğurla təbliğ və tətbiq edirdi. O dövrdə SSRİ-ni əsas rəqibi hesab edən ABŞ, Çini Rusiyadan ayırmaq üçün müəyyən məcburi, ancaq uğurlu addımlar atdı. ABŞ “Vahid Çin” formuluna razılıq verərək, Tayvan və Honkonqu Çinin ayrılmaz hissəsi hesab etməyə razılaşdı, Çin Respublikası/Tayvanın BMT-dəki yerini əlindən alıb, onu Çin Xalq Respublikası/Pekinə verdi, eyni zamanda nəhəng ABŞ bazarını inkişaf etməkdə olan Çin iqtisadiyyatının üzünə açdı.

İndi isə əksinə, ABŞ Çini əsas rəqib hesab edərək, eyni üsulla Rusiyanı ondan ayırmağa çalışır. Təsadüfi deyil ki, ABŞ Rusiyanın tələblərini qəbul etdikdən dərhal sonra ABŞ Dövlət Departamentinin veb-səhifəsindən “ABŞ Tayvan separatizmini dəstəkləmir” ifadəsi silindi. Halbuki, bu ifadə yarım əsr ərzində orada qalmaqda idi.

Beləliklə, Çinlə rəqabət amili Tramp administrasiyasının ilk baxışda qeyri-ardıcıl görünən addımlarını aydın izah edir. Əslində, burada qeyri-adi, məntiqsiz, emosional və ya əcaib heç nə yoxdur. Bu, ABŞ iqtisadiyyatının zəiflədiyi bir dövrdə soyuq başla hesablanmış strategiyadır – yalnız dövlət maraqları və rəqabət üçün daha əlverişli şəraitin yaradılması. Burada emosiya, şəxsi qərəz və ya qeyri-adi heç bir şey yoxdur.

ABŞ yeni administrasiyasının bu mövqeyi əvvəlki administrasiyanın və hətta Trampın özünün 8-9 il əvvəlki mövqeyindən kəskin şəkildə fərqlənir. Çünki o zaman Çin hələ bu qədər güclü deyildi və ABŞ-nin milli maraqlarına ciddi təhlükə hesab olunmurdu.

Bəs ABŞ-nin Çinin sürətli iqtisadi inkişafını ləngitmək istəməsinin əsas fəlsəfəsi nədən ibarətdir?

ABŞ strateqləri yaxşı anlayır ki, kənar müdaxilə olmasa, Çinin inkişafı davam edəcək. Buna görə onlar zaman faktorundan istifadə etməyə çalışırlar, başqa sözlə, Çin iqtisadiyyatının inkişaf sürətini ləngitməklə vaxt udmaq və qazanılan vaxtdan Çinə qarşı əlavə üzücü, hətta öldürücü tədbirlər düşünüb həyata keçirmək istəyirlər.

Biz tarixdən belə bir uğurlu “əməliyyatların” həyata keçirildiyini də bilirik. Misal üçün, Çar Rusiyası və Almaniyanı götürək. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya imperiyası dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri idi. Lakin iki inqilab, xüsusilə də 1917-ci ilin Oktyabr çevrilişi Rusiyanın yüksəlişinə son qoydu. Əlbəttə, Çar Rusiyasının süqutunun əsas səbəbləri xarici deyil, daxili idi. Lakin bu gün artıq açılmış arxiv sənədlərindən bildiyimiz kimi, bu proseslərdə Rusiya ilə rəqabət aparan xarici dövlətlərin xüsusi xidmət orqanlarının da əli vardı.

Eyni sözləri Almaniya haqda da demək olar. İki müharibədə fəlakətli məğlubiyyət, ərazilərin itirilməsi, nəhəng təzminat ödənişləri və demək olar ki, iqtisadiyyatının tamam dağıdılmasına baxmayaraq, Almaniya bu gün dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahibdir. İndi təsəvvür edin, Almaniya bu iki müharibəyə cəlb olunub məğlub olmasaydı, hazırda hansı mövqedə olardı?! Maraqlıdır ki, Almaniya 1 avqust 1914-cü ildə Rusiyaya müharibə elan edəndə, Otto fon Bismarkın yüksək rütbəli köməkçilərindən biri Almaniya Xarici İşlər Nazirliyinə hövlnak qaçaraq, “Siz buna necə yol verdiniz?!” - deyə qışqırmışdı.

Beləliklə, ABŞ ümid edir ki, Çinin inkişaf sürətinin yavaşıdılması həm xarici, həm daxili, və ya hər iki faktorun eyni zamanda işə düşməsinə şərait yaradacaq və Çin iqtisadiyyatının inkişafının qarşısı alina biləcək və ya ümumiyyətlə, dağıdılacaq. Məsələn, Çin iqtisadi inkişaf modelinin gözə görünən təzadlarından biri kapitalizmin kommunist partiyası tərəfindən inkişaf etdirilməsidir. Bu, ənənəvi nəzəriyyələrə uyğun gəlmir və ABŞ strateqləri ümid edir ki, bu uyğunsuzluq gələcəkdə Çinin iqtisadi inkişafına mane ola bilər.

Ukraynanın taleyi və Rusiyanın Çindən “ayrılmasının” ağır bədəli

Beləliklə, ABŞ Rusiyanı Çindən ayırmaq üçün Rusiyanın şərtlərini qəbul etməyə məcbur olur, bu isə öz növbəsində Ukraynanı “satmağa” bərabərdir. Trampın addımları güclü ABŞ təəssüratı yaratsa da, əslində ABŞ-nin zəifləməsinin əlamətidir. Güclü ABŞ heç vaxt Rusiyanın şərtlərini qəbul etməzdi. Məhz ABŞ-nin zəifləməsi, xüsusilə Çinlə müqayisədə, onu belə addımlar atmağa məcbur edir və Tramp Ukrayna danışıqları başlamazdan əvvəl Rusiyanın şərtlərini qəbul edir, əsas səbəbi göstərməyə cürət etmədiyindən müxtəlif bəhanələr uydurur. Bəs bundan sonra hadisələr necə inkişaf edə bilər?

İki ssenari mümkündür.

Ukraynanın gələcəyinə aid iki ssenari

Daha çox ehtimalı olan və Ukrayna üçün əlverişsiz sayıla biləcək birinci ssenari.

Ukrayna ABŞ ilə Rusiya arasında əldə olunmuş razılaşmaları qəbul etməkdən imtina edir. Cavab olaraq, ABŞ Ukraynaya hətta indiki məhdud hərbi və iqtisadi dəstəyi də kəsmək qərarı verir. Avropa ölkələrinin ABŞ-nin dəstəyini tam şəkildə əvəz etməyə nə imkanları, nə də istəkləri olur. Buna görə də, Rusiya Ukraynanın yeni ərazilərini işğal edə bilir. Ukrayna ağır reallığın təzyiqi altında ABŞ ilə Rusiya arasında əldə olunmuş sülh razılaşmasını imzalamağa məcbur olur. Lakin bu müqavilə, əvvəlki şərtlərlə müqayisədə daha pis və ağır olacaq.

Daha az ehtimalı olan, amma Ukrayna üçün daha əlverişli sayıla biləcək İkinci ssenari.

Avropa ölkələri, ilk növbədə Böyük Britaniya, Fransa və Almaniya ABŞ-nin xəyanətinə qarşı birləşərək, onun göstərdiyi dəstəyi tam şəkildə əvəz edirlər. Ukrayna təcavüzə uğurla müqavimət göstərir, ən azı geri çəkilmədən mübarizəni davam etdirir, hətta ola bilər ki, bəzi itirilmiş ərazilərini geri alır. Bundan sonra sülh danışıqları avropalıların və Ukraynanın özünün iştirakı ilə keçirilir. Nəticədə elə bir sülh razılığı imzalanır ki, Ukrayna nəinki yalnız imicini, həm də ruhunu, döyüşkənlik əzmini, ərazi bütövlüyünü bərpa etmək şansını saxlamağa nail olur, ordu quruculuğunu gücləndirir, revanşa və ərazi bütövlüyünü bərpa etməyə hazırlaşır və gələcəkdə buna nail olur.

İki ssenari arasında “tay-breyker”

Göründüyü kimi, birinci və ikinci ssenari arasında fərqi təmin edən əsas amil Avropa ölkələrinin təcili şəkildə birləşmək, ortaya vahid mövqe qoymaq, Ukraynaya növbəti hücumları dəf etmək üçün lazım olan iqtisadi, hərbi və siyasi dəstəyi göstərmək istəyi, buna hazır olması və əzmidir. Yuxarıda qeyd olunduğu kimi, bu, daha az ehtimal olunan ssenaridir. Amma bir məşhur ingilis ifadəsində deyildiyi kimi, “never say never” – yəni, heç vaxt heç nəyi istisna etmə.

Bəs, avropalıların İkinci Dünya Müharibəsindən sonra uzun onilliklər ərzində alışdığı rahat həyat, döyüşkənlik ruhunu itirməsi, öz təhlükəsizliyini ABŞ-yə etibar etməsi və bu kimi amillərdən savayı indi avropalılara toparlanmağa mane olan digər vacib səbəblər varmı?

Bəli, var. Əvvəla, bu, ilk növbədə bəzi Avropa dövlətlərinin güclü Ukrayna istəməməsidir. Bəzi Avropa ölkələri ilə Ukraynanın ərazi və dil məsələləri ilə bağlı köhnə ixtilafları mövcuddur, məsələn, Polşa və Macarıstanla. Bəzi dövlətlər isə, məsələn, Fransa bu kimi şəraitlərdə həmişə altruist deyil, sırf eqoist mövqedən çıxış edirlər. Şüarlarda kiməsə kömək etməyi, amma pərdəarxası danışıqlarda sırf Fransanın maraqlarını qorumaq istəyini nümayiş etdirirlər.

Elə bu dəfə də Makron Trampla Ağ evdə görüşə heç də Ukraynanın maraqlarını müdafiə etməyə deyil, bu dar məqamda Fransa üçün nə isə siyasi və real kapital “qoparmaq” üçün getmişdi. Tramp bunu çox gözəl anlayır, məhz buna görə beynəlxalq münasibətlərdə qəbul edilmiş protokolu belə pozaraq, Makronu Ağ Evin girişində qarşılamadı. Ağ Evdə keçirilmiş danışıqlar Fransanın da Ukraynadan maddi gəlir güddüyünü nümayiş etdirdi.

Ukraynanın vəziyyətini çətinləşdirən əlavə faktor

İkinci ssenari ehtimalını azaldan daha bir və hətta əvvəl göstərilmiş amillərdən daha da mühüm amil var. Bu, Avropadakı İsrail lobbisinin təsiridir. Məsələ ondadır ki, Ukrayna sərhədlərin dəyişdirilməsi məsələsində razılığa gəlməyə məcbur edilərsə, bu nəticədən faydalanan təkcə Rusiya olmayacaq.

Ukraynanın sərhədlərinin dəyişdirilməsi yalnız 1997-ci il Budapeşt Memorandumunun, yəni Ukraynanın nüvə silahını təhvil verməsi müqabilində onun ərazi toxunulmazlığı prinsipinin pozulması deyil, bütövlükdə həm 1975-ci il Helsinki Təhlükəsizlik və Əməkdaşlıq Konfransının, həm də BMT Nizamnaməsinin pozulması demək olacaq. Bu isə İsrailə 1948-ci ildən sonra işğal etdiyi, əvvəlcə Fələstin dövlətinin yaradılması üçün nəzərdə tutulmuş, indi isə İsrailin nəzarətində olan, o cümlədən Qəzza zolağının işğalını legitimləşdirmək imkanı verir – İsrail bunu gecə-gündüz arzu edir.

Buna görə də, Avropadakı İsrail lobbisi, Ukraynaya yardım etmək üçün Avropanın vahid yanaşmasının yaradılmasına mane olacaq. Bir neçə Avropa dövlətində, ABŞ-də olduğu qədər olmasa da, güclü İsrail lobbisi mövcuddur və həmin dövlətlərin xarici siyasətinə mühüm təsir göstərmək imkanı var.

Əlimizdə sübut olmasa da, ehtimal etmək olar ki, məhz bu amili nəzərə alaraq, ABŞ-dəki güclü İsrail lobbisi indi Trampı Rusiyanın şərtlərini qəbul etməyə və müharibənin başlanmasında Ukraynanı suçlamağa, beləliklə də Ukraynanın maraqlarının əleyhinə gedən sülh razılaşmasını dəstəkləməyə sövq edir.

Məlumdur ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında gedən daışıqlar təkcə Ukraynanı əhatə etmir. Onlar bütövlükdə ABŞ-Rusiya münasibətlərini əhatə edir və ola bilsin, açıqda olmasa da, müzakirə mövzularından biri də ABŞ-nin Rusiyaya güzəştlər müqabilində Rusiyanın Fələstin məsələsində İsrailin istəkləri ilə razılaşmasıdır.

Ümumiyyətlə, Çinlə daha uğurlu rəqabət aparmaq üçün şəraitin yaxşılaşdırılması bütövlükdə bir dövlət kimi ABŞ-nin milli maraqlarına xidmət edirsə, Ukraynanın sərhədlərinin dəyişdirilməsi təsirli presedent yaratmaqla sırf ABŞ-dəkı İsrail lobbisinin maraqlarına xidmət edir.

Cin ayrı, şeytan ayrı və ya Ukrayna Kosovo deyil

Bu zaman etiraz edilə bilər ki, artıq Kosovonun Serbiyadan ayrılması kimi presedent baş vermişdir. Lakin birincisi, Kosovada albanlara qarşı etnik təmizləmə həyata keçirilmişdir. İkincisi, Ukrayna və Kosovo miqyasına görə müqayisə oluna bilməzlər. Üçüncüsü, Kosovonun ayrılması otuz ilə yaxın bundan əvvəl baş verib. Bu gün Ukrayna sərhədlərinin dəyişdirilməsi Avropada nə mənəvi, nə də hüquqi əsasları olmayan bir addım olacaq və artıq beynəlxalq hüququn, müqavilə və razılaşmaların deyil, sırf hərbi güc və zorun hökm sürdüyü bir dövrə qədəm qoyduğumuzun göstəricisi olacaq.

Gücün varsa, istənilən bir rəqibinin ərazisini işğal və zəbt edə, sərhədləri dəyişə bilərsən. Hüquq qüvvəsini itirir, güc hüququ əvəz edir, güclülərdə zəifləri tapdalamaq həvəsi yaradır və dünyada əsil dərəbəylik dövrü başlayır.

Təbii ki, belə bir sual yaranır: bəs birinci və ya ikinci ssenarinin reallaşması arasında bizim bölgə üçün əhəmiyyətli fərq varmı? Bəli, var.

İkinci ssenari yalnız bizim bölgəmiz üçün deyil, ümumiyyətlə bütün postsovet məkanı üçün daha əlverişlidir. Rusiyanın hələ möhkəmlənməmiş postsovet dövlətlərinə qarşı iştaha və iddiaları azalacaq və əksinə, onlarla daha çox hesablaşmalı olacaq.

Əks halda, daha çox ehtimallı birinci ssenari reallaşarsa, bütün qonşu ölkələr, o cümlədən Cənubi Qafqazın üç ölkəsi Rusiya ilə daha çox hesablaşmalı və müəyyən güzəştlərə getməli olacaqlar. Bu, faydalı qazıntılar, neft və qaz tranziti, rus dilinin statusu və ya sadəcə Rusiya rəhbərliyinin hansısa istək və şıltaqlıqları ola bilər.

Ehtiyatlılıq mane olmaqdan çox, kömək edər

Birinci ssenari baş verərsə, Rusiya ilə kommunikasiyaların açılması, sanksiyaların ləğvi və ya yumşaldılması, Rusiyanın dondurulmuş aktivlərinin bərpası və s. nəticələrə gətirəcək. Bütün postsovet ölkələri Rusiyaya qarşı çox ehtiyatlı, diqqətlə düşünülmüş siyasət yürütməyə məcbur olacaq.

Azərbaycandan, Gürcüstandan və Ermənistandan keçməsi nəzərdə tutulan Orta dəhlizin əhəmiyyəti azalacaq. Gürcüstan və Azərbaycan müəyyən iqtisadi itkilərə məruz qalacaq. Lakin ən çox itirən tərəf Ermənistan olacaq, çünki o, Qərbin sanksiyalar tətbiq etdiyi malları Rusiyaya qeyri-qanuni ötürülməsi hesabına son illərdə nail olduğu illik 16 milyard dollarlıq gəlirindən məhrum olub, yenidən 1-2 milyard dollarlıq dövriyyəsinə qayıtmalı olacaq.

Ümumiyyətlə, birinci ssenari həyata keçsə, Qərb və Rusiyanın Orta dəhliz və Cənubi Qafqazla bağlı kommunikasiyalara marağı azalacaq. Çünki yenidən Ukrayna, Belarus və Baltikyanı ölkələr vasitəsilə dəhlizlər işləyəcək. Lakin Rusiya və ABŞ arasında yaxınlaşma fonunda, Çinin Orta dəhlizə marağı artacaq. Çünki Rusiya ABŞ ilə yaxınlaşsa, Çin Rusiyanın ona verdiyi imtiyazlardan məhrum olacaq.

Eyni zamanda, Cənubi Qafqazla qonşu olan dövlətlərdə, məsələn, İran, Rusiya Federasiyası, Türkiyə daxilində baş verənlər bizim bölgəmizə güclü təsir göstərəcək. Baş verəcək hadisələri əvvəlcədən təxmin etmək çətindir. Məsələn, İranda sabitliyin pozulması və mərkəzdənqaçma proseslər bütün bölgədə güc balansına təsir edə bilər. Azərbaycanın yaxın ətrafında və böyük ölkələrdə baş verən prosesləri diqqətlə izləmək və ehtiyatlı siyasət aparmaq tələb olunur. Əks halda, böyük oyunların qurbanına çevrilib “xərclənə” bilərik.

Çingiz Məmmədov, müstəqil ekspert,
Azərbaycan Prezident Administrasiyası Kommunikasiya ofisinin sabiq rəhbəri, BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan Ofisi ekoloji layihələrin keçmiş rəhbəri
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru