“Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                 

“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Tarix: Bu gün, 11:20 | Çap et
 “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…”
Bu gün Azərbaycanda kino sənayesi, həmçinin cizgi filmi, uşaq filmlərinin istehsalı ürəkaçan səviyyədə deyil.

Bunun səbəbi kimi isə maliyyə, peşəkar rejissor və aktyor çatışmazlığı göstərilir. Lakin hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yüzlərlə kadr yetişdirir.

Eyni zamanda, bu gün ölkədə animasiya, nağıl və uşaq filmlərinin çəkilişi də çox zəifdir. Uşaqlar cizgi filmlərinə əsasən rus, ingilis və türk dilində baxır.

Halbuki, uşaqların tərbiyəsi və dünyagörüşünün formalaşmasında cizgi və uşaq filmləri mühüm rol oynayır. Belə çıxır ki, biz uşaqlarımızın taleyini yalnız telefon və xarici cizgi filmlərinin ümidinə buraxmışıq.

Bundan başqa, yerli kino sənayesində ciddi bir irəliləyişin müşahidə olunmaması, cizgi və uşaq filmlərinin yoxluğu , həmçinin peşəkar rejissor, aktyor çatışmazlığı bu sahəyə diqqət və maliyyə ayrılmaması fikrini ortaya qoyur.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında rejissor, rəssam, ssenari müəllifi və animator Elçin Hami Axundov bildirib ki, Azərbaycanda animasiya sənayesinin inkişafı ilə bağlı ciddi problemlər var.

Onun sözlərinə görə, ölkədə animasiyanın zəif inkişaf etməsinin əsas səbəblərindən biri maliyyələşmənin olmamasıdır:

"Mən artıq 30 ildir animasiya sahəsində mübarizə aparıram. Müstəqillik əldə etdikdən sonra bu sahədə maliyyələşmə zəiflədi. SSRİ dövründə "Qoskinofond" adlı qurum bütün respublikalara maliyyə ayırırdı və animasiya filmləri çəkilirdi. 1980-ci illərdə biz ildə 7-8 cizgi filmi istehsal edirdik. 1995-ci ilə qədər bəzi zəngin şəxslər kinonu maliyyələşdirsə də, sonradan bu sahəyə maraq azaldı.

2001-ci ildə "Azərkinovideo" İstehsalat Birliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçdi və nazirlik ildə cəmi bir filmi maliyyələşdirməyə başladı. Maliyyələşmə zəif olduğuna görə mütəxəssislər, animatorlar və rejissorlar hamısı dağıldı və özlərinə başqa sahələrdə iş tapdılar. 2002-ci ildən Mədəniyyət Nazirliyi animasiya sahəsini maliyyələşdirməyə başladı və mən Azərbaycan animasiyasının inkişafına dair bir layihə hazırladım. Lakin genişmiqyaslı işlər görülmədi. Bura animator və rəssamlar cəlb etməli idik. Onlarla biz gələcəkdə gözəl işlər görə bilərdik”.

Elçin Hami Axundov vurğulayıb ki, animasiya sahəsinin inkişafı üçün layihələr həyata keçirilməli, yeni kadrlar hazırlanmalıdır:

“Animasiya filmləri xüsusilə uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Animasiya ucuz sahə deyil. Məsələn, “Disney” studiyaları bir filmə milyonlarla dollar sərf edir. Burada tammetrajlı filmlərdən söbət gedir, 5-10 dəqiqəlik filmlərdən yox. Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş bir film ərsəyə gəldi. İndi az da olsa, bu sahədə dirçəliş var. Hazırda animator və rəssamlar üçün kurslar açılıb. Kurslar tamamlanandan sonra ola bilsin ki, bizdə də mütəxəsislər olacaq. Ancaq yenə də bu sahənin tam inkişafı üçün maliyyələşmə lazımdır”.

Rejissorun fikrincə, animasiya sahəsindəki bu gerilik milli dəyərlərin qorunması baxımından ciddi fəsadlara səbəb ola bilər:

"Biz artıq bir neçə nəsli itirmişik. Nəyə görə? Çünki yerli cizgi filmləri çəkilmir. Animasiya filmləri uşaqları tərbiyələndirir. Uşaqlar gözlərini açandan animasiyadan çox şey götürürlər. Animasiya filmləri çəkilmədiyi üçün biz milli dəyərlərimizi uşaqlarımıza aşılaya bilmirik.

Yerli istehsal olmadığı üçün uşaqlar xarici cizgi filmlərinə rus və ingilis dillərində baxırlar. Bunun nəticəsində onlar xarici mədəniyyəti formalaşdırırlar və biz öz milli dəyərlərimizi, mədəniyyətimizi, mənəviyyatımızı, folklorumuzu, nağıllarımızı itiririk. Bizə bədii filmlərdən daha çox animasiya filmləri lazımdır. Bu filmlər silsilə və ya tammetrajlı şəkildə çəkilməli, uşaqların maariflənməsinə yönəldilməlidir. Yalnız bu yolla biz öz milli kimliyimizi gələcək nəsillərə ötürə bilərik”.

E. H. Axundov kino sahəsində mütəxəssis hazırlığının zəif olduğunu vurğulayıb:

“Əlbəttə ki, kinoya da fikir vemək, mütəxəssislər hazırlamaq lazımdır. Mən öz şəxsi fikrimi deyirəm, Azərbaycanda kino sahəsində mütəxəssis hazırlığı istənilən səviyyədə deyil. Mədəniyyət və İncəsənət Universiteti hər il yüzlərlə məzun versə də, onların çoxu peşəkar rejissor və aktyor kimi formalaşa bilmir. Universitet hər il yüzlərlə tələbə buraxır, amma keyfiyyət o qədər də yaxşı deyil. Onların arasında yetərincə savadlı rejissor və aktyorlar yoxdur. Bu, ciddi problemdir. Gərək biz mədəniyyət şəxsiyyətləri formalaşdıraq, böyüdək”.

O açıqlamasında, “Universitetdə dərs deyənlər peşəkar sənətkarlardır, lakin dərs metodikası lazımi səviyyədə deyil”, - deyib:

"1964-cü ildə mərhum Adil İsgəndərov "Azərbaycanfilm" kinostudiyasına, bizə direktor təyin olundu. O dövrə qədər aktyorlarımız və rejissorlarımız əsasən yaşlı nəsil idi. Cavan aktyorları, fakültəni bitirənləri Moskvaya ikiillik kino aktyorluğu və rejissorluq kurslarına göndərirdik.

Allah ona qəni-qəni rəhmət eləsin. Onunla bizim kinomuz dirçəldi, yaxşı filmlər çəkilməyə başladı. Moskva o vaxt kinoya ən səviyyəli mütəxəssislər hazırlayırdı. Eyni zamanda, dublaj studiyası yaradıldı və kinostudiya canlandı. İndiki yaşlı aktyorların çoxu ordan keçmiş, Moskvada təhsil almış mütəxəssislərdir. Maliyyələşmə vardı deyə iş də gedirdi.

Kino təhsilinin səviyyəsinin aşağı olması sektorun inkişafına mane olur. Universitetlərimizdə kino sahəsində təhsil səviyyəsi çox aşağıdır. Ola bilsin ki, bir-iki nəfər yaxşı rejissor var və onlar keyfiyyətli dərs keçirlər. Lakin ümumi sistemdə ciddi problemlər var. Rejissor və aktyor hazırlığı gücləndirilməli və kino üçün peşəkar mütəxəssis yetişdirməliyik”.

Elçin Hami Axundovun sözlərinə görə, universiteti bitirəndən sonra həmin o gənc rejissor, aktyorlar və ssenaristlərə təcrübə lazımdır:

"Universiteti bitirən tələbələrə təcrübə lazımdır. Sovet dövründə universiteti bitirənlər əvvəlcə rejissor assistenti kimi işləyir, istehsalat prosesinin bütün nüanslarını öyrənərək püxtələşirdilər. Çünki istehsalatın nüansları var, onu görməli idilər. Yalnız bundan sonra rejissorluq edə bilərdilər.

İndi isə təcrübəsiz gənclər birbaşa rejissor kimi fəaliyyətə başlayır. Nəticədə zəif filmlər çəkilir. İndi hər yerindən duran deyir ki, rejissoram. Amma rejissorluq sözlə deyil, gərək insanın canında ola. Gərək müəyyən praktika olsun. İndi həm praktika yoxdur, həm də istehsalatı yaxşı bilmirlər”.

O, həmçinin qeyd edib ki, rejissorlar aktyorların üzərində işləməli, onları peşəkar şəkildə yönləndirməlidirlər:

"Əvvəllər görkəmli rejissorlar teatrlara gedib, aktyorların bacarıqlarını izləyirdilər. Onların səviyyəsini, potensialını qiymətləndirib, daha sonra filmlərə çəkirdilər. İndi isə rejissorlar teatrlara getmir, aktyor seçiminə kifayət qədər diqqət yetirmirlər. Nəticədə nəsə olanda xaricdən aktyor dəvət edirlər.

Halbuki, yerli aktyorlarla daha yaxşı işləmək mümkündür. Rejissor aktyorla işləməli, onun potensialını üzə çıxarmalıdır. Aktyor xammaldır, rejissor onu formalaşdırmalıdır. Xüsusilə də kinoda... Çünki kinonun özünəməxsus tələbləri var. Köhnədən bir-iki nəfər rejissor qalıb. Onların işlərindən çox xoşum gəlir”.

Elçin Hami Axundov qeyd edib ki, bu gün Azərbaycan kino sektorunda püxtələmə və profisionallıq çatmır:

“Hazırda Azərbaycan kino sektorunda yetərincə püxtələşmə yoxdur. Peşəkarlığı da yalnız çalışaraq, təcrübə toplayaraq əldə etmək mümkündür. Peşəkarlığın artırılması üçün həm təhsil, həm də istehsalat sahəsində ciddi addımlar atılmalıdır. Həmçinin, bu sahəyə həqiqətən istedadlı və bacarıqlı şəxslər cəlb olunmalıdır. Hər gələnə işi vermək olmaz”.

Axundov Azərbaycanda prodüser məktəbinin olmamasını ciddi problem kimi dəyərləndirib:

"Azərbaycanda prodüser məktəbi yoxdur, amma bu, mütləq lazımdır. Çəkilən filmlər festivallara çıxarılmalı, satılmalıdır ki, əldə edilən gəlirlə borclar qaytarılsın. Amma bunlar hökumətin pulunu götürürlər, film çəkirlər. Bunun adı prodüserlik deyil. Prodüser məktəbi inkişaf etməlidir. Televiziyada da özlərini prodüser adlandıran şəxslər var, amma onlar peşəkar prodüser deyillər”.

Rejissor Türkiyənin kino sənayesini nümunə gətirərək, əvvəllər istehsalın zəif olduğunu, lakin zamanla təcrübə və peşəkarlığın artdığını qeyd edib:

"Düzdür, film sənayesində Türkiyə də ilk vaxtlar zəif idi. Amma sonradan püxtələşdilər və indi yüksək keyfiyyətli film və seriallar çəkirlər. Hazırda seriallar Türkiyənin brendinə çevrilib. Ümid edirəm ki, bizdə də zamanla bu inkişaf baş verəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru