
Rusiyanın Volqaqrad vilayətində polislər saxta qeydiyyat faktını aşkar ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, 39 yaşlı kişi üç Azərbaycan Respublikası vətəndaşını evinə qeydiyyata salıb.
Lakin azərbaycanlılar heç vaxt bu evdə yaşamayıb.
Polis faktla bağlı Cinayət Məcəlləsinin 322.3-cü maddəsi (Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yerdə saxta qeydiyyata alınması) ilə cinayət işi açıb.
Sanksiya 3 ilə qədər həbsi nəzərdə tutur.