Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir .....                     Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri .....                     76 illik silah itirilir: iki ölkə kənarda qalır .....                     SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... .....                     Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır .....                     Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? .....                     Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı .....                     Fevralın 28-də nə olacaq? .....                     Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu .....                     Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi .....                     Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                 

Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Tarix: Dünən, 16:29 | Çap et
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir
ABŞ prezidenti Donald Trampın xarici siyasətinin prioritetləri, xüsusən də Rusiya ilə bağlı siyasətinin əsas mahiyyəti və alt qatdakı məsələlər getdikcə daha aydın şəkildə özünü büruzə verir. Trampın kabinetin ilk iclasında verdiyi mesajlardan da aydın olur ki, Ağ Evin növbəti mərhələdə qarşısında duran əsas strateji hədəf Arktikadır.

Arktika uğrunda mübarizə XX əsrin əvvələrində başlasa da, qlobal iqlim dəyişikliyinin Arktika sularında gəmiçilik, zəngin təbii ehtiyatların istismarı üçün daha əlverişli şərait yaratması, Arktikaya marağı son illərdə kəskin şəkildə artırıb.

Trampın istər Kanada, istər Qrelandiya adasına sahiblənmək, istərsə də Ukrayna müharibəsinin qısa zamanda bitirməsinin alt qatında Arktikaya sahiblənmək kimi ciddi məsələ dayanır.

Ağ Ev vaxt itirmədən Arktika uğrunda savaşda üstünlüyü əldə etmək istəyir. Çünki Arktika uğrunda savaşda əsas ənənəvi oyunçular olan ABŞ, Kanada, Danimarka, Norveçlə yanaşı, Çin yeni oyunçu kimi bölgəyə çox böyük maraq göstərir. Hətta Çin Arktikada əməkdaşlıq etmək və burada paya sahib olmaq üçün naviqasiya sahəsinə ciddi diqqət yetirərək buzqıran gəmilər hazırlayır.

“Snow Dragon” buzqıran gəmisi Arktika suları vasitəsilə 2012-ci ildə Avropaya üzən ilk Çin gəmisi olub. Son illərdə Çin Arktikada maraqlarını təmin etmək üçün gəmiçiliklə yanaşı, digər sahələrdə, xüsusən də texnoloji sahədə addımlar atmaqdadır. ABŞ isə Çini mövcud qlobal proseslərdə əsas rəqibi kimi gördüyündən yaxşı anlayır ki, Pekin Moskva ilə Arktikada aktiv birgə əməkdaşlığa başlasa, durum heç də onun istədiyi kimi ürəkaçan olmayacaq.

Tramp kabinetin ilk iclasında açıq şəkildə bəyan etdi ki, ABŞ Rusiya və Çinlə əla münasibətlər qurmağa ümid edir, lakin Çini özünə rəqib sayır. Tramp bu etirafı ilə mesaj verdi ki, Ağ Ev üçün əsas rəqib Rusiya deyil, Çindir. Ona görə də əsas diqqətini Arktikaya yönəltməyə qərar verib.

Arktikada əsas pay sahibi olan Rusiya ABŞ-nin bu planını yaxşı bildiyindən Çinlə birgə əməkdaşlıq etməklə ABŞ-nin dominantlığının qarşısını almağa çalışır. Moskva Pekinlə birgə əməkdaşlıq etməklə ABŞ-ni Arktikadan sıxışdırmağı planlaşdırır.

Onu da qeyd edək ki, Rusiyanın ÜDM-nin 30 faizi Aktikada hasil olunan enerji ehtiyatlarından, həm də digər məhsullardan formalaşır.

Arktikada savaş təkcə zəngin enerji və nadir qiymətli yeraltı sərvətlər uğrunda getmir, eyni zamanda Şimal qütbündəki nəqliyyat dəhlizi uğrundadır.

Bu gün Qərb Rusiyanın Avropa istiqamətində gedən quru yollarını bağlasa da, Şimal Dəniz Marşrutu fəaliyyətdədir və bu yol daha qısa və sərfəlidir. Şimal Dəniz Marşrutu Asiyadan Avropaya ən qısa yol olmaqla yanaşı, həm də yeni İpək Yolu hesab edilir.

Qlobal istiləşmə nəticəsində yaxın 30-40 ildə Şimal Qütbdən daha rahat hərəkət etmək mümkün olacaq. Aktikada iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi həm yeraltı sərvətlərin istismarını ucuzlaşdıracaq, həm də dəniz nəqliyyatının hərəkətini asanlaşdıracaq. Bu da o deməkdir ki, yaxın gələcəkdə Şimal Dəniz Yolu Cənubdan keçən Süveyş kanalını əvəz edəcəyindən geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Arktika savaşının tərkib hissələrindən biri də Şimal Dəniz Yoluna nəzarət uğrunda olacaq.

Qərb Rusiyanın Avropaya gedən qısa quru yollarını, o cümlədən Qara dəniz və Baltik dənizi vasitəsilə hərəkətini məhdudlaşdırıb. Yeganə maneəsiz hərəkət Şimal Dəniz Yoludur ki, ABŞ bu yolda da nəzarəti ələ keçirmək istəyir.

Bu baxımdan Trampın Putini Ukraynada şirnikləndirici oyuna cəlb etməsinin arxasında Rusiyanı tələyə salacaq daha ciddi proseslərin olduğunu görmüş olarıq.

Trampın birinci prezidentliyi dövründə Qrenlandiyanı almaq təklifinin arxasında bu məqsəd dayanırdı. İndi isə bu məsələ daha da aktuallaşıb.

Ona görə də yaxın gələcəkdə Arktika uğrunda savaş getdikcə daha ciddi xarakter alacaq. Arktika uğrunda savaşın başlanacağını bir müddət əvvəl Rusiyanın Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçukda dilə gətirərək deyib ki, Arktika gələcəyin sınaq poliqonudur: “Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”.

Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov da fevralın 26-da müsahibəsində Arktika uğrunda savaşın getdikcə qızışdığını dilə gətirərək, Arktikanı münaqişələrdən azad bölgə olmağa çağırıb.

Rusiyalı diplomat deyib ki, Arktika münaqişə potensialından uzaq olmalıdır və regionun birgə inkişafı, kəşfiyyatı üçün bütün dövlətlərə bərabər imkanlar verilməlidir.

Stepanov onu da bildib ki, Rusiya üçün əsas problem Kanada, ABŞ və Avropa tərəfindən Arktikanın hərbiləşdirilməsidir: "Biz bu ərazilərdə Rusiyanın maraqlarını və suverenliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürük".

Təbii ki, Moskva əlverişli şərtlər daxilində, xüsusən də Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, Ukraynada güzəştə gedəcəyi təqdirdə Vaşinqtonla Arktikada birgə işləməkdə maraqlıdır.

Bunu fevralın ortalarında Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də dilə gətirib. O, Rusiyanın ABŞ ilə Arktikada birgə layihələrin hazırlanmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin söyləyib ki, məsələ ilə bağlı irəliləyiş yaxın iki-üç ay ərzində əldə edilə bilər.

“Bloomberg”in ötən günlərdə yazdığına görə, Moskva və Vaşinqtonun müzakirə etdiyi məsələlər arasında Arktikada təbii ehtiyatların birgə çıxarılması və ticarət yollarının inkişafı da var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirərək deyib ki, Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında potensial əməkdaşlıq üçün geniş sahə müzakirə edilib. Peskov birbaşa olmasa da, dolayı yolla bunu etiraf etmiş olub.

Hazırkı mərhələ Arktika uğrunda savaşın ilkin mərhələsi hesab edilsə də, yaxın perspektivdə bu daha da aktual xarakter alacaq. Yeni geosiyasi reallıqlar Arktika uğrunda mübarizənin güclənməsini diktə edir. Artikada marağı olan bu ərazidə öz iqtisadi, hərbi və siyasi maraqlarını təmin etmək üçün mövqelərini açıq şəkildə bəyan edirlər.

Mürtəza
Ölkə.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Dünən, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Dünən, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Dünən, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Dünən, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Dünən, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Dünən, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Dünən, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Dünən, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Dünən, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Dünən, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Dünən, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Dünən, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Dünən, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Dünən, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru