
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əmri ilə İqor Titov Rusiyanın Ermənistanın Gümrü şəhərindəki Baş konsulu təyin edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Titov Yaponiyada "Rossotrudniçestvo" nümayəndəliyinin rəhbəri, "Rusiya-Yapon Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatının prezidenti vəzifəsində çalışıb.
O, Rusiyanın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılması ilə bağlı qabaqcıl qrupun rəhbəri olub.