
"Akkord Korporasiyası Asc sakinlərin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmasına mane olur. Kompleksin istismar aktını sakinlərə vermir, amma 15 ildir komplekslərin idarəetməsini bir təmizlik şirkətinə həvalə edib..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında tanınmış jurnalist Anar Məmmədov qeyd edib.
Məsələ ilə bağlı vəziyyətin ciddiliyinə işarə edən jurnalist əlaqədar qurumlardan dəstək də istəyib:
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bu məsələdə mənə kömək etməyini xahiş edirəm.
Harınlamış MTK-lar sakinlərə ciddi problemlər yaradır..."