
Türkiyənin tanınmış müğənnisi Serdar Ortaça 10 ay həbs cəzası verilib.
APA NTV-yə istinadən xəbər verir ki, məşhur ifaçı qanunsuz mərc oyunları oynama və təşviq etmə iddiaları ilə əlaqədar mühakimə olunurdu.
Müğənni etdiyi cinayətdən peşman olduğunu bildirdiyi üçün 1 illik həbs cəzası azaldılıb. Bununla belə ifaçı cəzasını həbsxanada çəkməyəcək.
Qeyd edək ki, S.Ortaç eyni zamanda 400 TL cərimələnib.