
Rusiya ordusu 2022-ci ildən bəri Ukraynadakı müharibədə 160-165 minə yaxın əsgər, zabit, müqaviləli hərbçi, səfərbər edilmiş heyət və digər döyüşçü itirib.
Modern.az xəbər verir ki, bu rəqəm “Meduza” və “Mediazona” qrupları tərəfindən əldə edilən kişi ölümlərinin statistik təxminidir.
Bu, konkret sənədlərin müqayisəsi və təhlilinin nəticəsidir.
Hesablamada Rusiya tərəfində döyüşən digər ölkələrin vətəndaşları yoxdur.
Bu rəqəmə yaralılar daxil deyil.
Xatırladaq ki, dünən - fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin 3 ili tamam olub.