
Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Elgiz Səmədovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində yerləşən mühafizə xidmətini yerinə yetirən “Sabit Mühafizə Xidməti” MMC-in “Elit” ticarət mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.
Belə ki, Nazim Quliyev (soyadı şərti) tanışı Elgiz Səmədova “adam gələrsə xəbər verərsən” deyərək həmin mərtəbədə yerləşən şirkətin baş mühasibinin xidməti otağının giriş qapısının astma qıfılını və daxilə keçən qıfılını özü ilə gətirdiyi vint açanla açıb. Sonra Nazim otağa qanunsuz daxil olub seyfin qapısını vintaçanla açıb mühasibin 70 manatını və MMC-yə məxsus 12800 manat pulu oğurlayıblar.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Nazim Quliyev 1 il 11 ay 28 gün və Elgiz Səmədov isə 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə iclas zalından həbs olunub.