İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                 

'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Tarix: Bu gün, 10:57 | Çap et
 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar'
Ötən il fevralın 21-də valideynlərinin Bakı Sağlamlıq Mərkəzində diş həkiminə apardığı 11 yaşlı Xədicə Babazadə o vaxtdan bəri bir ildir komadadır. Anası Şahnaz Mehdiyeva AzadlıqRadiosuna deyir ki, istər yerli, istərsə əcnəbi həkimlər övladının nə vaxt ayıla biləcəyinə dair ümidverici nəsə söyləmirlər.

Ş.Mehdiyeva həkimlərlə yanaşı, prokurorluq və ekspertizadan da narazıdır. Onun sözlərinə görə, Nərimanov rayon Prokurorluğunda gedən araşdırma obyektiv aparılmır, azyaşlı övladının bir ildir yatağa məhkum olmasına görə məsuliyyət daşıyanlar cəzasız qalıblar.

"Necə ki günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanlar çox olacaq"
"Nə qədər ki, belə hallarla bağlı ədalətli araşdırma aparılmır, günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanların, mənim kimi gözüyaşlı anaların da sayı çox olacaq. Çünki cəzasızlıq mühiti yeni-yeni cinayətlərin artmasına yol açır", - Ş.Mehdiyevanın sözləridir.

Valideynləri 11 yaşlı Xədicəni Bakı Sağlamlıq Mərkəzində diş həkimi Bəhruz Rüstəmovun yanına aparıblarmış. Anası bu həkimin qəbuluna "Instagram" vasitəsilə yazılıbmış.

Ş.Mehdiyevanın sözlərinə görə, ötən il fevralın 21-də uşağı müalicəyə aparılarkən onları bilgiləndirmədən uşağa narkoz verilib. Nəticədə azyaşlı komaya düşüb: "Uşağın analizlərini götürmədən, çəkisini yoxlamadan, başqa müayinələrini aparmadan narkoz verilib, nəticədə orqanizm dözməyib. Beyin uzun müddət oksigensiz qalıb. Beyin hüceyrələri məhv olub".

Ana danışır ki, həyat yoldaşı ilə birlikdə uşağı stomatoloq B.Rüstəmovun yanına aparıblarmış. Öncədən də "Instagram" vasitəsilə həkimin köməkçisinin telefonunu tapıb, onunla danışıblar.

"Bizi çıxardılar bayıra"
"Demişdi ki, sedasiya üsulu ilə müalicə olunacaq. Biz də elə bilirdik ki, ağrı hiss eləməsin deyə, iynə vurulur. Biz narkoz bilməmişik. Kabinetdə olanda da bir xanım gəldi, sonradan bilmişəm ki, adı Fərəh Amanovaymış. Onun anestezeoloq olduğunu bilmədik. Uşağın adını, yaşını soruşdu, bizi çıxardılar bayıra. Əvvəldən də həkim demişdi ki, gigiyena baxımından müalicə vaxtı valideynləri içəridə saxlamırıq".

Valideynlər dörd dişin müalicəsinin, azı, yarım saat çəkəcəyini nəzərə alıb xəstəxananın kafesinə gediblər. Bir qədər sonra diş həkiminin kabinetinə qayıdandasa orada həyəcan yaşandığını görüblər.

Ş.Mehdiyeva deyir ki, övladının başına bir iş gəldiyini dərhal anlayıb, amma qapını bağlayıb, onları içə buraxmayıblar. Əlində elektroşok aparatı ilə təcili kabinetə gələn həkim üçün qapını açanda ata da içəri daxil olub: "Görüb ki, uşağı yerə uzadıblar, ürək masajı edirlər. Yoldaşımı dərhal çıxarıblar. Həmin vaxt dəhlizdə mən də huşumu itirmişəm. Məni xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Sonra Xədicəni də reanimasiyaya köçürmüşdülər. Üç gün orada qaldı. Sonra Mərkəzi Klinik Xəstəxanaya apardıq. Uşaq bir ay öz hesabımıza orada qaldı. Oyanma olmadı...".

20 dəqiqə oksigensiz?
Ananın sözlərinə görə, koma vəziyyətində olan xəstə qidanı özü çeynəyə, uda bilmir. Bu üzdən, aptekdən Xədicə üçün hazır qidalar alırlar, onu uşağın boğazından mədəsinə necə ötürməyi də öyrəniblər. Ümumiyyətdə, Babazadələr ailəsi uşaq üçün evdə xəstəxanaya bənzər şərait yaradıb: "Uzun müddət hərəkətsiz qalan adamda əzələlər yeyilir. Bizə demişdilər ki, özəl xəstəxanalardan birində yaxşı fizioterapevtlər var. Onlar da evə baha gəlir. Qohumlar bizə maddi yardım göstərdilər, bir ay fizioterapiya üçün orada yatırdıq. İstəyirdik ki, heç olmasa, otura bilsin, hamama apara bilək və s. O da olmadı. Heç bir irəliləyiş yoxdur. İlk gün necə idisə, indi də elədir".

Ş.Mehdiyeva müəllimdir, amma övladının durumu üzündən müvəqqəti işləmir, ona qulluq edir. O bildirir ki, hər ay təkcə Xədicənin baxımına 2 min 500 manatadək pul xərclənir. Bura dərmanlar, aptekdən alınan hazır qidalardan tutmuş, əlavə baxım əşyalarına qədər müxtəlif xərclər daxildir. Dövlətsə ona toplam 570 manat pensiya və müavinət kəsib. Anası vurğulayır ki, bu, heç aylıq yeməkpuluna çatmır.

X.Babazadənin müalicəsindən ötrü valideynləri həm yerli, həm də əcnəbi həkimlərlə ünsiyyətdədirlər. Anası İsraildə, Türkiyədə çalışan həkimlərdən məsləhət alır. Beyin müayinəsinin nəticələrini İsraildəki həkimlərə göndəriblər: "Dedilər ki, rəydə beyinin beş dəqiqə oksigensiz qaldığı yazılıb, amma, azı, 20 dəqiqə oksigensiz qalmalıdır ki beyin bu vəziyyətə düşsün. Diskdəki beyin görüntüləri bunu deməyə əsas verir. Sadəcə, uşaq o qədər sağlam olub ki, ürək masajı ilə onu dayanmış ürəyinin fəaliyyətini reanimotoloq Rauf Paşayev bərpa edib. Tibbə görə, beyin hüceyrələri, uzağı, dörd dəqiqə oksigensiz qala bilər. Sağlam orqanizmdir, amma beyin yoxdur. Digər orqanlar işləyir, beyin yox".

Ş.Mehdiyevanın sözlərinə görə, türkiyəli həkimlər də onlara eyni sözləri deyiblər. Onlar hətta evlərini satıb uşağı müalicəyə aparmaq istəsələr də, həkimlər bunun bir faydası olmayacağını bildiriblər.

Cinayət işi başlanıb
Ş.Mehdiyeva iddia edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qızının başına gələnlərlə bağlı obyektiv rəy vermir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb. İstər stomatoloq B.Rüstəmov, istərsə anestezioloq F.Amanova yaşananlara görə özlərini günahkar saymırlar.

Üç dəfə ekspertiza təyin olunub. Ekspert rəylərində də iddia edilir ki, "göstərilmiş ambulator tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq qaydalara uyğun olub".

Ekspertlər yazırlar ki, tibbi xidmətdən öncə bütün lazımi müayinələr - qanın ümumi analizi, kardioloji müayinə aparılıb, rentgen olunub və s.

"Xədicə Babazadənin vəziyyətinin ağırlaşmasına səbəb anesteziya zamanı istifadə olunan anestetikə qarşı hiperhəssaslıq kimi dəyərləndirilir, xəstənin aldığı psixotrop dərmanlar risk faktoru hesab olunur", - ekspertizanın rəyi belədir.

Hər dəfə zərərçəkmiş tərəf rəydən narazı qalıb, yenidən ekspertiza təyin olunsa da, nəticə dəyişməyib.

İstintaq davam edir
Ş.Mehdiyeva rəydə yazılanların yalan olduğunu deyir, məqsəd də övladını bu duruma salan həkimləri qorumaq, məsuliyyətdən kənarda saxlamaqdır: "Müstəntiqin əlində bizim xəstəxanaya getdiyimiz günə aid bütün görüntülər var. Qoysunlar ortaya nə vaxt Xədicədən qan analizi götürülüb, nə vaxt rentgenə aparılıb? Sonradan saxta sənəd hazırlayıb işin içinə tikməyə nə var?! Görüntü qoysunlar ortaya. Ekspert yazıb ki, psixiatr yanına gedib, psixatrop dərman içib. Birincisi, hiperaktiv uşaq olduğuna görə iki il əvvəl getmişdi, o vaxt içilən dərmanın təsiri qalmır. İkincisi, Fərəh Amanova niyə yoxlamadan narkoz verib?".

11 yaşlı Xədicənin başına gələnlərlə bağlı Nərimanov rayon Prokurorluğunda istintaq davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru