Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                 

Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Tarix: 15-02-2025, 11:03 | Çap et
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir
Rusiya ilə münasibətlərdə yaranan gərginliklər hələ də müzakirə predmetidir. Çünki təyyarəmizi Qroznı üzərində raketlə vuraraq qəzaya uğramasına səbəb olan Rusiya təəssüf ki, məsuliyyətdən yayınmağa və Azərbaycanın sadə və haqlı tələblərinə məhəl qoymamağa davam edir. Şübhəsiz ki, bu cür qeyri-konstruktiv davranış iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olur. Bu məsələ ölkəmiz və xalqımız, o cümlədən beynəlxalq ictimaiyyət üçün çox prinsipial məsələdir. Təyyarəmizi vuranlar cəzalandırılmayana, AZAL-a dəymiş ziyan, o cümlədən həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməyənə kimi Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək. Vəziyyət bu cür davam edərsə, yaxın günlərdə Azərbaycanın məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi və ədaləti məhkəmə vasitəsilə bərqərar etməsi də ehtimal edilir. Gərginliyin artmasının qarşısını almaq, münasibətləri korlamamaq və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək əvəzinə Rusiya ölkəmizə qarşı hədə-qorxu və şantaj kampaniyasını hər keçən gün daha da genişləndirir. Bu çirkin kampaniyaya Kremlin media ruporları ilə yanaşı, bəzi deputatların da qoşulması ondan xəbər verir ki, Rusiyanın köhnə imperialist və şovinizm siyasəti sərhəd tanımır.

Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, Rusiya keçmiş boksçu Nikolay Valuyev, Yevgeni Popov kimi təxribatçı deputatlardan Azərbaycana təzyiq göstərmək məqsədilə istifadə edir. Ancaq ekspert hesab edir ki, bunlar hamısı küçə söhbətlərindən o tərəfə keçməyəcək. Çünki milyonlarla miqranta "şobla-vobla" deyən bir adamdan ciddiyyət gözləmək olmaz:

"Miqrantlar olmazsa, Rusiyada həyatı təsəvvür etmək qeyri-mümkündür. Hamımız bilirik ki, Rusiyanı ayaqda saxlayan, ölkənin satış və xidmət sektorunu ayaqda tutan, mal dövriyyəsini əlində saxlayan məhz miqrantlardır. Rusların özləri işləmək istəmir. Böyük əksəriyyətinin bildiyi şey ancaq içib yatmaqdır. Ona görə də içində azərbaycanlılar olmaq şərti ilə miqrantları bu şəkildə aşağılamaq Rusiyaya sərf etmir".
Ekspert vurğulayıb ki, azərbaycanlılara aid Rusiyada bir dənə də olsun məktəb yoxdur: "Sadəcə, hansısa məktəbin nəzdində "Azərbaycan dili" kursları, dərnəyi və s. var. Onlar da Dərbənd, Mahaçqala kimi azərbaycanlıların çox yaşadığı bölgələrdədir. Tamamilə Azərbaycan dilində təhsil verən tədris müəssisəsinin Rusiyada fəaliyyət göstərməsi qəti qadağan edilib. Moskvanın şimalında, "Leninqradski şose" üzərində Kərim Kərimov adına bir məktəb var idi. Orada Azərbaycana aid ancaq məktəbin adını saxladılar. Məktəbin özünü Rusiya Təhsil Nazirliyinə verərək bütün tədris proqramını Rusiyanın federal təhsil proqramı ilə əvəzlədilər. Belə olduğu halda 300-dən çox rus məktəbinin Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilərək fəaliyyət göstərməsi lüzumsuzdur. Yaxın günlərdə rus məktəblərinin bağlanmasını, rus casuslarının həbs olunmasını müşahidə edə bilərik. Rusiyanın Azərbaycanda qurduğu casus şəbəkəsi sovet ittifaqından bu yana davam etməkdədir. Tək fərq odur ki, o zaman Rusiyanın casus şəbəkəsi əsasən, ruslar və ermənilərdən ibarət idi. İndi isə agentura şəbəkəsini əsasən azərbaycanlılar təşkil edir. Əminəm ki, Azərbaycanın təhlükəsizlik xidmətləri casus şəbəkəsində kimlərin yer aldıqlarından, harada çalışdıqlarından xəbərdardırlar. Azərbaycanın şimal rayonlarında silahlı qruplaşmanın məhv edilməsi də göstərdi ki, onun kimi ölkəmizə qarşı hazırlanmış və hələlik gözləmə mövqeyində olan bir çox qruplaşma ilə üzləşə bilərik. Yəqin ki, onlar da öz vaxtını, məqamını gözləyirlər".

Politoloq əlavə edib ki, Kremldən gələn təlimatları Rusiya hakimiyyətinin Azərbaycana qarşı yekdil fikri kimi görmür: "Çünki Kremldə qüllələrin sayı çoxdur. Hər qüllənin də özünə görə maraq dairəsi var. Bənzər olaylar illər öncə Rusiya-Türkiyə arasında da yaşanmışdı. Rus efirlərində Türkiyə əleyhinə çağırışlar, təhdidlər səslənirdi. O zaman apardığımız fəaliyyət və araşdırma göstərdi ki, bunların arxasında erməni lobbisi dayanır. Azərbaycan-Rusiya arasındakı gərginlikdə erməni lobbisinin ciddi rol oynadığı danılmazdır. Müəyyən rəsmilər, deputatlar media vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə, ictimai rəy formalaşdırmağa çalışırlar. Nəticəsinin nə olacağını indidən demək çətindir. Ancaq Rusiyadan bizə qarşı atılan addımların cavabsız qalmayacağını əminliklə söyləyə bilərik. Azərbaycanlılara məxsus biznes Rusiyada məhdudlaşarsa, adekvat addımı biz də ruslara qarşı ölkəmizdə atarıq. Hər addım qarşılıq görəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru