İcra başçısı qovulan “firon”un kadrlarına vəzifələr paylayır - Şok detallar...
Tarix: 16-02-2021, 12:12 | Çap et
Azərbaycanın dövlət rəhbərliyi büdcə oğrularına qarşı bir səfərbərlik elan edib. Güc strukturları, hüquq-mühafizə orqanları siyasi rəhbərliyin tapşırıqlarından irəli gələrək korrupsiya ilə mübarizəni sərtləşdirib.
İqtidar xalqın və dövlətin vəsaitlərini talan edən qudurğan, harın məmurları bağışlamır. Onların millətdən və büdcədən çırpışdırdığı milyardların qaytarılması istiqamətində konkret addımlar atılır. Lakin təftiş və güclü nəzarət sisteminin yerli idarəetmə orqanlarında da həyata keçirmək hava-su qədər mühüm, təxirəsalınmaz tədbir olmalıdır. Bununla bağlı mediadakı müfəssəl informasiyalar, vətəndaşların haray səsləri, şikayət və narazılıqları, həyəcan təbili çalması əsas verir ki, dövlətinə malına göz dikən, dədə-baba payı kimi yağmalayanlar icra hakimiyyəti məmurlarının cəzalandırılması üçün daha real fəaliyyətə keçirilməlidir. GundemXeber.Az-ın müşahidələri, elektron media üzərindən apardığı araşdırmalar, gələn ayrı-ayrı informasiyalar bu qənaəti yaradır ki, həmin bölgələrdən biri Ağstafadır.
Qara işlər görənlər İH-ə qaytarılıb
Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) rəhbərliyində edilən kadr dəyişikliyi gözləntilər yaratmışdı ki, idarəçilik modeli, yanaşma dəyişəcək, vətəndaşlara müraciətlərinə münasibət fərqlənəcək. Habelə İH-də əyri-üyrü, qara işlərin, qeyri-rəsmi oyunların, rüşvət və maliyyə maxinasiyalarının kökünün kəsiləcəyinə, yerli məmurların özlərini ağa kimi aparmasına son qoyulacağına ümidlər bəslənirdi. Çünki bir çox rayonlarda, o cümlədən Ağstafa İH-də vəzifə tutan çinovniklər, müavin və şöbə müdirləri özlərini elə aparır ki, hansısa dövlət qulluqçusu deyil, bölgənin padşahlarıdırlar. Prezident isə dəfələrlə həm xəbərdarlıq edib, həm göstərişləri qulaqardı edənləri cəzalandırıb ki, digərlərinə görk olsun. Amma Ağstafa İH-də gedən proseslər, idarəçilikdə ikitirəlik, vaxtilə özbaşınalıq və rüşvətxorluq əməllərinə görə cəzalandırılmış məmurların təzədən vəzifələrə gətirilməsi həm rayonda narazılıq doğurur, həm də idarəçilikdə müsbət irəliləyişləri tormozlayır. Nəticədə Ağstafa nəinki inkişaf etmir, günbəgün geriləyir, vətəndaşlarla İH-nin münasibətlərində yaxşılığa doğru pozitivlik müşahidə olunmur. Bu da səbəbsiz deyil. Hazırkı icra başçısı Seymur Orucov rayonu təkbaşına idarə etmir, yaxud idarə edə bilmir. Belə ki, son 30 ildə Ağstafa rayonuna kimin rəhbər təyin olunmasından asılı olmayaraq rayonu iki şəxs idarə edib. Belə iddialar səslənməkdədir ki, hər iki şəxs bütün cildlərə girməklə çirkin planlarını gerçəkləşdiriblər, rüşvət yığıb, rəhbəri razı salıblar. Ona görə də bu hər iki “rəhbəri” rayon rəhbərləri nə işdən çıxarır, nə də onlara “qaşın üstə gözün var” deyir.
Şaiq Qurbanovun “firon”luğu, şantajı...
GundemXeber.Az-ın əməkdaşlarının rayonda apardığı araşdırmalardan məlum olub ki, həmin məmurlardan biri RİH-də Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutmuş Şaiq Qurbanovdur. Yerli sakinlər deyir ki, Ş.Qurbanov Ağstafada kəndlərə bələdiyyə sədrlərini, kənd ərazi inzibati icra nümayəndələrini təyin etdirmək, onları işdən aza etdirmək hüququna malik olub. Rayonun “fironu” kimi davranmış Ş.Qurbanovun bu illər ərzində işi aylıq rüşvət yığmaq, onları Ağstafaya başçılıq etmiş rəhbərlərə çatdırmaq, pulun 20 faizini isə özünə götürməkdən ibarət olub. Ağstafanın ikinci adamı sayılan Ş.Qurbanov tabeliyində olan şəxslərə məcburiyyət qarşılığında sənədləri imzalatdırırmış, 30-40 min manatlıq yeyinti sənədini imzalamayanlar isə şantaj olunurmuşlar. Bu məsələlər vahimə doğurmaya bilməz və birbaşa hüquq-mühafizə orqanlarının Ş.Qurbanov haqda araşdırma aparmalı olduğu iddialardır. Bildirilir ki, Qurbanovun rayonda qurbanları çoxdur və onlar bu məmura qarşı kin və düşmənçilik hissləri ilə yaşamaqdadırlar. Ağstafadan gələn xəbərlərə görə, hazırda İH başçısı Seymur Orucovun tabeliyində işləyən kadrların 95 faizi Ş.Qurbanovun təyin etdiyi şantajyorlardır. İddialara görə, onlar verdikləri gizli rüşvət müqabilində icra hakimiyyətində rəhbər şəxslər tərəfindən himayə olunurlar.
İH-dən qovulmuş “rüşvət maşını” kimdir?
Çox maraqlıdır ki, heç bir icra başçısının vəzifəsindən çıxara bilmədiyi Ş.Qurbanovla yalnız Nizaməddin Quliyev bacarıb. Ağstafaya bir neçə aylıq rəhbərlik etmiş N.Quliyev onu işindən kənarlaşdırıb. Sabiq başçı rayona rəhbər təyin ediləndə öyrənib ki, Ş.Qurbanov Ağstafanın “rüşvət maşını” missiyasını yerinə yetirir. Həmin zaman N.Quliyevə məlum olub ki, Ş.Qurbanov aldığı rüşvətlərdən əlavə, kənd icra nümayəndələrini, o cümlədən bələdiyyə sədrlərini müxtəlif bəhanələrlə öz kabinetinə çağırırmış. Sonra onlara bağırır, qəzəblənir, əsəbləşirmiş, hətta bu obrazda peşəkar aktyorluğu davam etdirərək əlindəki ucuz telefonu divara çırpırmış. Onun yerli məmurları danlaması qarşılığında rəhbər şəxsə 300-500 manat civarında telefon belə aldırdığı iddiaları dolaşır. Bu minvalla bir neçə telefon aldıran Ş.Qurbanov Ağstafa İH-ni hörmətdən salmasına rəğmən ailə üzvlərinin telefonunu təzələyirmiş. Bütün baş verənlərə etiraz etmiş N.Quliyev onu İH-dən qovub. Eyni zamanda bir neçə il qabaq Poylu qəsəbəsində yol təmirinin nəticəsində pay torpaqlarının bir hissəsi zəbt edilib. Sakinlərin sözlərinə görə, bu işdə Şaiq Qurbanovun əli var imiş. Amma S.Orucovun rəhbərliyi dönəmində vəzifələrdə qurbanovçular çalışır. Belə məlumatlar gəzir ki, onlar Qurbanovun nəzarətindədirlər. O halda S.Orucov rayonda nə kimi yeniliklərə nail ola bilər? Həmin icra nümayəndələri, bələdiyyə sədrləri köhnə üsullarla işləməyə vərdiş edib. O zaman Ağstafada Prezidentin etimadını necə doğrultmaq olar? İcra başçısının həmin şəxslərə vəzifələr pay-püş etməsi çox qəribədir.
Qurbanov -Tatarov tandemindən qalma kadrlar
GundemXeber.Az məlumat verir ki, İlqar Hacıyev, Sənan Mustafayev, Lalə Eyyubova, I müavin Müşviq Hüseynov, Vüqar Tağıyev məhz Qurbanov komandasına daxil məmurlardır. Həmçinin, onlar rüşvətlə həbs edilmiş keçmiş I müavin Ramiz Tatarovun “əlindən su içib”lər. S.Orucovun Qurbanov-Tatarov tandemindən qalma kadrlarla hansı islahatlar aparacağı maraq doğurur. O, həqiqəti bilmək istəyirsə, Ağstafa kəndlərinə baş çəksin, oradakı insanlarla şəxsən söhbətləşsin. Yeri gəlmişkən, Ağstafanın İH başçısı o dərəcədə səriştəsiz addımlar atır ki, hətta sabiq icra başçısı N.Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina edib. Bu xəbər rayonda gülüş predmetinə çevrilib. Başqasına məxsus inventarları qaytarmamaq icra başçısına heç yaraşmır. İnandırıcı gəlmir ki, Orucovun burada hansısa məqsədi olub. Bundan əlavə, Ağstafada danışırlar ki, rayonda hansı daşı qaldırırsan, altından keçmiş birinci müavin, hazırda həbsdə olan Rmiz Tatarovun əməlləri çıxır. Yeri gəlmişkən, mətbuatda gedən yazılarda deyilir ki, vaxtilə Şaiq Qurbanov onu işdən çıxarmaq istəyən Məhərrəm Quliyevə “Onun buna nə gücü, nə də hünəri” çatmaz mesajını göndəribmiş. Amma bu məsələləri növbəti araşdırmalarımızda təqdim edəcəyik. S. Orucovun Ağstafadakı qanunsuz hərəkətləri, rayonu bərbad günə qoyması haqda tədqiqatları davam etdiririk. Bütün bu iddialarla bağlı yazıda adı keçən tərəflərin hər birinin mövqeyini işıqlandırmağa, müsahibəsini dərc etməyə hazırıq.
GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
|