Mübariz Qurbanlı haqda ŞOK İDDİALAR... - Sən demə...
Tarix: 13-02-2021, 11:39 | Çap et
Deyirlər, gündə bir söz eşitməsən, qulağın uzanar. Amma oxuduğum bir müsahibə qulaqlarımı deyil, gözlərimi böyütdü. Deməli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Report”a verdiyi müsahibəsində deyir ki, “Pandemiya dövründə ölkəmizdəki dini qurumlar, dini icmalar, dini mərkəzlər, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq quruldu, cəmiyyətin sağlamlığının qorunması üçün tədbirlər görüldü (!).
Əsasən, maarifləndirmə xarakteri daşıyan tədbirlər əhalinin məlumatlandırılmasında mühüm rol oynadı. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən yerlərdə din xadimləri, dini icma sədrləri, dindarların iştirakı ilə çoxsaylı vebinarlar, görüşlər, müzakirələr keçirildi. Din xadimləri əhali arasında dəfn mərasimləri zamanı dini baxımdan vacib əməlləri insanların diqqətinə çatdırdılar.
Burada diqqətçəkən məqam o oldu ki, yas mərasimlərində ənənəvi olaraq verilən ehsanların forması dəyişdi. İnsanlar vəfat etmiş yaxınlarına ehsan olaraq, vəsaitlərini ərazilərin abadlaşdırılması, yolların təmiri, imkansız ailələrə, əlillərə, valideynlərini itirmiş uşaqlara yardım kimi xeyirxah əməllərə xərcləməyə yönəltdilər”. Vallah Məşədi İbad demiş, mən “Tarixi-Nadir”i yarıyacan oxusam da, bundan bir şey başa düşmədim. Görəsən, dəyərli oxucularımız necə, bu sözlərdən bir şey anladılarmı?
Əvvəla, nə vaxtdan hansısa pandemiya, müharibə millətə, dövlətə xeyir, xoşbəxtlik gətirib?
İkincisi, hamı bilir ki, pandemiya dövründə mənəvi dəyərlərimiz cox ciddi ziyan gördü. Xüsusilə də dünyasını dəyişən yaxınlarımızın dəfni mərasimsiz və çox urvatsız şəkildə icra olundu.
Amma neyləyək ki, Mübariz bəy bütün mənəvi dəyərlərimizin, dədə-baba adət-ənənələrimizin itməsini uğur sayır. Şəxsən mən son bir ildə dünyasını dəyişən bir çox tanış-bilişimin və qohumlarımın yaxınlarının yanında xəcalətli qalmışam. Çünki, mən nə bir qohum kimi, nə bir dost kimi, nə də ki, bir müsəlman kimi dünyasını dəyişən əziz insanlar qarşısında son borcumu verə bilməmişəm. İslamı dəyərlərə az-çox bələd olan istənilən normal insan bilir ki, müsəlmançılığın ən vacib əməllərindən biri və bəlkə də birincisi dəfndə iştirak etməkdir. Bunun bir çox dini-islamı əsasları var. Mən çox dərinliklərə getmədən təkcə onu deyə bilərəm ki, istənilən kamil insanın ən böyük arzularından biri də fani dünyadan haqq dünyasına layiqli şəkildə, islami qaydada və el birliyi ilə köçmək istəyidir. Lakin pandemiya dövründə dünyasını dəyişənlərin tam əksəriyyəti bu ehtiramdan, bu izzətdən məhrum oldu. Onlar çox urvatsız şəkildə dəfn olundular. Onların bir çoxunun dəfni hətta vacib islami rituallarsız keçdi. Bunu Mübariz Qurbanlı yaxşı bilir. Amma bunu uğur adlandırır. Millətin mənəvi-dini dəyərlərinin itməsini Mübariz bəy necə uğur hesab edir, heç cür anlamıram.
Axı, dəfn və təziyyə günləri Qafqaz Müsəlmanları idarəsinin qərarı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin göstərişləri ilə deyil, Allahın əmri, Peygəmbərimizin sünnəti ilə icra olunur. Bəlkə Mübariz müəllim islamdan imtina etməyi bizlərə təklif edir? Hə, bu, başqa bir məsələdir… Amma hörmətli Komitə sədrinə bir neçə xatırlatma etmək istəyirəm.
Birincisi, irad tutduğunuz 3, 7 və 40 məclislərinin təşkili islami qaydalardır. Ölən üçün bu günlərin hər birinin islamda öz elmi izahı var. Bunun izahı indiki halda çox uzun çəkər deyə onları sadalamayacağam.
İkincisi, dünyasını dəyişən insana ehtiram etmək və əzizini itirən adamın yanında durmaq ən böyük humanistlik, savab və mənəvi dəyərdir.
Mübariz Qurbanlı deyir ki, bundan sonra dünyasını dəyişən insana nə ehtiram edək, nə də geridə qalan, acı çəkən yaxınlarının yanında duraq. Əvəzində isə əzizini itirənə bir telefon açıb “Keçmiş olsun” deməklə işimizi bitmiş hesab edək. Vəssalam.
Rəhmətlik Bəkir Nəbiyev demiş burda bir haşiyəyə çıxmaq istəyirəm. Bizim dəyərli ziyalımız, yazıçı Mir Cəlal Paşayev bir dəfə auditoriyada tələbələrə belə bir sual verdi: “Uşaqlar, insanlar bilirsiniz harada saflaşır?” Auditoriyadakı susqunluğu görüb dedi – “Qəbiristanlıqda… İnsanlar yalnız burda bu dünyada hər şeyin fani olduğunu dərk edir, özlərinə gəlirlər…”
Bu dəyərli fikirlərin sonralar dəfələrlə isbatını gördüm. Gördüm ki, insanlar dəfnə gedən də çox hüznlü və mehriban olur, bir-birlərinə çox nəzakətlə davranırlar. Amma dəfn mərasimi qurtaran kimi bayaqkı mehriban insanlar arxalarına baxmadan qəbiristanlıqdan qaçır, bayaq yol verdikləri adamın ayağını belə tapdalayır, maşınla onu toza verirlər.
Özlərinə gələn insanlar bir andaca yenidən əvvəlki nadan vəziyyətlərinə dönürlər… Yas mərasimləri də həmçinin…. İnsanlar yalnız burda bərabər tutulur. Ən başlıcası, əzizini itirən adamın ağır günündə onun tək olmadığını, yanındakı yüzlərlə insanın onun itkisinin acısına şərik olmasını göstərir. Bu isə özlüyündə bu günədək sələflərimizdən bizlərə miras qalan ən böyük dəyərdir. Ehsana gələndə isə fikrimi bir el sözü ilə qüvvətləndirmək istəyirəm. “Min tikədən biri ovsanaya düşər”. Yəni ehsan dünyasını dəyişən insanın günahlarının bağışlanılması üçün keçirilən bir mərasimdir. Müsəlman olduğumuzu göstərən bir ayindir. İndi deyirsiniz ki, bu dəyərlərimizdən imtina edək. Yox, Mübariz müəllim, daha bu qədər də olmaz…
Komitə sədrisən, ayda tədbir adına filan qədər büdcə vəsaitinin israfına imza atırsan, əcəb edirsən. Onsuz da kasıb-kusubun qəpik-quruşu hesabına bir-sıra lazımız qurumlar keyf edir. Onun da biri Dini qurumlarla iş üzrə Dövlət Komitəsidir. Adından da göründüyü kimi bu qurumun vəzifəsi dini qurumlarla iş aparmaqdır. Bu gün bütün məscidlər cahil mollalarla doludur. Halbuki o mollaların çoxu doğru dürüst kəlimeyi-şəhadətini də bilmir. İşləri-gücləri xalqı cəhalətə sürükləmək, ona-buna dua yazmaq, əməl etməkdir. Lakin bütün sivilizasiya bilir ki, Müqəddəs Quran və İslam dini dünyavi elmi, sağlam həyat tərzini təğbliğ edən bir elm dəryasıdır. Amma neyləyək ki, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin korporativ maraqları üzündən islami dəyərlər xalqa yanlış təbliğ olunur. Bu gün Mübariz Qurbanlı xalqı 1500 ilə yaxın yaşı olan dəyərlərdən imtinaya çağırır. Bu, əslində ateizmin yeni formasıdır.
Bir milləti məhv etmək və manqurtlaşdırmaq istəyirsənsə, ilk öncə onun inanclarını sarsıtmalısan, kökündən qopartmalısan. İmanı və inancı olmayan insansa zombidir. Onu istədiyin tərəfə istiqamətləndirə bilərsən. Bu gün Mübariz Qurabanlının çağırışlarında islamdan imtina açıq şəkildə duyulur. Bu isə xarici dini missionerlərin maraqları ilə tamamilə üst-üstə düşür. Bu isə çox qorxulu tendensiyadır.
Etiraf etmək lazımdır ki, Mübariz Qurbanov Komitə sədri təyin ediləndən bəri onun əsas hədəfi 15 əsrə yaxın yaşı olan islami dəyərlərdən imtina təblig və təşviq etməkdir. Bunun da iki səbəbi ola bilər. Ya Komitə sədri rəhbərlik etdiyi qurumun hüquq və vəzifələrini bilmir, ya da məqsədli şəkildə anti-islam təbliğatı aparır.
Allah bu milləti Mübariz Qurbanlı kimilərin fitnə-fəsadından qorusun…Amin!
Surxay Atakişiyev KONKRET.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
|