“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                     Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? .....                     Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? .....                     Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar .....                     Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? .....                     Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də .....                     "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" .....                     "Çimnaz bir çoxları kimi maskalanmamışdı" .....                     "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." .....                     "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." .....                     "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi .....                     ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                     Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? .....                     Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... .....                     Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq .....                     Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                 

"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!" - TƏBİB sədrinə ETİRAZ
Tarix: 15-06-2020, 14:09 | Çap et
"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!"
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya

AÇIQ MƏKTUB

Hörmətli Ramin Bayramlı, mən, Seymur Kazımov jurnalist olaraq sizə suallardan ibarət quru informasiya sorğusu göndərə bilərdim. Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım.

Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.

Birincisi, aidiyyatı üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.

İkincisi, zəng edirik TƏBİB-in qaynar xəttinə. Cavab vermir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Test olub-olmadığını soruşur. Yox cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.

Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa mərkəzə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.

Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır...dimedrol-analgin vurur və gedir.

Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmaniyası göstərilir.

Altıncısı, qızdırma cavam edir, bir gündə dava-qırğından sonra 2 həkim gəlir müxtəlif saatlarda hər ikisi yenə baxır, baxır və dimedrol-analgin vururlar və gedirlər.

Siyahını rəqəmlərsiz davam edirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə nəhayət test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər.

Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng olunur, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”. Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür..yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyir.

Çatırıq öldüyü günə, iyunun 12-ə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona, “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başlayır özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.

Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”yə gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.

Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevamaniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”.

Gedirik, “götürməyə” və qohumlardan biri zəng edir, “tələsmə, atan keçindi, gəl morqun qarşısına”.

Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, “neqativ” mesajı gəlir.

Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur. Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara: bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı, Operativ qərargahın birfinqində eşitməyəksiniz. Oxuyun.

1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?

2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?

3. "Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?

4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.

5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?

6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?

7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?

Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər- İtaliya, İspaniya, Fransa, ABŞ... “burada insanlar qırılırdı amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada günəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir.

Əlqərəz, gəlirəm lap əvvələ, yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz.

Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru